İstanbulda 7 bal gücündə zəlzələ olacaq, qaçılmazdır! - Pampal

Ötən il konfransların birində çıxışım zamanı İstanbulda 6,5 – 7 bal gücündə zəlzələnin olacağını demişdim. İndi də eyni fikirdəyəm.

Sozcu.az xəbər verir ki, bunu zəlzələ üzrə mütəxəssis Süleyman Pampal deyib.

“Təəssüf ki, İstanbulda 7 bal gücündə zəlzələ olacaq. Bu fay xətti qırılacaq və proses başa çatacaq. Son illərdə bu, hətta Amerikanın "Nyu York Tayms" qəzetində də işıqlandırılıb. "Nature" jurnalında elmi məqalələr dərc olunub. İstanbulda zəlzələ riski olduqca yüksəkdir və qaçılmazdır, çünki onun təkrarlanma dövrü artıq keçib”, - mütəxəssis əlavə edib.

“İstanbulla bağlı əvvəldən fikrim belə olub: Şimali Anadolu fayının şimal qolu, İstanbulun Avropa tərəfinin cənubundan, Silivri sahillərindən Təkirdağ və Qanoşa qədər sahilə paralel uzanır. 1912-ci ildə Qanoş fayı qırıldı və 7,3 bal gücündə zəlzələyə səbəb oldu. Daha sonra qırılmalar şərqə doğru davam etdi. 2009 və 2011-ci illərdə 5,5 və 5,9 bal gücündə zəlzələlər baş verdi. 23 aprel 2024-cü ildə 6,2 bal gücündə zəlzələ İstanbula çox yaxın oldu. 1766-cı ildə İstanbulu məhv edən iki zəlzələ də bu fay xətti üzərində baş verdi. Bu fay xəttinin şərqə, Böyükçəkməcə sahillərindən Əminönünə qədər uzanan qırılmamış bir hissəsi var. Bu, təxminən 30-35 kilometr uzunluğundadır. Su altında olduğundan qəti şəkildə danışa bilmərik, amma bu hissə qırılmayıb və nə vaxtsa qırılacaq”, - S.Pampal bildirib.

Share on Facebook