Ağsuda icra hakimiyyətinə şikayət üçün gedən rayon sakini həbs edildi – YENİ BAŞÇININ İLK İŞİ

Prezident İlham Əliyevin sərəncamı ilə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev vəzifəsindən azad edilərək, Vahid Heydər oğlu Tağıyevi Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Sozcu.az-a verilən məlumata görə, yeni icra başçısı ilk iş günündə rayon polis şöbəsinə şikayətçilərin İcra Hakimiyyətinin binasına buraxılmaması tapşırığını verib və icra hakimiyyətinə şikayət üçün gələn sakinlər polislər tərəfindən ərazidən uzaqlaşdırılıb. Məlumata görə, rayon sakinləri icra hakimiyyətinə buraxılmır.

Sozcu.az-a verilən digər məlumata görə, oktyabr ayının 3-də,şikayət üçün icra hakimiyyətinə gələn Ağsu rayon Pirhəsənli kənd sakini Bədəlov Ruhit Afər oğlu polisin qanuni əmrinə tabe olmamaqda ittiham edilərək, 10 sutka inzibati həbs cəzasına məhkum edilib.

Xatırladaq ki, keçmiş icra başçısı Ənvər Seyidəliyev də, Ağsu rayonun Pirhəsənli kəndindəndir.

Facebook Comments