Lukaşenkonun soyqırımda əli var - AŞPA-dan şok qərar

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Belarus Prezidenti Aleksandr Lukaşenkonun ukraynalıların soyqırımında iştirakını tanıyıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko deyib. Qonçarenko qeyd edib ki, AŞPA Lukaşenkonun uşaq və böyüklərin Ukraynanın işğal olunmuş ərazilərindən məcburi deportasiyasında iştirakının tanınması ilə bağlı Assambleyanın qətnaməsinə düzəlişini dəstəkləyib. "Bu, Rusiyanın Ukraynada törətdiyi soyqırımda Lukaşenkonu avtomatik günahkar edir", - deputat bildirib.

Sirləri yayan zabitin komandirləri işdən çıxarıldı

Pentaqonun gizli sənədlərinin ortaya çıxarılmasında ittiham olunan Cey Teyşeyranın qulluq etdiyi Milli Qvardiyanın iki komandiri vəzifələrindən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. ABŞ Hərbi Hava Qüvvələrinnin nümayəndəsi bildirib ki, Teyşeyranın qulluq etdiyi 102-ci kəşfiyyat qanadının komandirini və əməliyyat komandirini vəzifədən uzaqlaşdırıblar. Hər iki komandirin Hərbi Hava Qüvvələrinin Baş Müfəttişi tərəfindən aparılan araşdırmaya qədər vəzifələrindən kənarlaşdırıldığı qeyd olunub. Bununla yanaşı, həmin şəxslərin şifrələnmiş sistem və məlumatalara girişi tam qadağan edilib. Qeyd edək ki, Pentaqonun məxfi sənədlərini sızdırmaqda şübhəli bilinən ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Cek Teyşeyra FTB tərəfindən saxlanılmışdı.

Kiprdə Rusiyanın elm və mədəniyyət mərkəzi yandırıldı

Cənubi Kiprin paytaxtı Lefkoşada Rusiya Elm və Mədəniyyət Mərkəzinin binası yanıb. Sozcu.az xəbər verir ki, bu b arədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, naməlum şəxslər binaya “Molotov kokteyli” atıblar: “İki güclü partlayış olub, divar və dam yanıb. İnsanlar təxliyə edilib. Polis binanı mühasirəyə alıb, yanğınsöndürənlər hadisə yerindədir”. Yerli fövqəladə hallar xidmətinin məlumatına görə, yanğının söndürülməsinə beş yanğınsöndürən maşın və bir zirehli transportyor cəlb olunub.

Rusların iki bölüyü məhv edildi

Sutka ərzində Tavriya istiqamətində rusların iki bölüyü və 18 hərbi texnikası məhv edilib. Sozcu.az xəbər verir ki, bunu Ukraynanın “Tavriya” operativ-strateji qoşun qruplaşmasının komandanı, briqada generalı Aleksandr Tarnavski deyib. “Düşmənin 2 ədəd tankı, BTR-i, MTLB-si, 3 ədəd PDM-i, 2 ədəd “2S5 Qiasint-S”, 2 ədəd “2S3 Akasiya” haubitsası və avtomobil texnikası məhv edilib. Ukrayna hərbçiləri rusların sursat anbarını da darmadağın ediblər”, - general bildirib.

Vəziyyət ağırdır: General Baxmuta getdi

Baxmutda vəziyyət həqiqətən də ağırdır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin komandanı, general Viktor Xorenko deyib. “Doğrudan da Baxmutda vəziyyət ağırdır, amma indiki şəraitdə nə etmək və necə hərəkət etmək lazım olduğunu bilirsiniz. Sizin buradakı işiniz bir daha sübut edir ki, Xüsusi Əməliyyat Qüvvələri ilk növbədə keyfiyyətin kəmiyyətdən üstünlüyüdür”, - Baxmutda hərbçilərlə görüşən Xorenko bildirib.

Pakistanda partlayış: 8 ölü, 57 yaralı...

