Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində ölənlərin ikisinin kimliyi məlum olub.
Sozcu.az Report-a istinadən xəbər verir ki, onlar - 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qənbərli və 1983-cü il təvəllüdlü Samir Kamal oğlu Məmmədovdur.
Qeyd edək ki, yanğın nəticəsində 3 nəfər ölüb, təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Ümumilikdə 20 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
