Almaniya xəbərdarlıq etdi: İranı təcili tərk edin

Almaniya hökuməti İranda olan vətəndaşlarına müraciət edərək onları təcili şəkildə oranı tərk etməyə çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Uçuşların ləğv oluna biləcəyi üçün vətəndaşların təcili olaraq quru yola İrandan çıxmaları tövsiyə olunub.

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında sentyabrın 16-dan 17-nə keçən gecə və 17-də arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Azərbaycanın rayonlarında isə sentyabrın 16-sı axşamdan 21-dək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

İsrail Qəzzada soyqırım törədir - BMT

Birləşmiş Millətlər Təşkilatının müstəqil komissiyası çərşənbə günü dərc etdiyi hesabatda İsrailin Qəzza zolağında soyqırım törətdiyi qənaətinə gəlib. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb. “Bu cinayətlərə görə məsuliyyət Qəzzada Fələstin qrupunu məhv etmək məqsədi ilə artıq iki ilə yaxındır ki, soyqırım kampaniyası təşkil edən İsrail hakimiyyətinin üzərinə düşür”, - komissiyanın sədri Navi Pillay deyib.

Söyüş üstündə sinif yoldaşını bıçaqlayıb öldürdü

14:51 Cəlilabad rayonunda məktəblilər arasında mübahisə baş verib. Sozcu.az xəbər verir ki, rayonun Xəlilabad kəndində qeydə alınan hadisə zamanı 17 yaşlı yeniyetmə sinif yoldaşına bıçaqla xəsarət yetirib. Xəsarət alan Kənan İmanzadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. *** Cəlilabad rayonunun Xəlilabad kəndində məktəblinin öldürülməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Report-un məlumatına görə, öldürülən 11-ci sinif şagirdi Kənan İmanzadə və onun qətlində şübhəli bilinən sinif yoldaşı Sadiq Əsgərov Cəlilabad rayonunun Güneyli kənd sakinləridir. Bildirilib ki, kəndlərində məktəb olmadığı üçün hər ikisi Xəlilabad kənd orta məktəbində təhsil alırmış. İlkin məlumata görə, hadisə söyüş üstündə baş verib. Dünən şagirdlər arasında mübahisə yaranıb, lakin digər sinif yoldaşları davanın böyüməsinin qarşısını ala biliblər. Bu gün səhər isə evlərindən mətbəx bıçağı götürən S.Əsgərov birinci dərsdən sonra K.İmanzadəni başqa sinfə çağıraraq yenidən mübahisə edib və daha sonra həmyaşıdının qarın boşluğu və döş qəfəsinə bıçaqla zərbə endirib. Ağır yaralanan Kənan İmanzadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Minsk prosesinin ləğvi ilə bağlı qərarın icrasına başlanıldı

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Minsk qrupunun və onunla əlaqəli təsisatların ləğvi prosesinə başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Report-a ATƏT-də Finlandiyanın sədrliyi üzrə işçi qrupunun rəhbərinin müavini Toni Sandell məlumat verib.

Ankara və İrəvan bu barədə razılığa gəldi

Türkiyə və Ermənistan "İpək Yolu"nun keçdiyi Arpaçay üzərindəki tarixi körpünün birgə bərpası barədə razılığa gəlib. Sozcu.az xəbər verir ki, bu barədə "Ermenihaber" saytı məlumat yayıb.