Pakistan şimal-qərbindəki Svat bölgəsində polis idarəsinin binası partladılıb. Sozcu.az xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb. Məlumata görə, hücum nəticəsində polis idarəsinin binası tamamilə dağılıb. 8 polis əməkdaşının öldüyü, 57 nəfərin isə yaralandığı bildirilir. Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Rusiyanın itkiləri 200 minə çatır

Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısı təqdim edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, 2022-ci il fevralın 24-dən etibarən Rusiya tərəfi 187 080 nəfər canlı qüvvə itirib. Həmçinin, Rusiyanın digər döyüş itkiləri 3 683 tank, 7 139 zirehli maşın, 2 849 artilleriya sistemi, 539 reaktiv yaylım atəşi sistemi, 289 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 294 helikopter, 2 413 PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 5 753 avtomobil texnikası və avtosistern, 339 xüsusi texnikadan ibarətdir.

Zelenski: Heç bir halda Baxmut təslim edilməyəcək

Ukrayna Baxmut şəhərinin müdafiəsindən imtina edə bilməz, çünki onun ələ keçirilməsi ruslara cəbhəni genişləndirməyə kömək edəcək. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. O bildirib ki, rus qoşunları şəhəri ələ keçirsələr, bu, onların Donetsk vilayətinin Kramatorsk və Slavyansk şəhərlərinə qarşı hücumları üçün tramplin ola bilər: “Biz Baxmutdan imtina edə bilmərik, çünki bu, cəbhəni genişləndirəcək və rus qoşunlarına, eləcə də "Vaqner" üzvlərinə daha çox torpaqlarımızı ələ keçirmək şansı verəcək”.

Rus ordusu darmadağın: itkiləri 186 mini keçdi

Ukrayna müharibənin 424-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 186 420 hərbçi, 3675 ədəd tank, 7131 ədəd zirehli döyüş maşını, 2837 ədəd artilleriya sistemi, 539 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 289 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 5730 ədəd avtomobil texnikası, 2402 ədəd PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 339 xüsusi avadanlıq itirib.

Rusların olduğu üç bölgə vuruldu

Bu gün Ukraynanın raket qoşunları və artilleriya bölmələri rus hərbçilərin bir sursat anbarını vurub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib. Qeyd olunub ki, Rusiyanın canlı qüvvəsinin cəmləşdiyi üç bölgə də vurulub. "Müdafiə Qüvvələrinin aviasiyası bir gündə işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə səkkiz zərbə endirib", - Baş Qərargah bildirib.

G7 Rusiyaya qarşı sanksiyaları genişləndirir

G7 ölkələri Rusiyaya qarşı sanksiyaları genişləndirməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi G7-yə sədrlik edən Yaponiya hökuməti rəsmisinə istinadən məlumat yayıb. Məlumata görə, sözügedən qərar may ayında G7 liderlərinin Xirosimada keçiriləcək sammitində verilə bilər. Rəsminin sözlərinə görə, yeni məhdudiyyətlərlə bağlı təkliflər hazırlanır. Xüsusilə, işlənmiş avtomobillər, təkərlər, gözəllik məhsulları və geyimlərə ticarət embarqosu genişləndirilə bilər. Qeyd edək ki, mayın 19-21-də keçiriləcək sammitdə Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, ABŞ, həmçinin Avropa Birliyinin liderlərinin də iştirakı gözlənilir.

Müsəlmanların səxavəti məni heyran etdi - Bayden

ABŞ Prezidenti Co Bayden müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib. Sozcu.az xəbər verir ki, ABŞ mətbuatı Baydenin təbrik məktubunu dərc edib. “Həyat yoldaşım Cill və mən mübarək Ramazan ayının başa çatması və Ramazan bayramı münasibətilə ölkədəki və dünyanın bütün müsəlman icmalarını ən xoş arzularımızla təbrik edirik. Müsəlmanların ehtiyacı olanlara yemək və sədəqə paylamaqda səxavət göstərmələri bizi xüsusilə heyran etdi”, - təbrikdə deyilir. Bayden bütün dünya müsəlmanlarını ədalətli dünya qurmaq uğrunda daha fəal iş görməyə çağırıb.