Rusiyanın Ukraynadakı itkiləri 627 mini ötdü

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1380 hərbçisini itirib. Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 627 790 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 1 tank, 19 zirehli döyüş maşını, 50 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 929-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 626 410 hərbçi, 8 639 ədəd tank, 16 906 ədəd zirehli döyüş maşını, 17 830 ədəd artilleriya sistemi, 1 180 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 942 hava hücumundan müdafiə sistemi, 368 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 24 262 ədəd avtomobil texnikası, 14 897 ədəd PUA, 2 588 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3049 xüsusi avadanlıq itirib.

Rusiyanın itkiləri 625 mini ötdü

Ukrayna müharibənin 928-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 625 260 hərbçi, 8 636 ədəd tank, 16 897 ədəd zirehli döyüş maşını, 17 804 ədəd artilleriya sistemi, 1 180 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 942 hava hücumundan müdafiə sistemi, 368 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 24 218 ədəd avtomobil texnikası, 14 864 ədəd PUA, 2 588 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3047 xüsusi avadanlıq itirib.

Zelenski Şoltsla görüşdü

Almaniya kansleri Olaf Şolts Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə kansler sosial media hesabında paylaşım edib. “Biz Ukraynanı lazım olduğu qədər dəstəkləyəcəyik”, - o yazıb. Qeyd edək ki, Zelenski Almaniyada Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun 24-cü iclasında iştirak edir.

Ukrayna Rusiyada strateji məntəqəni ələ keçirdi

Ukrayna Silahlı Qüvvələrinin Kursk əməliyyatı bir aya yaxındır ki, davam edir. Bu müddət ərzində Ukrayna ordusu 1300 kvadrat kilometr Rusiya ərazisinə və Trans-Sibir Boru Kəməri üçün mühüm qaz ixrac mərkəzi olan Sudjaya nəzarəti ələ keçirib.  Sozcu.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.  Eyni zamanda, nəşr yazır ki, Kursk əməliyyatı döyüş meydanında hadisələrin gedişatını dəyişdirə bilməyib və böyük hərbi uğurlara səbəb olmayıb.

ABŞ bu raketləri Ukraynaya verəcək

Vaşinqton JASSM uzaqmənzilli qanadlı raketləri Kiyevə təhvil verməyə yaxındır, lakin Ukrayna gözləməlidir, çünki müvafiq texniki məsələləri həll etmək üçün ABŞ-a bir neçə ay lazım olacaq. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” amerikalı rəsmilərə istinadən məlumat yayıb. “Hava-yer tipli raketlərin Kiyevin silah paketinə daxil edilməsi bu ilin payızında açıqlanacaq, baxmayaraq ki, bu məsələ ilə bağlı yekun qərar hələ qəbul olunmayıb”, - məlumatda deyilib.

Ukrayna 600 rus hərbçisini əsir götürdü - Təcili

Rusiya qüvvələri sərhədyanı əraziləri davamlı olaraq atəşə tutduğu üçün Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində hücuma başlayıb. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski “Ukrayna 2024. Müstəqillik” forumunda çıxışı zamanı bildirib. Sırski Kursk əməliyyatını Ukraynanın “təhlükəsizlik zonası yaratmaq, Rusiya Federasiyasının ərazisindən atəşə tutulmasını dayandırmaq, Sumı vilayətində mülki obyektləri qorumaq” istəyi ilə izah edib. vakansiya "Bundan əlavə, düşmən bu istiqamətdə xeyli sayda qoşun cəmləşdirirdi və bu istiqamətdə hücum əməliyyatı planlaşdırırdı", - o deyib. Ali Baş Komandan vurğulayıb ki, Ukrayna ordusu Kursk vilayətində keçirilən əməliyyat zamanı 594 rus əsgərini əsir götürü: “Qoşunlarımızın uğurlu fəaliyyəti sayəsində biz mübadilə fondunu xeyli artırmışıq”. Sırskinin sözlərinə görə, Rusiya Kursk istiqamətinə 30 min hərbi qulluqçu köçürməyə məcbur olub və bu rəqəm artmaqda davam edir. Sırski əlavə edib ki, Kursk vilayətində Ukrayna 1294 kv.km ərazini və “bu ərazidə yerləşən 100 yaşayış məntəqəsini” nəzarətə götürüb. Rusiya tərəfi Sırskinin açıqladığı rəqəmə münasibət bildirməyib. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı əlavə edib ki, Kursk istiqamətində hücum əməliyyatının məqsədlərindən biri Rusiya qüvvələrini digər istiqamətlərdən, ilk növbədə Pokrovski və Kuraxovskidən yayındırmaq olub. Avqustun 24-də Ukrayna və Rusiya “115-in 115-ə” düsturuna əsasən növbəti hərbi əsir mübadiləsi həyata keçirib. Rusiya teleqram kanallarının məlumatına görə, əsir mübadiləsi zamanı Kursk vilayətində əsir götürülən bəzi rusiyalı hərbi qulluqçular evlərinə qayıdıblar.

