Rusiyada dustaqlar iki əməkdaşı girov götürdü

Rusiyanın Rostov vilayətində istintaq təcridxanasında saxlanılanlar iki əməkdaşı girov götürüblər. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Federal Penitensiar Xidmətindən məlumat verilib. “Rusiya Federal Penitensiar Xidmətinin Rostov vilayətində yerləşən 1 saylı istintaq təcridxanasının kameralarından birində saxlanılan təqsirləndirilən şəxslər penitensiar sistemin iki əməkdaşını girov götürüb. Hadisə yerində Rusiyanın Federal Penitensiar Xidmətinin Rostov vilayəti üzrə rəhbəri, həmçinin hüquq-mühafizə orqanlarının və prokurorluğun nümayəndələri yollanıblar”, - məlumatda qeyd olunub. TASS-ın məlumatına görə, istintaq təcridxanasında girov götürən məhbusların arasında İŞİD terror təşkilatı ilə əlaqədə ittiham olunanlar da var.

Ucuz evlərin sirri açıldı - Buna görə satılmır…

“Qiymətlərin bahalaşmasına səbəb tikinti şirkətləri olub. Əgər mənzil tikintisi əvvəlki qaydada qalsa, qiymətlər qalxacaq. “Böyük Qayıdış” prosesi daşınmaz əmlak bazarına ciddi təsir etməyəcək”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Azadov söyləyib. O, “Böyük Qayıdış”la bağlı verilən proqnozlardan söz açıb: “Əslində bu kimi fikirlər səsləndirilir. Dövlət ehtiyacları üçün inşa olunan mənzillərin bir qisminin bazara çıxarılması səbəbindən daşınmaz əmlak qiymətlərinin aşağı düşməsi barədə proqnozlar var. Lakin bunlar əsassızdır. İlk olaraq, belə layihələr şəhərin əlverişsiz yerində, dövlət əhəmiyyətli sifariş olduğu üçün ucqar yerlərdə inşa olunub və onlara tələbat çox azdır. İkinci məsələ isə bundan ibarətdir ki, dövlət sifarişli olduğu üçün tenderlərə daxil olan şirkətlər bu mənzillərin təmirin həyata keçirir. Bu təmir oxşar tikinti şirkətlərinin, yəni kommersiya layihələrinin gördüyü işlərlə bir deyil, zəifdir. Qiymətləndirmə isə müstəqil ekspertlər tərəfindən aparılıb və burada bazarın orta qiyməti əsas götürülərək təyin olunub”. SEO Xidməti Ekspert onu da əlavə edib ki, bu siyahıya daxil olan əmlaklar kütləvi coğrafi mövqedə yerləşir: “Ticarət və yol infranstrukturu çox zəifdir. Məktəb, bağça, iaşə obyektləri sözügedən evlərin yerləşdiyi ərazidən olduqca uzaq məsafədədir. Faktiki olaraq, onların qiyməti də yüksəkdir. Bu kimi səbəblər həmin mənzillərə olan tələbi azaldır. Bir coğrafi nöqtədə yerləşməsi yalnız bu tip əmlakların satışına qismən təsir edə bilər. Amma ümumilikdə bu prosesin mənzil bazarına heç bir təsiri yoxdur və ola da bilməz”.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 844-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 526 310 hərbçi, 7 956 ədəd tank, 15 269 ədəd zirehli döyüş maşını, 13 913 ədəd artilleriya sistemi, 1 104 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 853 hava hücumundan müdafiə sistemi, 359 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 18 967 ədəd avtomobil texnikası, 11 159 ədəd PUA, 2 296 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 325 xüsusi avadanlıq itirib.

Ordumuzun mövqeləri atəşə tutuldu

İyunun 16-sı saat 00:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Yeğeqnadzor rayonunun Bardzruni yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən bildirilib. "Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda deyilir.

Bakıda 34 dərəcə isti var – Faktiki hava

İyunun 16-sı saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da və Aran rayonlarında 35, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.

