Nazir: Polşanın Rusiya qazına ehtiyacı yoxdur!

Polşanın kifayət qədər qaz ehtiyatları və təchizat mənbələri var.

Sozcu.az xəbər verir ki, bu barədə Polşanın iqlim və ətraf mühit naziri Anna Moskva deyib.

“Polşanın lazımi qaz ehtiyatları və təhlükəsizliyimizi qoruyan tədarük mənbələri var. Bizim anbarlarımız 76 faiz doludur. Polşada evlərdə qaz qıtlığı olmayacaq”, – o əlavə edib.

Qeyd edək ki, Polşanın “PGNiG” şirkəti “Qazprom Export” MMC-dən aprelin 27-də, Moskva vaxtı ilə saat 09:00-dan etibarən Rusiya qazının respublikaya nəqlinin tamamilə dayandırılacağı barədə bildiriş alıb. Buna səbəb isə şirkətin qaza görə ödənişi rublla etməkdən imtinası olub.

Facebook Comments