ABŞ Prezidenti Co Bayden müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.
Sozcu.az xəbər verir ki, ABŞ mətbuatı Baydenin təbrik məktubunu dərc edib.
“Həyat yoldaşım Cill və mən mübarək Ramazan ayının başa çatması və Ramazan bayramı münasibətilə ölkədəki və dünyanın bütün müsəlman icmalarını ən xoş arzularımızla təbrik edirik. Müsəlmanların ehtiyacı olanlara yemək və sədəqə paylamaqda səxavət göstərmələri bizi xüsusilə heyran etdi”, - təbrikdə deyilir.
Bayden bütün dünya müsəlmanlarını ədalətli dünya qurmaq uğrunda daha fəal iş görməyə çağırıb.