Rayonlarda leysan, Bakıda güclü külək... - Faktiki hava

Müşahidə olunan faktiki hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, iyunun 26-sı saat 17:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.

Hazırda Balakən, Binə, Quba, Qusar, Zaqatala, Qəbələ, Gəncə, Göygöl, Xocalı, Şuşa, Gədəbəy, Daşkəsən, Naftalan, Xaltan, Şəmkir, Yevlax, Lənkəran, Lerik, Astara Yardımlı, Qrız, Mingəçevir, Oğuzda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27 m/s, Balakəndə 30 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə bəzi bölgələrdə küləyin maksimal sürəti 20 m/s təşkil edir.

Share on Facebook