Sabirabadda yeniyetmələr arasında dava: bıçaqlanan var

Sabirabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, həmyaşıdlar arasında baş verən mübahisə zəminində Sabirabad rayonunun Xəlifəi kənd sakini, 2007-ci il təvəllüdlü M.Ə. bıçaqlanıb. Bir neçə bıçaq zərbəsi alan yeniyetmə Şirvan xəstəxanasına yerlədirilib və əməliyyata götürülüb. Faktla bağlı Sabirabad Polis şöbəsində araşdırma aparılır.

Qoşqarın da qəzada öldüyü təsdiqləndi

AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanlardan biri Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Qoşqar Firidun oğlu Sadıqovdur. Onun şəxsiyyəti atasından götürülən DNT analizindən sonra müəyyənləşib. Q.Sadıqov Qroznıda fəhlə kimi çalışırmış. Ailədə bir qardaş və bir bacı olublar, subaymış. Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb. Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. /Report/

Hökumənin də şəxsiyyəti müəyyənləşdi...

Aktauda təyyarə qəzasında həlak olanlardan 7 nəfərinin şəxsiyyəti müəyyənləşib. Modern.az-ın məlumatına görə, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, həlak olan 38 nəfərin meyiti Tibbi Ekspertiza Mərkəzinə aparılıb, onlardan 6-sı Qazaxıstan vətəndaşı və 3-ü ekipaj üzvləridir. Həlak olanlar arasında ekipaj üzvləri - pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninov, stüardessa Hökümə Əliyeva da var. Stüard Zülfüqar Əsadov və stüardessa Aydan Rəhimli isə qəzadan sağ çıxıb.

Təyyarə qəzasında həlak olan və xilas edilənlərin dəqiq sayı AÇIQLANDI

Ötən gün (25 dekabr) Aktauda qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin sağ qalan və xilas edilən sərnişinləri ilə bağlı müxtəlif rəqəmlər yayılıb. Sozcu.az Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi və baş nazirinin məlumatına əsaslanaraq bildirir ki, təyyarədə 67 nəfər sərnişin olub. 38 nəfərin cəsədi tapılıb və ekspertizaya göndərilib. Tələs, bitmədən sən də al. Fürsətlər tükənmədən tətbiqə gəl! 29 nəfər xilas edilib ki, onlardan da 3 nəfəri azyaşlı uşaqdır. Qazaxıstan FHN bildirib ki, hadisə yerində gecə-gündüz növbə təşkil olunub.

“Məhəmmədəlini tapa bilmirik” – Ailəsindən açıqlama

AZAL-ın qəzaya uğrayan təyyarəsində həlak olduğu deyilən yeniyetmə Eqanov Məhəmmədəli ilə bağlı yeni məlumatlar ortaya çıxıb.  Ailə üzvləri baş vermiş hadisə ilə bağlı “Yeni Sabah”a bildiriblər ki, Məhəmmədəli ilə bağlı heç bir məlumat ala bilmirlər: Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq “Hələ ki dəqiq nə baş verdiyi bilinmir. Çünki uşağın nə halda olduğu barədə hər hansı məlumatımız yoxdur. Atası hadisə yerindədir. Ancaq tapa bilmirlər, kimliyini aydınlaşdırmaq mümkün olmayıb.  Bəlkə də hansısa xəstəxanadadır. Sağ qalıb... Məlumat yoxdur. Bildiklərimiz sadəcə bunlardan ibarətdir”.   Qeyd edək ki, Məhəmmədəli Eqanov Bakının Xətai rayonunda yaşayırmış. O, 27 nömrəli tam orta məktəbin 8d sinfində rus bölməsi üzrə təhsil alıb. Yeniyetmənin anası milliyətcə çeçendir. 13 yaşlı oğlan Yeni il bayramını qeyd etmək üçün Bakıdan Qroznı şəhərinə gedirmiş.  İddialara görə, o, təyyarəyə tək minib. Ailəsi həmin məlumatı təsdiqləyib.

Həlak olanlardan 7-sinin şəxsiyyəti müəyyənləşdi

Təyyarə qəzasında həlak olanlardan 7 nəfərin şəxsiyyəti müəyyənləşib. Sozcu.az xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, 6 Qazaxıstan vətəndaşı və 3 ekipaj üzvü daxil olmaqla həlak olan 38 şəxsin meyiti məhkəmə-tibbi ekspertiza mərkəzinə çatdırılıb.