Elə dövrə gəlmişik hamı əxlaqdan danışır

Elə dövrə gəlmişik hamı əxlaqdan danışır, Qeyrəti tapdaq altda olan papaqdan danışır. Həcilər saxladığı müğənnilər hoqqa verir, Sonra da gedir həccə hicab,duvaqdan danışır. Öz halal arvadına neçə vaxtdır toxunmayıb, Yüz əza altda qalanlarla uşaqdan danışır. Millət acından ölür,gəl halına biganədir, Məmur eyş-işrətdədir,kefi-damaqdan danışır. Neftin pulunu yeyir millət haqda düşünmədən, Başlandı müharibə milli maraqdan danışır. Balası məmurun kefdədi,kasıb şəhid oldu, Şəhid övladına verdiyi bir otaqdan danışır. Verirlər fətvanı çox "başbilənlər" bu gənclərə, Övladları xaricdə, özü də qıraqdan danışır. Çox düşmənin qulağın kəsib, döndərdik küçüyə, Bütün dünya kəsilən həmin qulaqdan danışır. Müharibə göstərdi ermənidən fərqimizi, Biz şücaətdən, onlar köhnə çanağdan danışır. Özü yağ-bal içində yaşayanlar mən Elçinə Deyir çətinlik Tanrıdandır sınaqdan danışır. Elçin Rəhimzadə

Qazaxda 26 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb

Qazaxda 26 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb. "Report"un Qərb bürosu xəbər verir ki, hadisə Ağköynək kəndində qeydə alınıb. Belə ki, rayon sakini, 1998-ci il təvəllüdlü Orxan Əliyev həyətində suvarma işləri aparan zaman su nasosında yaranan elektrik sızması nəticəsində cərəyan onu vuraraq öldürüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Atəşkəs pozulur: Bakıya bu təklifi verməyə hazıram - Paşinyan

Sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq üçün Bakıya təklif verməyə hazıram. Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib. "Həqiqi vəziyyəti anlamaq, o cümlədən beynəlxalq ictimaiyyət üçün düşünürəm ki, sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq yaxşı olardı", - deyə Paşinyan Zəngəzur bölgəsində partiyadaşları ilə görüşündə bildirib. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri 13 və 14 iyunda Naxçıvan istiqamətində bir neçə dəfə atəşkəs rejimini pozub.

Azərbaycanda bədbəxt hadisə: metal qarmaq ürəyinə batdı

Kür çayında balıq tutan şəxs bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Çayın Şəmkir rayonu ərazisindən keçən hissəsində Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü O.Mamayev qardaşı ilə birgə balıq tutarkən ehtiyatsızlıqdan yıxılıb və əlindəki metal qarmaq onun ürəyinə batıb. O, aldığı xəsarətdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Kürdə dəhşət: qayıq külə döndü, çox sayda yaralı var

23:12 Mingəçevirdə Kür çayında qayıqda yanğın olub. Sozcu.az Report-a istinadən xəbər verir ki, qayıqda hələ dəqiq məlum olmayan səbəblərdən yanğın baş verib. Hadisə nəticəsində səkkiz nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir. Zərərçəkənlər xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. *** Mingəçevirdə qayıqda yanğın baş verməsi səbəbindən xəsarət alanların sayı artıb, onların kimliyi məlum olub. Hadisə nəticəsində 1987-ci il təvəllüdlü Kamilə Əhmədova, 1982-ci il təvəllüdlü Emil Şirinov, 1990-cı il təvəllüdlü Nəzakət Orucova, 2011-ci il təvəllüdlü Həsən Şirinov, 2018-ci il təvəllüdlü Afət Orucova, 2014-ci il təvəllüdlü Ə.Orucov, 2006-ci il təvəllüdlü Sahil Məhərrəmov, 1984-cü il təvəllüdlü İntiqam Kəmalov və 1982-ci il təvəllüdlü Ehtiram Kamalov xəsarət alıblar. Zərərçəkənlərin bir neçəsi yanq, bir qismi isə travma və kəsik xəsarətləri alıb. Qeyd edək ki, hadisə qayıq sahildə olan zaman qeydə alınıb. Şahidlərin bildirdiyinə görə, qayıqda anidən yanğınla nəticələnən partlayış baş verib.

