Daha Kubaya neft və pul getməyəcək - Tramp

Kuba uzun illər Venesueladan aldığı külli miqdarda neft və pullarla yaşayıb. Bunun müqabilində Kuba son iki Venesuela diktatoru üçün "təhlükəsizlik xidmətləri" təmin edib, amma artıq yox!

Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb.

“Bu kubalıların əksəriyyəti ötən həftə ABŞ-ın hücumunda ölüb və Venesuelanın artıq onları illərdir girov saxlayan quldurlardan və şantajçılardan qorunmağa ehtiyacı yoxdur. İndi Venesuelanın onları qorumaq üçün dünyanın ən güclü ordusu olan ABŞ var və biz onları qoruyacağıq”, - Tramp bildirib.

Share on Facebook