Sərnişindən şok sözlər: Qəzadan öncə partlayış oldu

AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən və Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin sağ qalan sərnişini Sübhonkul Rəhimov Rusiyanın RT kanalına qəzadan öncə baş verənlər haqda danışıb. Sozcu.az xəbər verir ki, Rəhimov Qroznıda eniş zamanı problemlər başladığını bildirib. Onun sözlərinə görə, pilotlar Qroznı hava limanına 3 dəfə enməyə cəhd göstəriblər: “Təyyarə qəflətən yuxarı qalxdı. Yəni eniş etməyə başladığı halda qəfildən havaya qalxdı və yüksəklik yığmağa başladı. Ayıldım və anladım ki, təyyarə ilk cəhddən eniş edə bilməyib. Sonra o buludların üstündə uçmağa başladı, aşağıda duman var idi. Dəhşətli duman idi, hiss olunurdu ki, duman çox güclüdür. Təyyarə yenidən döndü və enişə hazırlaşdı. Mənim hesablamama görə, iki dəfə enişə cəhd etdi, amma üçüncü dəfə nəsə partladı. Partlayış oldu və mən deməzdim ki, bu partlayış təyyarənin içində idi. Oturduğum yerdə yanımdakı örtük qopdu. Bunu mən bilmirəm, artıq mütəxəssislər məlumat verməlidirlər, amma partlayış oldu. Partlayış dəqiq oldu, onu hər kəs eşitdi. Jileti (fövqəladə vəziyyətlərdə sərnişinlərin geyinməsi üçün jilet – red.) götürdüm, gördüm ki, jiletdə qəlpə deşiyi var. Onu güllə deşib. Elə bu partlayışdan sonra düz ayaqlarımın arasından qəlpə keçdi və jileti deşdi. Bunu telefona da çəkmişəm. Məncə, mütəxəssislər artıq yekun nəticəyə gəlib orda nə baş verdiyini deməlidirlər”, - Rahimov bildirib.

Sərnişin: Bizi pilotsuz aparat vurdu

Aktauda qəzaya uğrayan təyyarənin düşməzdən əvvəlki görüntülərində kəlmeyi-şəhadət deyən şəxsin daha bir videosu yayılıb. Sozcu.az Publika.az-a istinadla xəbər verir ki, qəzadan dərhal sonra həmin şəxs çəkiliş aparıb və bəzi fikirlər səsləndirib. O, təyyarənin qanad hissəsini göstərərək bu sözləri deyib: “Pilotsuz aparat vurdu”.

Həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Ötən gün, dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi ölkənin bütün ərazisində saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub. Sozcu.az xəbər verir ki, insanlar qəzada həlak olanların xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, Xəzər dənizinin sahil sularında sıralanan hərbi gəmilərdən fasiləsiz fit səsi verilib, yaylım atəşi açılıb. Qeyd edək ki, təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Dövlət başçısının müvafiq Sərəncamı ilə dekabrın 26-da Azərbaycan ərazisində matəm elan edilib.

Xəsarət alanlardan 8-i süni tənəffüs aparatına qoşulub

Aktauda təyyarə qəzasında xəsarət alan 29 nəfərdən səkkizi süni tənəffüs aparatına qoşulub. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb. "Bu gün səhər saatlarına olan məlumata görə, xəsarət alanlardan 11-i reanimasiya, 13-ü travmatologiya, 2-si neyrocərrahiyyə, 1-i isə cərrahiyyə şöbəsinə yerləşdirilib. Onlardan 2-nin vəziyyəti son dərəcə ağır, 11-nin vəziyyəti ağır, 14-nün vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə qənaətbəxşdir", - məlumatda qeyd olunub. Səhiyyə Nazirliyindən bildirilib ki, 11 yaralıdan 8-i süni tənəffüs aparatına qoşulub. Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