Biləsuvarda minik avtomobili yandı

Biləsuvar rayonunda “Kia" markalı minik avtomobilinin yanar hissələri yanıb. Fövqəladə Hallar Nazirliyindən Sozcu.az-a bildirilib ki, ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azərbaycanda DƏHŞƏT: sevgilisinin dodağını siqaretlə yandırdı, sonra küçədə...

Bakıda sevgilisinin dodağını siqaretlə yandıran, həmçinin onu dəfələrlə döyərək xəsarətlər yetirən şəxs həbs edilib. Hadisə paytaxtın Yasamal və Nərimanov rayonları ərazisində baş verib. Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən Səidə Fətəliyeva (ad-soyad şərtidir) sevgi münasibətində olduğu Elman adlı şəxsin ona iztirablar verdiyini bildirib. Bundan sonra 1995-ci il təvəllüdlü E.Məmmədov barəsində Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb. Məlum olub ki, Elman Məmmədov Səidəyə qısqanclıq zəminində xəsarətlər yetirib. Sevgilisi yatdığı zaman cəzalandırmaq məqsədilə onun dodağını qaynar halda olan siqaretlə yandırıb. Bundan başqa, Nərimanov rayonu Keşlə qəsəbəsi ərazisində küçədə saçından tutaraq sürüyüb və yerə yıxaraq döyüb. Zərərçəkən qız məhkəmədə ilkin ifadəsində Elmanın törətdiyi əməllər barədə ətraflı məlumat verib. Lakin o daha sonrakı ifadəsində E. Məmmədovun ehtiyatsızlıqdan onun dodağını yandırdığını bildirib. Şahid ifadələri və digər dəlillər xəsarətlərin qəsdən yetirilməsini göstərib. Nərimanov Rayon Məhkəməsinin 4 iyun tarixli hökmü ilə Elman Məmmədova 2 il həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olan 29 yaşlı şəxs məhkəmə zalındaca həbs edilib. ("Qafqazinfo")

Qurban ruhun təntənəsi, nəfsin tərbiyəsidir...

Hər fərdin və ya hər xalqın həyatında müəyyən əlamətdar günlər, bayramlar var. Ancaq müsəlmanlar üçün dinimizin buyruğu olan iki gözəl bayram - Ramazan bayramı və Qurban bayramı xüsusi əhəmiyyət və məna daşıyır. Yəni, bu iki bayram özlüyündə həm təfəkkür mövzusu, həm də bir mükafat mövzusudur. Qurban bayramı Həcc ziyarəti ilə üst-üstə düşür. Həcc ziyarəti insana ölümdən sonra dirilib Məhşər meydanında toplaşmağın ifadəsi olduğu kimi, qurban kəsmək də verdiyi bütün nemətlər üçün Allaha (c.c.) şükür etməyin ifadəsidir. Qurban vermək əslində hər bir insanın xarakterini formalaşdıran dəyərlər arasında ən mühüm xüsusiyyətdir. İbadətlərin mahiyyətini tam olaraq ancaq Allah (c.c.) bilir, amma bizə də bildirdiyi bəzi mühüm məqamlar var. Qurban ibadətinin mahiyyətini qısa şəkildə belə ifadə edə bilərik: Allahın əmri hər cür dünya nemətindən, zövqündən üstündür. Qurban kəsilən heyvan əl əməyinin, alın tərinin nəticəsidir. İnsan çalışaraq əldə etdiyi dünya nemətini Allah yolunda qurban kəsir və ehtiyacı olanlara paylayır və bununla da sübut edir ki, hər şeyin sahibi olan Allah üçün hər cür dünya nemətini fəda etmək olar. Beş növ heyvan qurban kəsmək olar: qoyun, keçi, inək, camış və dəvə. Bir qoyunu və ya bir keçini bir adam qurban kəsə bilər. Qurban kəsilən qoyun və ya keçi bir yaşından az olmamalıdır. Əgər bir yaşını tamamlamayıbsa, ən azı bir yaşındakı kimi görünməlidir. Qurban kəsiləcək inək və ya camış iki yaşından yuxarı olmalıdır. Dəvə isə ən azı beş yaşına gəlməlidir. Bir inəyə, bir camışa və ya bir dəvəyə yeddiyə qədər adam ortaq ola bilər. Ancaq bir adam istəsə, təkbaşına bir inəyi, bir camışı, bir dəvəni qurban kəsə bilər. Əsas odur ki, Allah sənin niyyətindən, sənin əməlindən razı olsun. Qurban kəsiləcək heyvanlar xəstə, qoca və şikəst olmamalıdır. Bu məsələdə heyvanların əlamətlərini kifayət qədər sadalamaq olar, ancaq bircə onu bildirməyi lazım bilirik ki, hər kəsin kəsdiyi qurban elə özünə verdiyi dəyərdir. Quşlardan, həmçinin ov heyvanlarından qurban kəsmək olmaz. Qurban kəsmək varlı müsəlmanların borcudur, qurban payı gözləmək kasıb müsəlmanların haqqıdır. Qurban ətini 3 yerə bölmək, bir hissəsini yoxsullara, bir hissəsini qohumlara və qonşulara, bir hissəsini də evə ayırmaq daha doğrudur. Qurban ətindən müsəlman olmayanlara da vermək olar. Qurbanı incitmədən kəsmək, kəsərkən də “Bismillah, Allahu Əkbər” və ya “Bismillah” demək lazımdır. Yaxşı olar ki, qurbanı özünüz kəsəsiniz, əgər kəsə bilmirsinizsə, heç olmasa heyvanın yanında dayanın, kəsənlə birlikdə “Bismillah” deyin. Allah bu gözəl bayramla yurdumuza xeyir-bərəkət, insanlarımıza könül xoşluğu nəsib etsin! Qurban bayramınız mübarək olsun! (yeniavaz) Murad Məmmədov

