Rusiyanın itkiləri 525 minə yaxınlaşır

Ukrayna müharibənin 843-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 524 150 hərbçi, 7 956 ədəd tank, 15 263 ədəd zirehli döyüş maşını, 13 855 ədəd artilleriya sistemi, 1 103 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 853 hava hücumundan müdafiə sistemi, 359 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 18 911 ədəd avtomobil texnikası, 11 148 ədəd PUA, 2 293 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 322 xüsusi avadanlıq itirib.

Share on Facebook