ABŞ bir neçə aylıq fasilədən sonra yaxın gələcəkdə BMT büdcəsinə ödəniş edəcək.
Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib.
2025-ci ilin noyabr ayında Uolts ABŞ administrasiyasının təşkilatda islahatları gözlənildiyi üçün BMT-yə ödənişləri dayandırdığını bildirmişdi.
ABŞ-ın daimi nümayəndəsi “Reuters” agentliyinə son müsahibəsində bildirib: “Mən ilk vəsait tranşının çox tezliklə köçürüləcəyini gözləyirəm. Düşünmürəm ki, son məbləğ müəyyən edilib, amma bu, bir neçə həftə ərzində ediləcək”.
Fevralın əvvəlinə olan məlumata görə, ABŞ-ın BMT-nin büdcəsinə töhfələr borcu təxminən 2,19 milyard dollar təşkil edib ki, bu da bütün BMT ölkələrinin ümumi borclarının 95 faizini təşkil edir.