Məktəblərdə ağıllı telefonlardan istifadə qadağan olunur

“Məktəblərə ağıllı telefonların gətirilməsi qadağan olunacaq. Sadəcə zəng funksiyası olan adi telefonlardan istifadə etmək mümkündür, lakin dərs müddətində çantada saxlanmaq şərti ilə. Əlbəttə, tənəffüsdə, dərsdən əvvəl və sonra valideynlə və ya digər şəxslərlə əlaqə saxlamaq üçün onlardan istifadə edilə bilər. Ağıllı telefon istifadəsi isə tamamilə qadağan olunur. Bu qərara yaş məhdudiyyəti qoyulmur, bütün siniflərə şamil ediləcək”. Sozcu.az xəbər verir ki, bu fikirləri AzTV-nin efirində yayımlanan “Günə davam” verilişinin qonağı olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu dərs zamanı mobil telefonlardan istifadəyə məhdudiyyət qoyulmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, müasir nəsildə fokuslanma müddəti çox qısadır: “Ağıllı telefonlardakı çoxşaxəli informasiya axını isə diqqəti daha da zəiflədir. Məktəblərin əsas məqsədi uşaqlara bilik və səriştə verməkdir. Mobil telefonlar isə bilik vermir, sadəcə məlumat təqdim edirlər. Bilik və məlumat isə fərqli anlayışlardır. Düşünən beyin məlumatı biliyə, biliyi isə səriştəyə çevirir. Səriştə isə rifahın açarıdır. Səriştə bizə ona görə lazımdır ki, sabahımızı daha yaxşı qura bilək. Əgər aldığımız məlumatı anlamırıqsa, düzgün istifadə etmiriksə və gündəlik həyatımıza tətbiq etmiriksə, deməli, həmin məlumatın heç bir əhəmiyyəti yoxdur. Məktəbin vəzifəsi də məhz budur: uşağın beynindəki müxtəlif məlumatları uyğun zəncirlərlə birləşdirib biliyə çevirmək. Məsələn, sosial şəbəkələr bizə davamlı olaraq düzgün qidalanmanın vacibliyindən danışır. Əgər biz bu məlumatı gündəlik həyatımızda tətbiq etmiriksə, deməli, onun dəyəri sıfıra bərabərdir”.

Qəzzanı tərk edənlərin son sayı açıqlandı

Artıq 350 mindən çox fələstinli Qəzza şəhərindən təxliyə edilib. Sozcu.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, son gecə bombardmanından sonra daha bir neçə min insan şəhəri tərk edib. “İsrail ordusunun HƏMAS-a qarşı quru hücumu intensivləşdikcə, mülki əhalinin Qəzza şəhərindən çıxma sürəti artacaq”, - məlumatda qeyd olunub. Nəşrin məlumatına görə, hücum üçün hazırlıqlar başlamazdan əvvəl Qəzza şəhərində təxminən bir milyon fələstinli yaşayırdı.

Tramp Nyu Yorkda Zelenski ilə görüşəcək - Rubio

ABŞ Prezidenti Donald Tramp gələn həftə Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası zamanı Vladimir Zelenski ilə görüşə bilər. Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib. “Prezident Trampın Zelenski ilə bir neçə telefon danışığı və görüşü olub, o cümlədən gələn həftə Nyu Yorkda yenidən olacaq”, - Rubio bildirib.

İranda iki polis öldürüldü, biri yaralandı

Bu gün səhər saatlarında Sistan və Bəlucistan əyalətinin Xaş-Zahidan yolunda İran polislərinin olduğu avtomobilə silahlı hücum edilib. Sozcu.az xəbər verir ki, bu haqda Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Məlumata görə, hücum nəticəsində 2 polis həlak olub, biri isə yaralanıb. Bölgəyə çox sayda hərbçi və polisin cəlb olunduğu, yolların bağlandığı bildirilib. Silahlı hücumun məsuliyyətini hələlik heç bir təşkilat öz üzərinə götürməyib.

"Müalicəsi bahalı olan xəstəliklərin dərmanlarını dövlət qarşılamalıdır" - Aydın Əliyev

