Yeni yaşımın qədəmləri sevincə bürünsün!
Taleyimdə, bəxtimdə xoş günlər görünsün!
Ömrümü-günümü ağ günlər bürüsün!
Güzgülü tarixlər adlanan 25.05.2025 - ci il. Bu unudulmaz tarixdə gülərüzlə, sevinclə yeni yaşımı qarşıladım.
Uca, Böyük Yaradan! Yeni yaşım xeyir-dualı olsun, taleyimə, bəxtimə uğur gətirsin!
Fəslin çiçəkli bahar günü-mayın 25-də sevgi dolu gözəl bir gündə dünyaya göz açdığım gündür!
Uca, Böyük Yaradana şükranlıq duaları edirəm mənə qismət etdiyi bu mənalı, xoş keçən ömrə-günə görə.
Çox-çox şükürlər olsun mərhəmətli, rəhmli Yaradanın böyüklüyünə, varlığına!
Ən gözəl, ən xoş arzularım həyata keçsin!
Dualarım ulu Tanrının Dərgahına çatsın!
Kaş ki, arzu-istəklərim, murazım, niyyətim çin olsun! Həyatın bütün gözəllikləri, sevgi dolu günlər taleyimə yazılsın!
Ulu Tanrım xoşbəxtliyi, bəxtəvərliyi kaş ki, ömrümdən heç vaxt əsirgəməsin! Ömrümə yazılsın Tanrının bəxş etdiyi gözəlliklər!
Ürəyim həmişə sevgilə döyünsün! Getdiyim yollar xeyirli günlərə tuş olsun. Ömrümü sevgi bürüsün. Uca Tanrı ən xoşbəxt, ən bəxtəvər günləri bəxtimə qismət etsin! Bu gözəl dünyamızın xoşbəxt xanımlarından olum! Taleyim, bəxtim bəxtəvər, xoşbəxt günlərlə baş-başa qalsın!
Ömrüm bərəkətli, yolum uğurlu olsun!
Ürəyim fərəhlənsin, gözlərim gülsün!
Yeni yaşımın qədəmləri sevincə bürünsün!
Taleyimdə, bəxtimdə xoş günlər görünsün!
Ömrümü-günümü ağ günlər bürüsün!
Onu da söyləyim ki, yaşadığım ömür yolunda çox keşməkeşli yollardan keçdim. Amma həyatın bütün çətinliklərinə dözdüm, tab gətirdim. Neçə-neçə sınaqla üzləşdim əzab-əziyyətli tale yollarında.
Nə xoş ki, ömrüm boyu üzləşdiyim bir çox çətin, ağır imtahandan şərəflə keçə bildim.
Baxmayaraq ki, həyatım boyunca nə qədər çətinliklərlə rastlaşdım, əzablı günlərlə üz-üzə qaldım, amma yenə də üzülmədim, başımı dik tutdum, çətinliklərlə mübarizə apardım, sınaqlardan üzüağ çıxmağı bacardım.
Uca, Böyük Yaradanın böyüklüyünə, varlığına, mərhəmətinə, rəhminə bir daha şükürlər olsun!
Bəxt-taleyimə nəsib etdiyi bu həyata görə, bu ömrə-günə görə, sevgi dolu Rəbbimə şükranlıq duaları edirəm!
XATİRƏ ƏZİZ Rəhimli
Şair-jurnalist