Gəncədə 17 yaşlı oğlanın ölümü ilə bağlı şok detallar

10:10

Gəncədə 17 yaşlı piyada maşın vurması nəticəsində ölüb.

Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisədən əvvəl 2008-ci il təvəllüdlü Ə.Qurbanov VAZ-2107-in sürücüsü, Gəncə şəhər sakini 1997-ci il təvəllüdlü Ə.Fərzəliyevlə mübahisə edib.

Mübahisədən sonra Ə.Qurbanov sürücü Ə.Fərzəliyevin ayağına bıçaqla, daha sonra isə başına daşla xəsarət yetirib. Ə.Qurbanov hadisə yerindən uzaqlaşsa da, Ə.Fərzəliyevin VAZ-2107 ilə onu qəsdən vurduğu bildirilir.

Ağır xəsarət alan Ə.Qurbanov xəstəxanaya aparılıb. Müayinə zamanı onun öldüyü məlum olub.

Məlumata görə, 17 yaşlı Ə.Qurbanov hadisə baş verən gün Ə.Fərzəliyevin avtomobilini qaçırıbmış. Hadisədən sonra VAZ 2107-in sürücüsü polisə təslim olub.

Ə.Qurbanovun atasının Gəncə şəhərində kriminal aləmlə əlaqəsinin olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Share on Facebook