Azərbaycan axtarışda olan caniləri Türkiyəyə təhvil verdi

Azərbaycan, Gürcüstan, Almaniya, Monteneqro, Şimali Makedoniya və Yunanıstan "qırmızı bülleten"lə axtarışda olan 16 nəfəri Türkiyəyə ekstradisiya edib.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"dəki hesabında paylaşıb.

Ekstradisiya olunan şəxslər qəsdən adam öldürmə, sui-qəsdə cəhd, narkotik ticarəti, oğurluq və dələduzluq kimi cinayətlərdə ittiham olunurlar.

Share on Facebook