“Sədərək” ticarət mərkəzində YANĞIN

“Sədərək” ticarət mərkəzində yanğın olub. Bu barədə Sozcu.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, Qaradağ rayonunda yerləşən ticarət mərkəzinin ərazisində ümumi sahəsi 50 m² olan tikinti materialları anbarının qarşısına yığılan plastik borular və digər obyektdə ümumi sahəsi 200 m² olan anbarın 2 ədəd plastikdən ibarət pəncərəsi və 5 m² sahədə dam örtüyü yanıb. Anbar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Çimərliklərdə qiymətlər yenə qalxdı: Giriş 30 manat...

Bu gündən Azərbaycanda çimərlik mövsümünə start verildi. Artıq əksər restoran və iaşə obyektləri tam hazır vəziyyətə gətirilib. Stol-stul dəstləri düzülüb, abadlıq işləri isə yekunlaşıb.  “Cebhe.info" dənizkənarı obyektlərdə qiymətləri araşdırıb. SEO Xidməti Bilgəh, Novxanı, Buzovna və Şixov ərazisində olan akvaparklara giriş ara günləri 25 manat, həftəsonu isə 30 manatdır.  Məşhur "Dalga Beach" akvaparkına girişin qiyməti isə həftəiçi 30 manat, həftəsonu isə 40 manat təşkil edir.  Akvaparklara bəzi əlavə qidaları gətirməyə icazə verilsə də, böyük əksəriyyəti isə ümumiyyətlə qida ilə girişə qadağa tətbiq edir.