“Zəng edib dedilər ki, başınız sağ olsun!” - Hökümənin atası

Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarənin göyərtəsində olan ekipaj üzvlərindən, stüardessa Hökümə Əliyevanın atası Cəlil Əliyev açıqlama verib. Sozcu.az xəbər verir ki, C.Əliyev qızının taleyi ilə bağlı suala cavab verib: “Bu gün təyyarə qəzasında ekipaj üzvləri arasında olanlardan biri də, mənim qızım Hökümə Əliyevadır. Azərbaycan Hava Yollarından mənə zəng edib dedilər ki, başınız sağ olsun! Başqa heç nə bilmirəm”. O bildirib ki, Hökümə 2016-cı ildən Azərbaycan Hava Yollarında çalışıb. Xatırladaq ki, daha əvvəl Ə.Hökümənin qardaşı Coşqun Nəsibli bildirib ki, bacısının şəxsiyyətinin müəyyən edilməsi üçün ondan DNT analizi götürülüb. Onu da əlavə edək ki, Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib ki, qəzaya uğrayan təyyarənin 3 ekipaj üzvü sağ qalıb, ikisi həlak olub. Qeyd edək ki, təyyarənin qəza enişi etməsindən bir neçə dəqiqə öncə videogörüntüləri yayılıb. 33 yaşlı Hökümə Əliyeva həmin görüntülərdə son ana qədər sərnişinlərə təlimat verən, onları təmkinli olmağa səsləyən həmin ekipaj üzvüdür. Onun “Hər şey yaxşı olacaq” dediyi video sosial mediada geniş müzakirə olunur.qafqazinfo)

Həlak olanlardan biri də 20 yaşlı tələbə olub

Bu gün qəza zamanı təyyarədə olanlardan biri də əslən Balakən rayonundan olan, lakin Sumqayıt şəhərində ailəsiylə birgə kirayə yaşayan Mahmud Tutunçuyev olub. Onun həlak olması barədə məlumat təsdiqlənib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, 20 yaşlı Mahmud Tutunçuyev Bakı Avrasiya Universitetinin tələbəsi olub. O, evin tək övladı idi.

Qəzada həlak olanların cənazələri Azərbaycana gətirləcək - Son dəqiqə

“Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərin və ekipaj üzvlərinin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Hava Yolları” QSC-nin birgə məlumatında deyilir. Eyni zamanda, xəsarət alanların AZAL-ın xüsusi reysi ilə ölkəyə gətirilməsi planlaşdırılır. Xəsarət almış sərnişinlər həkim rəyləri əsasında sağlamlıq vəziyyəti imkan verdiyi halda sözügedən reyslə Bakıya çatdırılacaqlar. Bununla bağlı Azərbaycanın və Qazaxıstatın aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər görülür.

"Biz həyat uğrunda savaşırıq, ölüm saçan Rusiyanın heç bir şansı yoxdur və olmayacaqdır" - Zelenski

