Rusiyanın itkiləri 200 minə çatır

Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısı təqdim edilib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, 2022-ci il fevralın 24-dən etibarən Rusiya tərəfi 187 080 nəfər canlı qüvvə itirib.

Həmçinin, Rusiyanın digər döyüş itkiləri 3 683 tank, 7 139 zirehli maşın, 2 849 artilleriya sistemi, 539 reaktiv yaylım atəşi sistemi, 289 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 294 helikopter, 2 413 PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 5 753 avtomobil texnikası və avtosistern, 339 xüsusi texnikadan ibarətdir.

8e1a65aedf1839b0bb352b583b8cf3cd.jpg

Share on Facebook