İranın bərpası üçün 10 il vaxt lazımdır - Tramp

ABŞ və İsrailin zərbələrindən sonra İranın bərpasına ən azı 10 il vaxt lazım olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Donald Tramp jurnalistin hərbi kampaniyanın bitməsindən sonra İranı nələrin gözləyəcəyi ilə bağlı sualına cavabında deyib. “Növbəti mərhələni unudun. Onlar məhv edildilər. İranın bərpası üçün 10 il zaman lazımdır”, - deyə Tramp bildirib.

Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Türkiyə Prezidenti İran tərəfindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumunu qınadığını deyib, qardaş Azərbaycan xalqına dəstəyini ifadə edib. Dövlət başçısı telefon zənginə və mövqeyinə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.

Xameneinin oğlu lider seçilir - Trampdan inanılmaz reaksiya

İranın növbəti liderinin seçilməsində şəxsən iştirak etməliyəm. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İranın ali liderinin seçimləri ilə bağlı “Axios”a müsahibəsində deyib. Tramp İranın öldürülmüş ali lideri Əli Xameneinin oğlu Müctəba Xameneinin ən çox ehtimal olunan varis olduğunu etiraf edib, lakin belə bir nəticənin qəbuledilməz olduğunu bildirib: “Onlar vaxtlarını boşa sərf edirlər. Xameneinin oğlu yüngül çəkilidir. Mən bu təyinatda iştirak etməliyəm, Venesuelada Delsi (Rodriges) ilə olduğum kimi”. O əlavə edib ki, Xameneinin siyasətini davam etdirəcək yeni İran liderini qəbul etməyəcək, çünki bu, ABŞ-ı beş ildən sonra müharibəyə qayıtmağa məcbur edəcək: “Xameneinin oğlu mənim üçün qəbuledilməzdir. Biz İrana harmoniya və sülh gətirəcək birini istəyirik”. Qeyd edək ki, Müctəba Xameneinin yeni ali lider seçildiyi haqda məlumat yayılmışdı. Lakin İran rəsmi mediası seçkilərin davam etdiyini və hələ ali liderin seçilmədiyini açıqladı. Ötən gün ali liderin “seçilmək üzrə” olduğu bildirilsə də, hələ də qərar elan edilməyib.

Gədəbəydə məmura "mükafat" verən şəxs həbs olundu

Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə "jurnalist" kimi bəzi qurumların adından "mükafat" verən Fəqani Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Sozcu.az "Teleqraf"a istinadla xəbər verir ki, rayon məhkəməsinin qərarı ilə adıçəkilən şəxs barədə 10 sutkalıq həbs qərarı verilib. Məlumat üçün bildirək ki, bir müddət öncə sosial şəbəkədə Fəqani Hüseynov adlı şəxs "Milli Məclisin informasiya portalının direktoru", həmçinin ölkə başçısının adından Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə "fəxri diplom" təqdim edib. Təqdimetmə ilə bağlı görüntülər sosial şəbəkədə rezonans doğurub.

İrana rəhbərlik edə biləcək 3 yaxşı seçim var - Tramp

İslam Respublikasına rəhbərlik edə biləcək üç çox yaxşı seçim var. Sozcu.az xəbər verir ki, bu bu barədə ABŞ Prezidenti Donald Tramp “Nyu York Tayms“ qəzetinə müsahibəsində deyib. Lakin Tramp konkret adların açıqlanması sualına cavab verməkdən imtina edib.

İran Qüdsü vurdu: ölü və yaralılar var

İran raketləri Qüds yaxınlığındakı Beyt Şemeş rayonuna düşüb. Sozcu.az xəbər verir ki, bu barədə “Clash Repоrt” məlumat yayıb. Məlumata görə, zərbələr nəticəsində 3 nəfər ölüb, 20 nəfər yaralanıb.