"Düşmən bizim ürəklərimizi, içimizdəki işığı, xeyir və mərhəmətə inamımızı, hər birimizin içində olan insanlıq hissini məhv edə bilməyib..." Ukrana prezidenti Vladimir Zelenski bəyan edib ki, ukraynalıların birliyi və bir-birinə olan hərarəti Milad bayramının əsl ruhu, onun unikal mühitidir. Sozcu.az xəbər verir ki, bu barədə o, ukraynalılara Milad bayramı münasibətilə təbrikində bəyan edib. Məlumatı "gordonua.com" nəşri yayıb. Prezident bir neçə il ərzində ukraynalı bəstəkar Nikolay Leontoviçin yaşadığı Donetsk vilayətinin Pokrovsk şəhərinin timsalında ukraynalılar və rusiyalılar arasınsa fərq barədə danışıb. Bəstəkar bu şəhərdə "Şedrik" əsərinin ikinci redaksiyasını yazıb və bu musiqi bu günlər Yer kürəsinin hər bir guşəsində səslənir. Zelenskinin sözlərinə görə, Leontoviç dünyaya Miladın musiqi ruhunu bəxş edib. "Orada yazılan İlahi musiqi və Rusiyanın oraya gətirdiyi müsibət bizim aramızda olan fərqi parlaq şəkildə nümayiş etdirir", - Zelenski vurğulayıb. O, qeyd edib ki, ukraynalılar yaratmağa çalışır, amma "bəziləri üçün ölüm saçmaq həyatın mənasıdır". "Biz sakitlik, ədalət, sülh istəyirik", - dövlət başçısı deyib. "Bizə lazım olanlar yalnız öz torpağımızda dinc yaşamaq, Günəşi, öz səmamızı, orada İran "Shahed"ləri və Rusiya raketlərini deyil, Milad ulduzunu görməkdir. Lakin bəziləri üçün "darıxdırıcıdır və hərəkət çatışmır". Bu sözlər onu göstərir ki, onlar Tanrıdan, xristianlıqdan, gerçək etiqaddan nə qədər uzaqdır. Bu, onların əsarət və zülmətinin məğlub olduğunun sübutudur. Biz bunu bilirik. Dünya da bunu bilir", - prezident buna əmindir. Zelenski hesab edir ki, Tanrı da bunu bilir, amma şər məğlub olur. "Ukraynalılar buna inanır və bunun üçün dualar edir. Bütün bu bəlalar və bu çirkabın torpağımızdan həmişəlik yox olması üçün dualar edir. Ukraynalılar, heç şübhəsiz, buna layiqdir", - prezident deyib. O, həmçinin xatırladıb ki, ukraynalılar artıq üçüncü ildir ki, Milad bayramını müharibə zamanı qeyd edir, bu səbəbdən də "bizim böyük Ukrayna ailəmiz bu bayramı istədiyimiz kimi, lazım olduğu kimi tam dolğunluqla bayram edə bilmir". Prezident "hamının öz evində olmamasından" təəssüf hissini ifadə edib. Təəssüf ki, heç də hamı bizimlə deyil. Lakin düşmənin bizə gətirdiyi bütün bu bəlalara rəğmən, o, ən başlıcasını-bizim ürəklərimizi, içimizdəki işığı, xeyir və mərhəmətə inamımızı, hər birimizin içində olan insanlıq hissini zəbt etməyə və ya məhv etməyə müvəffəq olmayıb", - Zelenski qeyd edib. O, vurğulayıb ki, ukraynalılar öz dəyərlərini itirməyib, ona görə də bu gün bizi müdafiə etmək üçün canlarından keçənləri yad edir. "Biz bu gün cəbhədə olanların evlərinə sağ-salamat dönməsi üçün dualar edirik. Əsirlikdə olanların, Rusiyanın işğalda saxladığı, Vətəni tərk etməyə vadar etdiyi insanlarımızın sağ-salamat geri dönmələri üçün dualar edirik. O insanların ki, nə qədər çətin olsa da, içlərində Ukraynanı itirməyib, deməli, Ukrayna da onları heç vaxt itirməyəcək", - prezident deyib. O, qeyd edib ki, "biz ikinci dəfədir ki, Miladı bir tarixdə, bir böyük ailə, vahid ölkə kimi qeyd edirik". "Yeni tarimizdə ikinci dəfədir ki, Milad bütün ukraynalıları birləşdirir. Biz bu gün yan-yanayıq və itməyəcəyik. Canlı olaraq və ya xəyalən bir-birimizi təbrik edəcək, valideynlərimizə zəng vuracaq, övladlarımızı və doğmalarımızı bağrımıza basacaq, öz yaxınlarımızı xatırlayacağıq. Canlı olaraq və ya məsafədən olsun, ruhumuzla bunu edəcəyik" "Nə qədər ki, bunu edirik, şərin heç bir şansı olmayacaq. Bizim birliyimiz və bir-birimizə olan hərarətimiz Miladın əsl ruhudur, onun unikal mühitidir, heç nəyə baxmadan, biz onu içimizdə saxlayacaq və yanımızda olanlarla, sevdiklərimizlə, bizə doğma olanlarla bölüşəcəyik", - Zelenski qeyd edib. Dövlət başçısı bizim ruhumuzda inam işığının yanmasını, ürəklərimizin ümid işığı ilə, hər bir evin isə sevgi və bərəkətlə dolu olmasını arzulayıb. Xatırladaq ki, 2023-cü ildə Ukrayna Pravoslav Kilsəsi və Ukrayna Yunan-Katolik Kilsəsi yeni Yulian təqviminə keçib və Milad bayramını dekabrın 25-də qeyd edir. Bu il ukraynalılar ikinci dəfədir ki, Milad bayramını məhz bu tarixdə qeyd edir.

