Ukrayna Baxmut şəhərinin müdafiəsindən imtina edə bilməz, çünki onun ələ keçirilməsi ruslara cəbhəni genişləndirməyə kömək edəcək.
Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O bildirib ki, rus qoşunları şəhəri ələ keçirsələr, bu, onların Donetsk vilayətinin Kramatorsk və Slavyansk şəhərlərinə qarşı hücumları üçün tramplin ola bilər:
“Biz Baxmutdan imtina edə bilmərik, çünki bu, cəbhəni genişləndirəcək və rus qoşunlarına, eləcə də "Vaqner" üzvlərinə daha çox torpaqlarımızı ələ keçirmək şansı verəcək”.