Paşinyandan “Tramp yolu” açıqlaması: 99 il...

Ermənistan "Tramp yolu"nun 49 və 99 il müddətinə icarəyə verilməsi üçün ABŞ-la iki variantı müzakirə edir.

Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən regional təhlükəsizlik konfransında deyib.

Paşinyan qeyd edib ki, müddətlər investisiyalar və onların geri qaytarılması ilə bağlıdır:

“İnvestorun investisiya qoyulan vəsaiti müəyyən mənfəətlə birlikdə geri alacağına dair zəmanəti olmalıdır. Ermənistan tərəfi bu müzakirələrdə siyasi komponent görmür - onlar sırf maliyyə və iqtisadi xarakter daşıyır. İcarə müddəti yalnız investisiyanın geri qaytarılması üçün lazım olan müddətdən asılıdır”.

Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri münaqişənin sülh yolu ilə həllinə dair birgə bəyannamə imzalayıb. Müvafiq bəyannamə imzalanarkən, icarənin 99 il müddətinə bağlanacağı bildirilmişdi.

Share on Facebook