Bakıdan Qroznıya nə üçün gedirlər? - Diaspor sədri qəzadan DANIŞDI

“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qazaxıstan ərazisində qəzaya uğrayıb. AZAL-dan bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Bəs Azərbaycan vətəndaşları adətən Qroznıya nə üçün gedirlər? Məsələ ilə bağlı Modern.az-a danışan Çeçenistandakı Azərbaycan diasporunun sədri Ələsgər Əzizov bunları deyib: "Burada çoxdan yaşayan azərbaycanlıların sayı azdır. Lakin bura 5-6 ay işləmək üçün gələnlər olur. Onlar da əsasən tikintidə çalışanlar, toyxanalarda ofisant, aşpaz işləyənlərdir. Bakı-Qroznı arasında iki təyyarə reysi olur. Əvvəl təyyarə Bakıdan bura uçur, burada həmin təyyarə 1-2 saat gözlədikdən sonra geriyə Bakıya dönüt. Burada Bakıdan, Sumqayıtdan adamlar çalışır. Bu gün onlarla əlaqə saxlamışam. Ofisant, aşpaz kimi işləyənlər əsasən Zaqataladandırlar. Lənkəran və Astaradan olanlar da var. Bəzi 30-40 yaşlı azərbaycanlılar da var ki, elə burada anadan olub, yaşayırlar. Onlar da əslən Göyçaydandırlar". Müsahibimiz qeyd edib ki, 9 nəfərin öldüyü ilə bağlı ona dəqiq məlumat verilib: "Onlardan 8-i Zaqataladan, 1 isə Sumqayıtdandır. 2 nəfər balakənli isə sağdır". Ə.Əzizov onu da vurğulayıb ki, Bakıya qayıtmalı olan Qroznıdakı sərnişinlər hazırda otelə yerləşdirilib. Əlavə təyyarə təmin edildikdən sonra onlar avtobusla aeroporta gətiriləcək.

Təyyarə qəzasında yaralanan şəxsin anası: Oğlum dedi yaralanmışam, xəstəxanadayam

“Oğlum Qroznuya dostlarının yanına gedirdi. Bu gün səhər 8 radələrində zəng edərək təyyarənin 9-a işləmiş qalxacağını və çatanda xəbər edəcəyini dedi”. Bunu təyyarə qəzası nəticəsində xəsarət alan Şəmkir rayon sakini Samir Alıyevin anası Güllü Alıyeva APA-ya açıqlamasında deyib. “Saat 12-nin yarısınadək gözlədim bir xəbər olmadı. 12-nin yarısı zəng edərək iş yerində olduğunu dedi. Daha sonra qohumlardan öyrəndim ki, təyyarə qəzaya düşüb”, deyə G. Alıyeva bildirib. Onun sözlərinə görə, daha sonra oğlu özü onunla əlaqə saxlayıb: “Səs ataraq dedi ki, Allaha şükür sağam, xəstəxanadayam, yaralanmışam, keçəcək. Yanında olanlardan narahat idi. Bundan sonra əlaqə kəsildi”.

Bakıda yanğına görə bu yol bağlandı

Yasamal rayonu, Şəfayət Mehdiyev və Mehdi Məmmədov küçələrinin kəsişməsində yanğın hadisəsi baş verib. Bu səbəbdən Mehdi Məmmədov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Təyyarədə iki çeçenistanlı uşaq olub

Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin göyərtəsində iki çeçenistanlı uşaq olub. Sozcu.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Çeçenistanın uşaq Ombudsmanının nümayəndəsi Adam Xalikov açıqlayıb. Onun sözlərinə görə, uşaqlardan biri xəstəxanaya yerləşdirilib, digərinin taleyi isə hələ məlum deyil.

Mənə dedilər ki, təyyarə bu səbəbdən istiqamətini dəyişib...

Mənə verilən məlumata görə, Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL şirkətinə məxsus təyyarə havanın pisləşməsi ucbatından istiqamətini dəyişmiş və Aktau hava limanına tərəf uçmağa başlamış, eniş zamanı qəza baş vermişdir. Sozcu.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı keçirdiyi müşavirədə deyib. "Mediada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anları mövcuddur. Ona görə onu hər kəs görə bilər. Ancaq qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır. Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdır və təbii olaraq Azərbaycan ictimaiyyəti həm komissiyanın işinin nəticələri, həm də cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılacaq", - Prezident bildirib.

AZAL məlumat yaydı: Son dərəcə ağır və faciəli bir gündür

Azərbaycan Hava Yolları QSC (AZAL) ona məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı başsağlığı verib. Sozcu.az xəbər verir ki, bu barədə aviaşirkət açıqlama yayıb. "Bu gün AZAL üçün son dərəcə ağır və faciəli bir gündür. “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərə və ekipaj üzvlərinə Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Onların ağrısı bizim də ağrımızdır. Xəsarət alanlara tez bir zamanda şəfa arzulayırıq", - məlumatda qeyd olunub.

