Bu gün səhər saxlanılan jurnalistdən hələ də xəbər yoxdur

Jurnalist həbs edilib, barəsində məlumat yoxdur

“Karrupsiyaya yox de” feysbuk səhifəsinin və “7gun.az” saytının əməkdaşı Natiq İsbatov bu gün saat 13:00 radələrində çəkiliş edərkən Abşeron Rayonu Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onunla birlikdə “Azeltv” nin əməkdaşı Sevinc Sadıqova da saxlanılıb. Sevinc Sadıqova 2 saat sonra sərbəst buraxılıb. Natiq İsbatov isə hələ də idarədə saxlanılır və barəsində heç bir məlumat verilmir.

Facebook Comments