“Ukrayna müharibəni çox səbirlə və hərbi elm əsasında aparır...- Qələbə gec-tez onundur...”

“İndiyədək Rusiyanın əsas üstünlüyü aviasiyada və raket sistemlərində idi. “F-16”-ların gəlişi ilə artıq Rusiyanın bir üstünlüyü aradan qaldırılmaqdadır. Və Ukrayna özünün ilk ballistik raketini də hazırlayıb...” “Kursk əməliyyatı gözlənilən idi. Rusiya 3 günə almağı planlaşdırdığı, amma gündə 1000 nəfərdən çox itki verdiyi Ukraynaya qarşı genişmiqyaslı müharibə apardığı bir şəraitdə Ukrayna ilə digər sərhəd əraziləri lazımınca qoruya bilməzdi. Kursk vilayətinin sərhədində də yalnız zastavalar var idi, onlar da peşəkar Ukrayna ordusunun qarşısını almaq gücündə deyildi. Ona görə də Ukrayna komandanlığı həm zəif, həm də Rusiya üçün strateji və iqtisadi əhəmiyyətli bir ərazini –Kursk vilayətini seçdilər. Məsələn, hazırda Ukraynanın nəzarətində olan Sudja şəhərindən Rusiyanın Avropaya gedən bütün qaz xəttləri keçir. Həmçinin Kurçatov adına Kurslk atom elektrik stansiyası da yaxın məsafədədir”.  Bu fikirləri Moderator.az-a açıqlamasında Ukraynanın artıq bir aya yaxındır ki, davam edən Kursk əməliyyatının əhəmiyyətindən danışarkən sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev ifadə edib. “Ukrayna məhz Kursk kimi belə ağrıdıcı yerdən zərbə vurdu ki, Rusiya reaksiya versin. Digər tərəfdən, Ukrayna bununla “Rusiyanın guya dünyanın ən güclü ordusuna malik ən güclü dövlət” olması haqda mifi darmadağın etdi. Və Qərbi inandırdı ki, Rusiya ilə nəinki vuruşmaq onun ərazisini nəzarətə də almaq olar. Üçüncüsü isə bu əməliyyatdan sonra Moskva az da olsa, Donetsk və Xarkov istiqamətindəki qoşunlarını Kursk istiqamətinə gətirməli idi. Və Ukrayna buna da nail oldu. Dördüncüsü isə, artıq Rusiya ərazisində əsgər anaları, müxalifət və s. Putinə qarşı tədricən  etirazlara başlayırlar.  Ukraynanın məqsədlərindən biri də bu idi”, -deyə davamında keçmiş nazir bildirib.. “Axı o da var ki, Rusiya Dombasdan çox az miqdarda hərbi qüvvə çıxarıb və strateji Pokrovsk uğrunda çox ağır döyüşlər aparır. Arda-arda kəndləri işğal edirlər. Bunun axırını necə görürsüz?” sualını isə Tacəddin Mehdiyev belə cavablandırıb: “Bilirsiz, Ukrayna ordusundan sayca qat-qat çox olan Rusiya ordusu bir kəndi almaq üçün bəzən aylarla vuruşur. Yaxud bir kəndi alırlar, 3 gündən sonra ukrayınlar onu azad edirlər. Bundan əlavə, Ukrayna ordusu Rusiya ordusunu tükəndirmə taktikası ilə döyüşür. Ruslar Avdeyevka, Baxmut kimi qəsəbələri neçə aylar ərzində işğal edə bilsə də, əvəzində on minlərlə canlı qüvvəsini minlərlə texnikasını itirdi. Bu minvalla Rusiya ciddi irəliləyiş əldə edə bilmir və getdikcə həm hərbi, həm iqtisadi cəhətdən zəifləyir. “F-16” qırıcıları da gəldi axır ki... Və onların sayı getdikcə artacaq. İndiyədək Rusiyanın əsas üstünlüyü aviasiyada və raket sistemlərində idi. “F-16”-ların gəlişi ilə artıq Rusiyanın bir üstünlüyü aradan qaldırılmaqdadır. Və Ukrayna özünün ilk ballistik raketini də hazırlayıb. ABŞ və digər Qərb dövlətləri tədricən öz raketləri ilə Rusiya ərazisini vurmağa da icazə verir”. “Hazırda Ukrayna komandanlığı “F-16”-ların təhlükəsizliyini təmin etmək üçün Rusiyanın yaxın ərazidəki hava hücumundan müdafiə(HHM) qurğularını sıradan çıxarmaqla məşğuldur. Bu işdə də ona Amerikanın “AVAKS” peyk-kəşfiyyat sistemi böyük dəstək verir. Onlar dəqiqliklə hərbi obyektlərin yerlərini Ukrayna tərəfinə ötürür və nəticədə Rusiyanın HHM sistemləri, radioelktron mübarizə qurğuları, hərbi aerodromları, zavodları və s. vurulub sıradan çıxarılır. Eyni zamanda  Britaniya, Almaniya, Fransa kimi aparıcı Avropa ölkələrinin də kəşfiyyatları Ukraynaya bir çox məsələlərdə ciddi dəstək verirlər.  Və bütövlükdə onu demək olar ki, Ukrayna Rusiyaya qarşı müharibəni çox səbirlə, ağılla savadlı şəkildə hərbi elm əsasında aparır. Odur ki, qələbə gec-tez Ukraynanın olmalıdır”, -deyə general-mayor vurğulayıb.