Xamenei belə öldürülüb - Detallar

İranın dini lideri Əli Xameneinin qaldığı iqamətgaha ABŞ və İsrail qüvvələri 30 bomba atıb. Sozcu.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb. Məlumata görə, zərbələr ölkənin bütün ali rəhbərliyi iqamətgahda olarkən endirilib və iqamətgah tamamilə dağıdılıb. “İsrail və ABŞ kəşfiyyat rəsmiləri İranın yüksək rütbəli siyasi və hərbi liderlərinin birgə görüşünü uzun müddət gözləyirdilər. Kəşfiyyat şənbə günü İran rəhbərliyinin və Xameneinin yerini müəyyən edib. Bu fürsət unikal hesab edilib və buna görə də hücum gündüz vaxtı həyata keçirilib. Əməliyyat İran vaxtı ilə səhər saat 10-dan bir qədər əvvəl raket və qırıcı təyyarələrin böyük bir dalğası ilə başlayıb və axşam saatlarına qədər təxminən 200 İsrail qırıcı təyyarəsi təxminən 500 hədəfə hücum edib", - nəşr bildirib. Qeyd edək ki, İranın dini lideri Əli Xamenei dünən ABŞ və İsrailin endirdiyi zərbələr nəticəsində öldürülüb.

Xamenei qətlə yetirilib? - Çin mediası da təsdiqlədi

İranın dini lideri Ayətullah Əli Xamenei öldürülüb, onun cəsədi sarayının xarabalıqları altından tapılıb. Sozcu.az xəbər verir ki, bu barədə Çinin CGTN nəşrinin Teleqram səhifəsi məlumat yayıb. Qeyd edək ki, bundan öncə İsrail Baş naziri Benyamin Netanyahu Əli Xameneinin öldüyü haqda “bir çox əlamət olduğunu” bildirmişdi.

Əli Şamxani öldürüldü - KİV

İranın ali dini lideri Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani İsrailin hücumları nəticəsində öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.

İsrail KİV: Xameneinin ofisi tamamilə dağıdıldı

10:51 Tehranda İranın ali rəhbəri Ayətullah Əli Xameneinin işçi ofislərinin yerləşdiyi ərazinin yaxınlığına zərbə endirilib. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı İsrail mediası yayıb. Zərbənin miqyası və itkilər barədə hələlik rəsmi açıqlama verilməyib. Qeyd olunur ki, zərbə strateji əhəmiyyətli zonaya endirilib. Bölgədə təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. *** İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin ofisi tamamilə dağıdılıb. Bu barədə anonim İsrail rəsmisi Kanal12-yə danışıb. Onun sözlərinə görə, Xameneinin həmin vaxt orada olduğu məlum deyil. Mənbə İranın bütün əsas liderlərinin hədəf alındığını qeyd edib.

Tramp: İran HDQ-ni məhv edəcəyik, küçələrə çıxmayın!

12:03 İranlılar İraqda yüzlərlə amerikalı əsgəri öldürüblər. Bu, kütləvi terror idi və biz artıq buna dözməyəcəyik. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İran xalqına müraciətində deyib. “İran dünyada terrorizmin ən böyük sponsorudur. Onların heç vaxt nüvə silahı olmayacaq. Biz İranın hərbi-dəniz qüvvələrini məhv edəcəyik. Əmin olacağıq ki, onların proksi qüvvələri artıq bizim əsgərlərimizə hücum etməyəcək. Zəmanət verəcəyik ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq. Biz danışıqlar masasına oturduq, amma onlar hər şeydən imtina etdilər. Onlar sadəcə vaxt udmaq istəyirdilər və bütün fürsətləri itirdilər. Biz onların raketlərini məhv edəcəyik. İran polisinə və təhlükəsizlik qüvvələrinə deyirəm, dərhal silahı yerə qoyun, əks halda sizi qaçılmaz ölüm gözləyir”, - o bildirib. Tramp İran xalqına “azadlıq” vəd edib: “İran xalqı ümün azadlıq saatı yaxınlaşır. Evdə qalın və küçəyə çıxmayın, küçə təhlükəlidir. Biz işimizi bitirəndə hakimiyyəti öz əlinizə alacaqsınız. Bu, rejimi devirmək üçün sizin yeganə şansınız olacaq”. Qeyd edək ki, İsrail İrana qabaqlayıcı zərbələr endirməyə başladığını elan edib. ABŞ lideri Tramp Amerika ordusunun bu əməliyyatda iştirak etdiyini açıqlayıb.

İranın İsrailə qarşı əməliyyatının adı...

Xəbər verdiyimiz kimi, İsrail səhər saatlarında qarşı qabaqlayıcı zərbələr endirməyə başlayıb. Sozcu.az İran mediasına istinadən xəbər verir ki, buna qarşılıq olaraq İranda əməliyyatlara başlayıb. Məlumata görə, İranın İsrailə qarşı raket əməliyyatının adı “Fateh Khyber” (Xeybərin fəthi) adlanır.