Elə dövrə gəlmişik hamı əxlaqdan danışır,
Qeyrəti tapdaq altda olan papaqdan danışır.
Həcilər saxladığı müğənnilər hoqqa verir,
Sonra da gedir həccə hicab,duvaqdan danışır.
Öz halal arvadına neçə vaxtdır toxunmayıb,
Yüz əza altda qalanlarla uşaqdan danışır.
Millət acından ölür,gəl halına biganədir,
Məmur eyş-işrətdədir,kefi-damaqdan danışır.
Neftin pulunu yeyir millət haqda düşünmədən,
Başlandı müharibə milli maraqdan danışır.
Balası məmurun kefdədi,kasıb şəhid oldu,
Şəhid övladına verdiyi bir otaqdan danışır.
Verirlər fətvanı çox "başbilənlər" bu gənclərə,
Övladları xaricdə, özü də qıraqdan danışır.
Çox düşmənin qulağın kəsib, döndərdik küçüyə,
Bütün dünya kəsilən həmin qulaqdan danışır.
Müharibə göstərdi ermənidən fərqimizi,
Biz şücaətdən, onlar köhnə çanağdan danışır.
Özü yağ-bal içində yaşayanlar mən Elçinə
Deyir çətinlik Tanrıdandır sınaqdan danışır.
Elçin Rəhimzadə