"Azərbaycanda daxili dərman preparatlarının istehsalı yoxdur. Ən vacib və strateji məsələ budur. İraq olsun, daha bir pandemiya olarsa, görün nə vəziyyətə düşəcəyik? Belə vəziyyətlərdə heç bir dövlət istehsal etdiyi dərmanları ixrac etmək istəmir. Bu halda dərman istehsal etməyən dövlətlər çox çətin vəziyyətdə qalır”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında radioloq Aydın Əliyev deyib. O bildirib ki, hazırda dərman idxalı sahəsində monopoliya hökm sürür: “Bu əslində yeni yox, köhnə problemdir. Çünki Azərbaycanda daxili dərman preparatlarının istehsalı yoxdur. Ən vacib və strateji məsələ budur. İraq olsun, daha bir pandemiya olarsa, görün nə vəziyyətə düşəcəyik? Belə vəziyyətlərdə heç bir dövlət istehsal etdiyi dərmanları ixrac etmək istəmir. Bu halda dərman istehsal etməyən dövlətlər çox çətin vəziyyətdə qalır. İkincisi, dərman sahəsində hazırda monopoliya var. Yəni ölkəyə yalnız bəlli şəxslər ancaq dərman idxal edə bilir və istədiyi qiyməti qoyurlar. Əgər bu məsələ sərbəst olsa, digər imkanlı şəxslər və dərman biznesi ilə məşğul olan insanlar rahat şəkildə müxtəlif ölkələrdən dərman idxal edə bilsə, dərman bol, qiymətləri isə münasib olacaq. Hər şey tələb-təklifə bağlıdır. Lakin buna şərait yaratmırlar”.  Həkim vurğulayıb ki, bəzi xəstəliklərin dərman və müayinə xərclərini dövlət qarşılamalıdır: “Onkoloji xidmət ölkədə bərbad vəziyyətdədir. Müalicəsi bahalı olan xəstəliklərin dərmanlarını dövlət qarşılamalıdır. Birinci növbədə onkoloji xidmət heç də yaxşı vəziyyətdə deyil. Adı dövlət hesabına olsa da, təəssüflər olsun ki, xəstələr ödəniş etməyə məcbur olurlar. Ödəniş etməyən xəstəyə isə yuxarıdan aşağı baxırlar. Sistemdə dəyişiklik olmalıdır. Orqan köçürülməsi, onkoloji xəstəliklər, ağır xroniki xəstəliklərdən əziyyət çəkənlərin şəxsi vəsaitləri müalicəyə bəs etmir. Digər tərəfdən, sosial şəbəkələrdə tez-tez müalicəyə ehtiyac olan və köməklik üçün müraciət edən vətəndaşlar qarşımıza çıxır. Eyni zamanda məlum verilişlər xəstələri efirə çıxararaq, həmin şəxslər üçün pul yığırlar. Bu ayıbdır. Belə ağır xəstələr niyə dövlətə müraciət edib, rahat şəkildə müalicə ala bilməməlidir? Bu məsələlər həll edilməlidir”. Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin dünən keçirilən iclasında bildirib ki, dərman vasitələri cəmiyyətimizi narahat edən məsələdir. Deputat qeyd edib ki, seçicilər görüşlərdə dərmanların qiymətlərindən də narazılıqlarının bildirirlər.

Qafqazda artıq sülh dövrü başlayıb - Prezident

Cənubi Qafqazda artıq sülh dövrü başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Şuşada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Səlcuq Bayraqdaroğlunu qəbul edərkən danışıb. Görüşdə ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələrin olmadığını deyən dövlət başçısı qeyd edib ki, iki ölkənin birliyi dünya miqyasında önəmli amildir. Prezident İlham Əliyev bölgədə (Cənubi Qafqaz -red.) artıq sülh dövrünün başladığı vurğulayıb.

70 kq qızılla saxlanılan Məmmədovla bağlı yeni qərar

Türkiyədə 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin keçmiş baş köməkçisi olmuş Qəhrəman Şamil oğlu Məmmədovun həbs müddəti uzadılıb. Sozcu.az xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, onun həbs müddəti 2 ay müddətinə artırılıb.

NATO-dan Rusiyaya cavab: Əməliyyat başladı...

NATO-nun alyansın şərq cinahında "Şərq gözətçisi" əməliyyatı başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə NATO-nun X hesabında məlumat yayılıb. Qeyd olunub ki, hərbi əməliyyat alyans üzvlərinin hava məkanının pozulmasına cavab olaraq başlayıb və NATO-nun şərq cinahda mövqelərini gücləndirmək məqsədi daşıyır. Qeyd edək ki, 10 sentyabrda Rusiya PUA-ları Polşa hava məkanına soxulub.

Tramp Quterreşlə görüşəcək

BMT Baş katibi Antonio Quterreşlə ABŞ Prezidenti Donald Tramp arasında görüş olacaq. Sozcu.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik məlumat verib. Görüş BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçiriləcək. Qeyd edək ki, dünya liderlərini bir araya gətirən "Yüksək Səviyyəli Həftə" sentyabrın 23-də başlayacaq.

Dohada İsrail əleyhinə bəyanat qəbul edildi

İslam və ərəb ölkələri İsrailin HƏMAS rəhbərliyinin Dohadakı qərargahına endirdiyi zərbəyə cavab olaraq Qətərin atdığı bütün addımları dəstəkləyəcək. Sozcu.az xəbər verir ki, bunu Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının sammitinin yekunları üzrə qəbul edilmiş bəyanatda qeyd edilib. "Bütün ərəb və islam ölkələrinə qarşı hücuma çevrilmiş bu təcavüz qarşısında Qətər dövləti ilə tam həmrəy olduğumuzu bir daha təsdiqləyirik. İsrailin xain hücumuna cavab vermək, suverenliyini qorumaq və təhlükəsizliyini təmin etmək üçün Qətərə atdığı bütün addımlarda və tədbirlərdə dəstəyimizi ifadə edirik", - mətndə deyilib. Ərəb və islam ölkələri İsrailin regionda yeni status-kvo tətbiq etmək planlarına qarşı çıxmaq barədə razılığa gəliblər.

