Polşa komandanlığı vacib infrastrukturu təxribat aktlarından qorumaq üçün keçiriləcək əməliyyata 10 minə qədər əsgəri səfərbər edəcək.
Sozcu.az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.
“Qoşunlar təxribatların qarşısını almaq üçün addımlarını polis, dəmir yolu mühafizəçiləri və bütün dövlət xidmətləri ilə əlaqələndirəcək”, - o bildirib.
Qeyd edək ki, əməliyyat 21 noyabrda başlayacaq və Polşa tarixində ən böyük təhlükəsizlik tədbirlərindən biri olacaq. Genişmiqyaslı əməliyyata başlamaq qərarı Ukrayna ilə sərhədə aparan dəmir yolunda baş verən bir sıra təxribat aktları fonunda verilib.