Rusiyanın itkiləri 617 mini ötdü

Ukrayna müharibənin 922-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 617 600 hərbçi, 8 601 ədəd tank, 16 786 ədəd zirehli döyüş maşını, 17 646 ədəd artilleriya sistemi, 1 177 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 940 hava hücumundan müdafiə sistemi, 368 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 23 925 ədəd avtomobil texnikası, 14 537 ədəd PUA, 2 557 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 993 xüsusi avadanlıq itirib.

Kiyevə uçan bütün dronlar vuruldu!- Rusiya daha 1360 əsgər və 8 tank itirdi...-RƏSMİ

Avqustun 31-də gecədən səhərə kimi Kiyevi təhdid edən bütün Rusiya zərbə dronları hava hücumundan müdafiə qüvvələri və vasitələri ilə məhv edilib. Sozcu.az  "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu haqda Kiyev Şəhər Hərbi Administrasiyası məlumat yayıb. Təfərrüatlar:  Rəsmilərə görə, bu,  həftə ərzində Kiyevə edilən dördüncü hava hücumudur. Gecə boyu döyüş sursatları - dalğalarla və müxtəlif istiqamətlərdən gəldi. Paytaxtda hava hücumu xəbərdarlığı dörd dəfə elan edilib və ümumilikdə 4 saata yaxın davam edib. İlkin məlumata görə şəhərdə dağıntı və tələfat olmayıb.  “Gördüyünüz kimi, Kiyev bu müharibədə rus təcavüzkarının prioritet hədəfi olub və olacaq. Ona görə də mən təkidlə Kiyev sakinlərini və şəhərin qonaqlarını şüurlu və intizamlı olmalarını xahiş edirəm. Həmişə hava hücumu qaydalarına əməl edin - sığınacaqlara yollanın!" Kiyev ŞHA-nın rəhbəri Sergey Popko öz müraciətində belə deyib. Onu da əlavə edək ki, Ukrayna ordusu Baş Qərargahından bu səhər verilən məlumata görə, son 24 saat ərzində Ukraynaya qarşı müharibədə Rusiya ordusu daha 1360 əsgər, 8 tank və 42 artilleriya sistemi itirib.

Ukrayna Kurskda daha 30-40 km irəliləyə bilər

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın cənub-qərb istiqamətində Kursk əməliyyatının sərhədlərini genişləndirmək potensialı var. Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Musienko bildirib. “Uğurlu Kursk əməliyyatı ilə Ukrayna nümayiş etdirdi ki, müharibənin gedişatını dəyişməyə qadirdir", - o deyib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri əməliyyatı Qluşkovski rayonuna qədər genişləndirə bilər: "Orada düşməni sıxışdırmaq və ya daha yaxşısı, Rusiyada əsirlikdə olan hərbçilərimizin daha çox hissəsini dəyişdirmək üçün bütün perspektivlər var. Bundan əlavə, bu, Ukrayna qoşunlarının nəzarətində olan zonanı qərbə doğru 30-40 km genişləndirməyə imkan verəcək".

Rus ordusu Ukraynada "cəhənnəmə" düşüb - Kovalenko

İndi rus işğalçıların əsas məqsədi Pokrovsk istiqamətində cənub cinahı yaratmaqdır. Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi şərhçi Aleksandr Kovalenko deyib. "Biz müdafiə tipli strategiya mərhələsindəyik, məqsəd düşməni tükəndirməkdir. Düşməni necə yormaq olar? Ərazimizin hər metrini onlar üçün cəhənnəmə çevirməklə düşməni tükəndirə bilərik ki, onlar bizdən qat-qat çox resurs itirsinlər, hər qəsəbə, hər kənd onlar üçün cəhənnəmə çevrilsin və əslində, bu qismən belədir; Çasov Yar, Rabotinski cəhənnəmə çevrildi, Severski istiqaməti onlar üçün cəhənnəmdir. Yenə Serebryanski meşəsi, Liman-Kupyansk... - düşmənin heç bir uğur qazana bilməyəcəyi bir çox yerlər var", - Kovalenko bildirib.