Son 15 ildə SOCAR-da 31,5 min nəfər ixtisara düşüb

Bu ilin əvvəlinə olan məlumata görə Dövlət Neft Şirkətində (SOCAR) işləyən işçilərin sayı 48 min 69 nəfər olub. Sozcu.az xəbər verir ki, son 15 il ərzində SOCAR-da işçilərin sayı 31 min 500 nəfər və ya 39,6% azalıb. Belə ki, 15 il əvvəl – 2011-ci ilin əvvəlində SOCAR-da 79 min 569 nəfər işçi olub. Sonrakı illərdə SOCAR-da işçilərin sayı davamlı olaraq azalmağa başlayıb. Yalnız 2018-20-ci illərdə və 2023-cü ildə işçilərin sayında cüzi artım olub. 1 yanvar 2011 – 79 569 nəfər 1 yanvar 2012 – 77 140 nəfər 1 yanvar 2013 – 66 234 nəfər 1 yanvar 2014 – 61 088 nəfər 1 yanvar 2015 – 54 714 nəfər 1 yanvar 2016 – 52 104 nəfər 1 yanvar 2017 – 50 735 nəfər 1 yanvar 2018 – 50 424 nəfər 1 yanvar 2019 – 51 125 nəfər 1 yanvar 2020 – 51 695 nəfər 1 yanvar 2021 – 50 861 nəfər 1 yanvar 2022 – 48 870 nəfər 1 yanvar 2023 – 48 042 nəfər 1 yanvar 2024 – 48 320 nəfər 1 yanvar 2025 – 48 069 nəfər

Rusiya ƏDV-ni artırır – Hücum xalqı soymağa hesablanıb

Rusiya NATO-ya qarşı gələcək potensial münaqişələrdə öyrəndiyi dərsləri tətbiq etmək üçün Alyansın imkanlarını və hücum dronlarının müdaxiləsinə reaksiyasını qiymətləndirməyə çalışır. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. “Kreml böyük bir büdcə kəsiri ilə üzləşir və iqtisadi xərcləri Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləmək üçün bir qurban kimi Rusiya əhalisinə sırıyıb istehlak vergilərini artıra bilər. Məqsəd hərbi maşının maliyyələşdirilməsini azaltmaq əvəzinə, resurs çatışmazlığını kompensasiya etməkdir. Rusiyanın bir sıra hökumət mənbələri ölkənin müxalifət nəşri olan “Bell”ə bildirib ki, hökumət federal büdcənin böyük kəsiri səbəbindən yaxın gələcəkdə əlavə dəyər vergisini 20%-dən 22%-ə qaldırmağı düşünür. ƏDV-ni 22%-ə çatdırmaqla Rusiya hökuməti ildə əlavə olaraq 1 trilyon rubl (təxminən 11,9 milyard dollar) və ya Rusiyanın ümumi daxili məhsulunun təxminən 0,5%-i qədər gəlir əldə edə bilər. Bu vergi artımı Rusiya əhalisini faktiki olaraq vəsaitlərdən məhrum edər, çünki müəssisələr mal və xidmətlərin qiymətini artırmaqla vergi artımlarının çoxunu istehlakçılara ötürürlər”, - məlumatda deyilib.

Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəldi

Türkiyənin Baş Qərargah rəisi Səlcuq Bayraqdaroğlu Azərbaycana gəlib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, S. Bayraqdaroğlu Bakıda bir sıra görüşlər keçirəcək.

Artıq müharibə olmayacaq - Paşinyan

“Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq”. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Yazda söyləmişdim ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq, indi də bəyan edirəm: artıq Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub”, - baş nazir qeyd edib. Paşinyanın fikrincə, iki ölkə arasında əldə edilmiş sülhün qayğıya ehtiyacı var: “Hətta 50 ildir mövcud olan sülh də institutsionallaşmaya ehtiyac duyur. Çünki sülhün institusionallaşdırılması ilə məşğul olmasanız, sülh deinstitusionallaşdırılır, yəni aradan qalxır”.

