Laçın dəhlizi hər iki başdan bağlandı…-NİYƏ?-YENİLƏNİB

Ermənistan və Azərbaycan orduları arasında insident səbəbindən Gorus-Laçın-Şuşa-Xankəndi avtomobil yolu bağlanıb.

Sozcu.az xəbər verir ki, erməni mediasının yazdığına görə, bu haqda Azərbaycan Respublikasının Qarabağ torpaqlarındakı separatçı-terrorç rejimin qanunsuz “daxili işlər nazirliyi” məlumat yayıb.

Məlumata görə, hər iki istiqamətdə nəqliyyatın hərəkəti kəsilib. “Hüquq-mühafizə orqanları Rusiya sülhməramlıları ilə birlikdə yolun açılması üçün qarşı tərəflə danışıqlar aparır. Nazirlik hadisə ilə bağlı daha sonra geniş məlumat verəcəyini vəd edir”- erməni mediasının yaydığı məlumatda belə deyilir.

Ermənistanın “Hraparak” nəşrinin Bakı vaxtilə saat 09:54-də yaydığı son məlumatda deyilir ki, bir erməni vətəndaş avtomobillə Şuşadakı Azərbaycan postuna yaxınlaşaraq oraya qumbara atıb. “Buna cavab olaraq Azərbaycan hərbçiləri ərazidən keçən erməni texnikasını atəşə tutublar. Yaralılar var” -erməni nəşri belə yazır. Erməni nəşri eyni zamanda qumbara atan şəxsin noyabrın 8-də Şuşa yaxınlığındakı diversiya cəhdi zamanı ölmüş Martik Eremyanın qardaşı olduğunu ehtimal edir…

Facebook Comments