82 yaşlı kişi sobanın üzərinə düşdü, yanaraq öldü

Tovuzda yaşlı kişi bədbəxt hadisə nəticəsində vəfat edib.

Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, Qovlar kəndində 1942-ci il təvəllüdlü Cəmil Kazımov yanan sobanın üzərinə düşüb və yanaraq ölüb.

Alov evin bir hissəsinə də keçib, amma tikili tam yanmayıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Share on Facebook