Rusların iki bölüyü məhv edildi

Sutka ərzində Tavriya istiqamətində rusların iki bölüyü və 18 hərbi texnikası məhv edilib.

Sozcu.az xəbər verir ki, bunu Ukraynanın “Tavriya” operativ-strateji qoşun qruplaşmasının komandanı, briqada generalı Aleksandr Tarnavski deyib.

“Düşmənin 2 ədəd tankı, BTR-i, MTLB-si, 3 ədəd PDM-i, 2 ədəd “2S5 Qiasint-S”, 2 ədəd “2S3 Akasiya” haubitsası və avtomobil texnikası məhv edilib. Ukrayna hərbçiləri rusların sursat anbarını da darmadağın ediblər”, - general bildirib.

Share on Facebook