Matəm günü ilə əlaqədar proqramlarda dəyişiklik olacaq

Azərbaycanda 26 dekabr matəm günü ilə əlaqədar televiziyaların proqramında dəyişiklik olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb. Bildirilib ki, “Media haqqında” Qanunun tələblərinə uyğun addımlar atılacaq. Həmçinin ictimaiyyətə əlavə məlumat veriləcəyi vurğulanıb.

Zəng edib dedi ki... - Qəzada xəsarət alan şəxsin atası

"Oğlum Qroznuya getmək üçün dünən Bakıya yollanıb. Bu gün səhər saatlarında təyyarə ilə yola düşüb. Uçuşdan 2 saat sonra təyyarənin qəzaya düşməsi barədə məlumatımız oldu". Bunu təyyarə qəzası nəticəsində xəsarət alan Gəncə sakini Toğrul Cəfərovun atası Mahir Cəfərov APA-ya açıqlamasında deyib. O bildirib ki, qəzadan bir müddət sonra oğlu onlara zəng edib: "Dedi ki, vəziyyətim yaxşıdır, təcili tibbi yardım maşını ilə xəstəxanaya apardılar. İndi müayinə edirlər. Görüntülü danışmışıq, həkimi ilə də əlaqə saxladım".

26 dekabr tarixli matəm Azərbaycanda İŞ GÜNÜDÜR, QEYRİ-İŞ GÜNÜ?

Prezident İlham Əliyevin Sərəncamı ilə dekabrın 26-sı Azərbaycanda matəm elan edilib. Mətam elan edilməsi dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədardır. Bəs 26 dekabr tarixli matən günü Azərbaycanda iş günüdürmü? Modern.az saytı sosial şəbəkələrdə və ictimaiyyət arasında yaranmış çoxsaylı sualları nəzərə alara, əmək qanunvericiliyini araşdırıb. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq Azərbaycanda qeyri-iş günləri aşağldakı tarixlərdir: 1, 2 yanvar–Yeni il bayramı; 20 Yanvar–Ümumxalq Hüzn Günü; 8 Mart – Qadınlar Günü; Beş gün – Novruz bayramı; İki gün - Ramazan bayramı; 9 May – Faşizm üzərində Qələbə günü; 28 May – Müstəqillik Günü; İki gün – Qurban bayramı; 15 İyun– Milli Qurtuluş Günü; 26 İyun –Silahlı Qüvvələri Günü; 8 Noyabr – Zəfər Günü; 9 Noyabr – Dövlət Bayrağı Günü; 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü. Qeyd edək ki, 20 Yanvar - Ümumxalq Hüzn Günü istisna təşkil etməklə digər faciə günləri Azərbaycana iş günü hesab olunur Belə ki, 26 Fevral tarixi Azərbaycanda rəsmi olaraq Xocalı soyqırımı günü elan edilib. Hər 26 fevral saat 17.00-da Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla anılır. 31 Mart tarixi də dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. 27 Sentyabr tarixi isə İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin yad edilməsi üçün Anım günü kimi qeyd olunur. Yəni, 26 Fevral, 31 Mart və 26 Sentyabr tarixləri hüzn günləri olsa da, Azərbaycanda iş günü sayılır. Sabah - 26 dekabr tarixli matəm günündə də Azərbaycanda bütün idarə, müəssisə və təşkilatlar işləyəcək. Çünki 26 dekabr tarixinin qeyri-iş günü hesab edilməsi üçün Nazirlər Kabinetinin hər hansı qərarı imzalanmayıb. Qeyd edək ki, bir sıra qurumlar matəmlə əlaqədar sabahkı iş proqramında bəzi dəyişikliklər edib. Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün beşgünlük iş həftəsi üzrə hesablanmış norması tətbiq edilməlidir.

Təyyarədə olan hər üç Qırğızıstan vətəndaşı sağ qaldı

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində olan hər üç Qırğızıstan vətəndaşı sağ qalıb. Sozcu.az xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyindən məlumat verilib. "Aktau yaxınlığında təyyarə qəzası nəticəsində üç Qırğızıstan vətəndaşı xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır", - Qırğızıstan XİN-in yaydığı məlumatda qeyd olunub. Xatırladaq ki, bu gün Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, qəza zamanı 32 nəfər sağ qalıb. AZAL təyyarənin göyərtəsində 62 sərnişinin olduğunu açıqlayıb. Onlardan 37 nəfər Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşıdır.