Sirləri yayan zabitin komandirləri işdən çıxarıldı

Pentaqonun gizli sənədlərinin ortaya çıxarılmasında ittiham olunan Cey Teyşeyranın qulluq etdiyi Milli Qvardiyanın iki komandiri vəzifələrindən azad edilib.

Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

ABŞ Hərbi Hava Qüvvələrinnin nümayəndəsi bildirib ki, Teyşeyranın qulluq etdiyi 102-ci kəşfiyyat qanadının komandirini və əməliyyat komandirini vəzifədən uzaqlaşdırıblar.

Hər iki komandirin Hərbi Hava Qüvvələrinin Baş Müfəttişi tərəfindən aparılan araşdırmaya qədər vəzifələrindən kənarlaşdırıldığı qeyd olunub. Bununla yanaşı, həmin şəxslərin şifrələnmiş sistem və məlumatalara girişi tam qadağan edilib.

Qeyd edək ki, Pentaqonun məxfi sənədlərini sızdırmaqda şübhəli bilinən ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Cek Teyşeyra FTB tərəfindən saxlanılmışdı.

Share on Facebook