İDDİA! Əhəd Abıyev hələ də Daşkəsəni idarə edir

Bir ilə yaxındır icra başçısız qalan Daşkəsən rayonu ilə bağlı xəbər var.  AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, Prezidentin 17 iyul 2023-cü ildə Daşkəsən icra başçısı vəzifəsindən çıxartdığı Əhəd Abıyev hələdə bu rayonda "kölgə" icra başçısı rolunu oynayır. Əhəd Abıyevə bu məsələdə yardımı isə hazırda Daşkəsən rayon İcra Hakimiyyətində başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışan Namiq Süleymanovun etdiyi bildirilir. SEO Nədir Daşkəsəndəki mənbə bildirir ki, hazırda Daşkəsəni Əhəd Abıyevin göstəriş və məsləhəti ilə Namiq Süleymanov idarə edir. Namiq Süleymanovun ayda bir neçə dəfə Əhəd Abıyevlə görüşərək ondan göstəriş və təlimatlar aldığı deyilir. Məlumatda qeyd edilir ki, Əhəd Abıyev bütün əlaqələrini işə salaraq Namiq Süleymanovun Daşkəsən rayon icra başçısı olmasına çalışsa da, hələki bu istəyi reallaşmır. Qeyd edək ki, Namiq Süleymanov Əhəd Abıyev deputat olanda onun sürücüsü, daha sonra köməkçisi və icra başçısı işlədiyi dövrdə isə müavini vəzifəsinə yüksəlib. Onun diplomunun da saxta olması ilə bağlı iddialar var.

Üç uşaq anası faciəvi şəkildə öldü

İsmayıllıda Talıstan kənd sakini bədbəxt hadisə nəticəsində ölüb. Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, Göyçə Hacıalı qızı Hüseynova həyətdə cücələrə su verərkən elektrik naqilinə toxunub və nəticədə onu cərəyan vurub. Bildirilib ki, 47 yaşlı qadın 3 uşaq anasıdır. SEO Xidməti Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.

18 yaşlı gənci öldürən şəxs tutuldu - Həmyaşıd imişlər...

İyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə Sabunçu rayon prokurorluğu məlumat yayıb. Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.  Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rəhim Əsədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Bakıda yataqxanada DƏHŞƏT: Onu yatmağa qoymayan tələbəyə 38 bıçaq zərbəsi vurdu

2023-cü il fevralın 8-i gecə saatlarında Bakının Binəqədi rayonunda yerləşən 6 saylı Peşə məktəbinin yaxınlığında bıçaqlanma hadisəsi olur. Bu barədə vətəndaş Daxili İşlər Nazirliyin "102" xidmətinə zəng edərək məlumat verib. Bundan 10-15 dəqiqə sonra isə 2007-ci il təvəllüdlü Əliəkbər Mərəyevin qətlə yetirilməsi barədə 5-ci Polis Bölməsindən rayon prokurorluğuna məlumat daxil olub. Cinayəti törədən 2002-ci il təvəllüdlü Rəşad Muxtarov hadisə yerində saxlanılıb. Məlumatla əlaqədar prokurorluq əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə yollanıblar. Məlum olub ki, hadisə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yataqxanasının 204 saylı otağında baş verib. Çarpayıda Əliəkbər Mərəyevin meyiti, yastıqda, yorğanda, döşəmədə, mələfədə, hamam otağında çoxlu sayda qan ləkələri aşkarlanıb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib. Bakıda yataqxanada DƏHŞƏT: Onu yatmağa qoymayan tələbəyə 38 bıçaq zərbəsi vurdu İstintaqla müəyyən edilib ki, fevralın 8-i gecə saat 2 radələrində Rəşad Muxtarov 204 saylı otaqda onunla birlikdə yaşayan, həmin Mərkəzin tələbəsi Ələkbər Mərəyevə yatmaq istədiyini bildirərək, ondan otaqdakı işığı söndürməsini və mobil telefonunun səsini azaltmasını xahiş edib. Ancaq aralarında mübahisə yaranıb. Bu zaman Rəşad Muxtarov otaqdakı masanın üzərindən mətbəx bıçağını götürüb və arxası üstə çarpayıya yıxdığı Əliəkbər Mərəyəvin döş qəfəsinə bir neçə zərbə vurub. Daha sonra onun döş qəfəsinə və bədəninin digər nahiyələrinə ümumilikdə 38 dəfə zərbə endirib. Nəticədə yeniyetmə ölüb. İş üzrə dindirilmiş Rəşad Muxtarov bildirib ki, Mingəçevir şəhərində Səməd Vurğun adına 16 nömrəli orta məktəbi bitirib, səhhəti ilə bağlı hərbi xidmətdə olmayıb. 2022-ci ilin sentyabr ayında "Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi"nə qəbul olunub: "Mərkəzin yataqxanasında 204 saylı otaqda, Əliəkbər Mərəyev, Elcan Talıbov və Məhəmməd Səfəralıyevlə birlikdə yaşayırdım. Həmin uşaqlarla münasibətimiz yaxşı idi. Axırıncı dəfə, mənimlə söyüşlə etdiyi zarafatlara görə, Əliəkbərlə münasibətim pisləşmişdi. Bu növ zarafatları qəbul etmədiyimdən otaq yoldaşıma iradımı bildirəndə, Əliəkbər zarafatdır da edirəm, sən də məni söy dedi. 2023-cü il fevralın 7-də dərsə getməmişdim. "28 may" metostansiyasının yanında yerləşən Ticarət Mərkəzində bir az vaxtımı keçirib, saat 22 radələrində yataqxanaya qayıtdım. Otaqda Əliəkbər idi, Məhəmmədlə Elcan bir neçə günlük yaşadıqları rayona getmişdilər. Öz yerində uzanan Əliəkbərə salam versəm də, o, salamımı almadı, fikri əlindəki telefonda idi. Paltarlarımı soyunub, yatağımda uzandım. Saat 23 radələrində Şamil adlı komendant otağa gəlib, nəzər yetirib getdi. Əliəkbər telefonunda oyun oynayırdı. Telefonun səsi və işığına görə yata bilmirdim. Telefonu söndürməsini tələb etsəm də, otaq yoldaşım sözlərimə məhəl qoymayaraq, mənə "işinlə məşğul ol" dedi. Əliəkbərə "sənə 10 dəqiqə vaxt verirəm, telefonun səsini al, yatıram" söyləsəm də, o, buna əhəmiyyət vermədi. Ünvanıma işlədilən söyüşdən qəzəblənərək, ayağa qalxdım və onun üstünə getdim. Ondan üzr istəməsini tələb etdim. "Məni səni vurmağa vadar etmə" deyəndə, Əliəkbər yenə "işimlə məşğul olmağımı" bildirdi. Artıq söyüşlərə dözə bilmədiyimdən, əlimdə bıçaqla otaq yoldaşıma yaxınlaşdım. Bunu görən Əliəkbər ayağa qalxıb mənimlə əlbəyaxa olmaqla, bıçağı əlimdən almağa çalışdı, amma bunu bacarmadı. Əllərimlə itələyib onu çarpayıya yıxdım. Dərhal sinəsinə bir neçə zərbə endirdim. Əliəkbər söyüşlər söyüb, özünü müdafiə etməyə çalışsa da, əsəbimdən ona xəsarətlər yetirməkdə davam etdim. Əliəkbər yataqda, üzü üstə uzanıqlı, hərəkətsiz vəziyyətdə qaldı. Tibbi Yardım stansiyasına zəng etdim. Atam, sonra da anamla əlaqə saxlayaraq, onlara adam bıçaqladığımı dedim. Daha sonra otaqda işıqları söndürüb, həkimlərin gəlməsini gözlədim". İstintaq zamanı, Rəşad Muxtarov hamam otağında, su borusunun arxasından mətbəx bıçağını çıxarıb, müstəntiqə təqdim edib. Zərərçəkmiş şəxsin hüquqi varisi Zamin Mərəyev bildirib ki, Əliəkbər Mərəyev onun bacısı oğlu olub: "Hadisə haqqında mənə polis əməkdaşı zəng edib məlumat verib. 5-ci bölməyə gedəndə bildim ki, Əliəkbəri otaq yoldaşı Rəşad Muxtarov öldürüb. Bacım oğlu Lənkəran rayonunun Şağlaküçə kəndində böyüyüb. 9-cu sinifdən sonra, 2022-ci ildə Əliəkbər "Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Liseyinə qəbul olunub. Qohumum heç vaxt otaq yoldaşlarından mənə şikayət etməmişdi". Şahid Ülvi Kazımov bildirib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan tələbələrin yataqxanasında və yeməkxanasında maddi-texniki təminatın həyata keçirilməsi ilə məşğuldur: "Yataqxanada oğlanların yaşadığı hissəyə Şamil Qasımov, qızlar olan hissəyə isə Gülyanaq Qarayeva nəzarət edir. Fevralın 7-də gün ərzində yataqxanada olmuşam. Şamil Qasımov saat 22:00-da gündəlik rejimə uyğun olaraq, tələbələrin otaqlarına daxil olaraq, səliqə-sahmana, eləcə də, digər zəruri təhlükəsizlik qaydalarına riayət edilib-edilməməsini yoxlayıb və bu barədə mənə məlumat verib. Fevralın 8-i gecə saat 2:30-da Rəşad Muxtarovun anası zəng edib, mənə oğlunun kiminləsə dalaşdığını və bıçaqlanma hadisəsi baş verdiyini dedi. Yolda olan zaman Şamil mənimlə əlaqəsi saxlayıb, Rəşadın Əliəkbəri bıçaqla vurduğunu bildirdi. Polisə və təcili yardım stansiyasına zəng edib xəbər verdim. Sonradan öyrəndim ki, Şamil qapını döyüb Rəşadı çağırıb. Otaqdan heç bir reaksiya verilmədiyini görüb qapını çiyni ilə vurub açıb. İşığı yandıranda Rəşadı əlində bıçaqla, Əliəkbərin isə çarpayıda, hərəkətsiz vəziyyətdə qaldığını görüb". Məhkəmə iclasında Rəşad Muxtarov ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə qanun çərçivəsində cəza verilməsini xahiş edib. Məhkəmə qənaətə gəlib ki, Rəşad Muxtarovun Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Muxtarov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 il müddətinə azadlıqdan məhrum olunub.

Xocalı aeroportuna onun adı verilsin! – Təklif

İyunun 12-də Xocalı aeroportunda Azərbaycan bayrağının qaldırılmasından sonra sosial şəbəkə istifadəçiləri hava limanına Milli Qəhrəman Əlif Hacıyevin adının verilməsini təklif edirlər. Sozcu.az xəbər verir ki, buna səbəb kimi Əlif Hacıyevin 1992-ci ilin fevralında həm Xocalı sakinlərinin xilasındakı rolu, həm də şəhərin hava limanının müdafiəsi uğrunda mübarizəsi göstərilir. Belə ki, 1970-ci illərdə inşa edilən Xocalı aeroportundan müxtəlif məqsədlər üçün AN-2 (“Kukuruznik”) təyyarələri uçurdu, Bakıdan Xocalıya, Xocalıdan İrəvana gedirdi. Bundan başqa, kənd təsərrüfatı məqsədilə istifadə olunub. Amma Heydər Əliyev Azərbaycan Respublikasının Mərkəzi Komitəsinin Birinci katibi olduğu zaman – 1975-ci ildə onun rəhbərliyi altında Xocalı hava limanı müasir formada qurulur. 1990-cı ildə isə Əlif Hacıyev Xocalı hava limanı xətt daxili işlər bölməsinə rəis təyin edilir, eyni zamanda Xocalı hava limanının komendantı olur. Bir müddət sonra Azərbaycana qarşı ərazi iddiaları ilə hərəkətə keçən erməni terrorçuların növbəti hədəfi Xocalı olur. Şəhərin hava limanının strateji əhəmiyyətinə görə buranı zor gücü ilə ələ keçirməyə çalışan ermənilər aeroportu mühasiəyə alır və oranı boşaltmaq üçün azərbaycanlılara vaxt verirlər. Əlif Hacıyev isə üstün zəkası ilə həm hava limanı uğrunda mübarizəsini davam etdirir, həm də binadakı azərbaycanlıları xilas etmək üçün hərəkətə keçir. Bu səyləri zamanı da 1992-ci ilin fevralın 25-də erməni gülləsinə tuş gələrək, şəhid olur. Xocalı hava limanına Əlif Hacıyevin adının verilməsi ilə bağlı təklifləri hərbi ekspert Üzeyir Cəfərov da dəstəkləyib: “Ordumuzun hələ qurulmadığı dövrdə Əlif Hacıyev və onun tərəfdarları, polis orqanlarından çalışanlar çox sadə və primitiv silahlarla düşmənə qarşı döyüşdülər, canlarından keçdilər. Dəfələrlə ermənilər onun həyatına sui-qəsdə cəhd edirlər. Əlif isə vətəndaşlarımızın oradan çıxarılması, dinc əhalinin nisbətən təhlükəsiz yerə çatdırılması üçün amalından dönmür. Bu səbəbdən də Əlifin adı Xocalı camaatı üçün əzizdir. Bu gün Əlif Hacıyev əqidəsində minlərlə polis əməkdaşları, hərbçilər, insanlarımız var ki, onun göstərdiyi şücaətdən danışır, yolunu davam etdirirlər. Ona görə deyirik ki, Əlif Hacıyevin adı Xocalı aeroportuna verilsə, həm cəmiyyət, həm də insanlarımız, bir növ, onların hansı amallar uğrunda vuruşduğunun bir daha şahidi olarlar. Düzdür, Əlifin adına Bakıda küçə var, ancaq mənə elə gəlir ki, Xocalımız azaddır deyə, onun adı doğma yurdunda da əbədiləşdirilməli, canını fəda elədiyi aeroporta onun adı verilməlidir. Bir sözlə, Xocalı aeroportunun təzədən qurulması, ora unudulmaz, əfsanəvi qəhrəmanımız Əlif Hacıyevin adının verilməsi həm hərbi vətənpərvərlik, həm də qəhrəmanlarımıza verdiyimiz dəyər nöqteyi-nəzərdən yaxşı olardı. Bu məsələnin həlli əlaqədar qurumlar tərəfindən aktuallaşdırılmalıdır”. Ekspert həmin döyüşlərdə Əlif Hacıyevin qardaşının da şəhid olduğunu xatırladaraq, ümumiyyətlə, böyük qəhrəmanlıq göstərən şəhidlərimizin adının işğaldan azad olunmuş ərazilərdə əbədiləşdirilməsi gərəkdiyini bildirib: “Bilirsiniz ki, artıq Füzulidə, Şuşada, Ağdamda insanlarımızın yaşayışı təmin olunur. Təkliflər hazırlanmalı, o torpaqlar uğrunda qəhrəmanlıq, şücaət göstərən şəhidlərimizin, o cümlədən canlı qəhrəmanlarımızın adları küçələrə, prospektlərə, məktəblərə, uşaq bağçalarına, idman obyektlərinə verilməsi məsələsi gündəmə gətirilməlidir”.axar

Rusiyanın itkiləri 525 minə yaxınlaşır

Ukrayna müharibənin 843-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 524 150 hərbçi, 7 956 ədəd tank, 15 263 ədəd zirehli döyüş maşını, 13 855 ədəd artilleriya sistemi, 1 103 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 853 hava hücumundan müdafiə sistemi, 359 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 18 911 ədəd avtomobil texnikası, 11 148 ədəd PUA, 2 293 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 322 xüsusi avadanlıq itirib.

Ukrayna Belqorodu vurdu: ölənlər var

Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov son sutkada regionun atəşə tutulması nəticəsində 7 mülki sakinin öldüyünü deyib. Sozcu.az xəbər verir ki, bu barədə vilayət başçısı Teleqramda yazıb. “Ötən gün Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində 7 dinc sakin həlak olub, 10-u yaralanıb, 3-ü xəstəxanaya yerləşdirilib”, - Qladkov bildirib.

Azərbaycanda bayram tətili başladı

Azərbaycanda bayram tətili başlayıb. Sozcu.az xəbər verir ki, Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 9 dekabr 2023-cü il tarixli qərarına əsasən, bu il iyunun 16, 17-si Qurban bayramı günləri müəyyən edilib. Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Bu il 15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun qeyri-iş günləri olacaq. Beləliklə, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixlərində iş olmayacaq.

Tərtər rayonunda 32 yaşlı kişi öldürüldü

Tərtər rayonunda 32 yaşlı kişi qətlə yetirilib. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Məlumata görə, hadisə iyunun 14-də qeydə alınıb: “Tərtər rayonu ərazisində 1992-ci il təvəllüdlü Əliyev Abil Mətləb oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub”. SEO Nədir Bildirilib ki, hazırda şübhəli şəxs axtarılır: “Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür”.