ABŞ-ın sülh planı: Ukraynaya NATO zəmanəti verilir

ABŞ-ın sülh planına Ukraynaya NATO üzvlərinin verdiyi təhlükəsizlik zəmanətlərinə bənzər zəmanətlərin verilməsi daxildir.

Sozcu.az xəbər verir ki, bu barədə “Axios” nəşri əldə etdiyi sənədə istinadla məlumat yayıb.

“ABŞ Prezidenti Donald Trampın Ukrayna planına NATO Nizamnaməsinin 5-ci maddəsi əsasında hazırlanmış təhlükəsizlik zəmanətləri daxildir. Layihəyə əsasən, ABŞ və onun Avropa müttəfiqləri Ukraynaya hücumu bütün transatlantik icmaya hücum kimi qəbul etmək və münaqişə baş verərsə, onu müdafiə etmək məcburiyyətində qalacaq”, - məlumatda deyilib.

Adı açıqlanmayan bir məmur isə nəşrə bildirib ki, ABŞ administrasiyası planın bu bəndini Ukrayna Prezidenti Vladimir Zelenskinin böyük qələbəsi kimi qiymətləndirir.

Share on Facebook