Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər

Əfsanəvi ispaniyalı müdafiəçi Serxio Ramos doğma klubu "Sevilya"nın əsas səhmdarına çevrilməyə yaxındır.

Sozcu.az xəbər verir ki, "AS" nəşrinin məlumatına görə, sabiq futbolçunun rəhbərlik etdiyi investisiya qrupu ilə klub rəhbərliyi arasında səhmlərin böyük hissəsinin alınmasına dair ilkin razılıq əldə olunub.

Təxminən 450 milyon avro dəyərində qiymətləndirilən müqavilə çərçivəsində yeni sahiblərin kluba 80-100 milyon avro investisiya yatıracağı bildirilir. Bu vəsaitin klubun maliyyə vəziyyətinin yaxşılaşdırılmasına və heyətin gücləndirilməsinə yönəldilməsi planlaşdırılır.

Qeyd edək ki, idarəçilikdə dəyişiklik baş verəcəyi halda, Serxio Ramosun klub prezidenti vəzifəsinə keçməsi də istisna olunmur.

Share on Facebook