TƏBİB-in sistemi yenə çökdü - Xəstəxanalarda növbələr yarandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) elektron sistemi çöküb. Sozcu.az xəbər verir ki, bu barədə "Unikal"a vətəndaşlar məlumat veriblər. Qeyd olunub ki, sistemin çökməsi nəticəsində xəstəxanalarda uzun növbələr yaranıb. pizza Xatırladaq ki, son zamanlarda xəstəxanalarda elektron sistemin çökməsi problemi tez-tez yaşanır.

“Qarabağda yaşayan ermənilər potensial təhlükədir”

"Açıq deyim ki, nə qədər o ərazilərdə etnik ermənilər yaşayacaq, potensial təhlükə olaraq qalacaqlar. Orada olan etnik ermənilər nəzarətə götürülməlidir. Bundan çəkinmək lazım deyil. Dünənki hadisə bir daha sübut edir ki, istənilən ad etnik ermənilərdən irili-xırdalı cinayətləri gözləmək olar”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında ehtiyatda olan polkovnik və hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, dünən baş verən hadisə bir daha sübut edir ki, ermənilər hələ uzun illər revanşist hissələrlə alışıb yanacaq: “Dünən baş verən hadisə bir daha sübut edir ki, ermənilər hələ uzun illər revanşist hissələrlə alışıb yanacaq. Sirr deyil ki, bu gün hətta Ermənistan rəhbərliyinin apardığı siyasətə qarşı ermənilərin özündə böyük narazılıqlar var. Onlar üçün düşünülmüş, qəbul olunmuş qərarları belə qıcıqla, əsəblə qarşılayırlar. Mən əminəm ki, hələ minlərlə iri yaxud xırda çaplı silah-sursat keçmiş Dağlıq Qarabağ ərazisində gizlədilib. Onlar hələ uzun illər aşkar ediləcək və tapılacaq. Azəraycan ərazisində 30 ildən artıqdır ki, SSRİ adlı dövlət yoxdur. Lakin biz illər keçsə də, sovet dövründə bir vaxtlar hərbi hissə, poliqon olmuş ərazilərdən hərbi sursatlar, minalar aşkarlayırıq. İndi isə təsəvvür edin ki, 30 ildən artıq müddətdə Qarabağın ayrı-ayrı bölgələrində qeyri-qanuni silahlı birləşmələr olub və silah-sursatları gizlətdiyi yerlər yalnız onların özlərinə bəllidir. Ona görə dünənki hadisə hüquq-mühafizə orqanlarına bir daha bu işdə ayıq-sayıq olmağı göstərdi”.   Polkovnik qeyd edib ki, bu məsələdə heç bir halda boşluğa yol vermək olmaz: “Bu məsələdə heç bir halda boşluğa yol vermək olmaz. Təsəvvür edin ki, bu adam 5 əl qumbarası və 4 sandıqca güllə olan avtomatla hərbçilərə yaxud mülki insanlara atəş açsaydı, yüzlərlə həyatını itirəcəkdi. Bir polis işçimiz yaralanıb, ümid edirəm ki, tez bir zamanda sağalar. Amma açıq deyim ki, nə qədər o ərazilərdə etnik ermənilər yaşayacaq, potensial təhlükə olaraq qalacaqlar. Orada olan etnik ermənilər nəzarətə götürülməlidir. Bundan çəkinmək lazım deyil. Dünənki hadisə bir daha sübut edir ki, istənilən ad etnik ermənilərdən irili-xırdalı cinayətləri gözləmək olar”. Qeyd edək ki, dünən Xankəndidə erməniəsilli şəxs avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Məlumatda deyilir ki, 2025-ci il sentyabrın 14-də Xankəndi şəhərinin erməniəsilli sakini 1967-ci il təvəllüdlü Karen Albertoviç Avanesyan yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib.  Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.

Xankəndidə erməni polisə atəş açdı: yaralılar var

2025-ci il sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu 4 sandıqçanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.

Rusiyanın daha bir neft emalı zavodu vuruldu

Sentyabrın 14-də Rusiyanın Leninqrad vilayətindəki Kirişi neft emalı zavoduna PUA hücumu edilib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Hücum nəticəsində zavodun ərazisində partlayış və yanğınlar qeydə alınıb. Qeyd edək ki, bu zavod Rusiyanın ən böyük neft emalı zavodlarından biridir. Leninqrad vilayətinin Kirişi şəhərində yerləşir və "Surqutnefteqaz" şirkətinin törəmə müəssisəsidir. Zavod ildə 10 milyon tondan çox neft emalı gücünə malikdir və geniş çeşiddə neft məhsulları, o cümlədən benzin, dizel yanacağı, aviasiya yanacağı və s. istehsal edir.