Tramp Dik Çeyninin dəfn mərasiminə dəvət edilmədi

ABŞ Prezidenti Donald Tramp keçmiş vitse-prezident Dik Çeyninin cümə axşamı baş tutacaq dəfn mərasiminə dəvət almayıb.

Sozcu.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

“ABŞ prezidentləri adətən keçmiş dövlət başçılarının və vitse-prezidentlərin dəfn mərasimlərində iştirak edirlər, lakin Corc Buş administrasiyasının sabiq vitse-prezidenti əvvəlcə Trampa dəstək versə də, 6 yanvar 2021-ci il Kapitol basqınından sonra bu münasibət pozulmuşdu”, - məlumatda bildirilib.

Qeyd edək ki, ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyni noyabrın 4-də 84 yaşında vəfat edib.

Share on Facebook