Rusiyanın Rostov vilayətində istintaq təcridxanasında saxlanılanlar iki əməkdaşı girov götürüblər.
Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Federal Penitensiar Xidmətindən məlumat verilib.
“Rusiya Federal Penitensiar Xidmətinin Rostov vilayətində yerləşən 1 saylı istintaq təcridxanasının kameralarından birində saxlanılan təqsirləndirilən şəxslər penitensiar sistemin iki əməkdaşını girov götürüb. Hadisə yerində Rusiyanın Federal Penitensiar Xidmətinin Rostov vilayəti üzrə rəhbəri, həmçinin hüquq-mühafizə orqanlarının və prokurorluğun nümayəndələri yollanıblar”, - məlumatda qeyd olunub.
TASS-ın məlumatına görə, istintaq təcridxanasında girov götürən məhbusların arasında İŞİD terror təşkilatı ilə əlaqədə ittiham olunanlar da var.