Pakistanda partlayış: 8 ölü, 57 yaralı...

Pakistan şimal-qərbindəki Svat bölgəsində polis idarəsinin binası partladılıb.

Sozcu.az xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində polis idarəsinin binası tamamilə dağılıb. 8 polis əməkdaşının öldüyü, 57 nəfərin isə yaralandığı bildirilir.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Share on Facebook