Cənubi Kiprin paytaxtı Lefkoşada Rusiya Elm və Mədəniyyət Mərkəzinin binası yanıb.
Sozcu.az xəbər verir ki, bu b arədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, naməlum şəxslər binaya “Molotov kokteyli” atıblar:
“İki güclü partlayış olub, divar və dam yanıb. İnsanlar təxliyə edilib. Polis binanı mühasirəyə alıb, yanğınsöndürənlər hadisə yerindədir”.
Yerli fövqəladə hallar xidmətinin məlumatına görə, yanğının söndürülməsinə beş yanğınsöndürən maşın və bir zirehli transportyor cəlb olunub.