Kür çayında balıq tutan şəxs bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Çayın Şəmkir rayonu ərazisindən keçən hissəsində Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü O.Mamayev qardaşı ilə birgə balıq tutarkən ehtiyatsızlıqdan yıxılıb və əlindəki metal qarmaq onun ürəyinə batıb.
O, aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.