İranda 16 gündür davam edən ümumxlaq etirazlarında öldürülən çoxsaylı etirazçılardsan yalnız 646 nəfərin kimliyi müəyyənləşdirilib.
Sozcu.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatının yaydığı məlumatda bildirilib.
Öldürülənlərdən 133-ü hökumət məmuru, 9-u azyaşlı və 7-si etiraz aksiyalarında iştirak etməyən mülki şəxsdir.
Aksiyalarda həmçinin 10721 nəfər həbs edilərək müxtəlif həbsxanalara köçürülüb.
Qeyd edək ki, 28 dekabr 2025-ci ildə İranda iqtisadi vəziyyətə görə başlayan kütləvi aksiyalar hələ də davam edir.
