Türkiyə Ermənistanla bağlı bu qanunu dəyişir - Paşinyan

Bundan sonra Türkiyə mallarını ixrac edərkən sənədlərdə Ermənistanı da alıcı ölkə kimi göstərəcək.

Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Əvvəllər Türkiyə qanunvericiliyi Ermənistanın idxalçı ölkə kimi qeyd olunmasına icazə vermirdi. Başqa sözlə, Ermənistana göndərilən mallar üçüncü ölkələrdə rəsmiləşdirilir və sonra buraya çatdırılırdı. Hazırda Türkiyə qanunvericiliyində dəyişiklik edilir və bu dəyişikliklə Ermənistan Türkiyə məhsullarını idxal edən ölkələrin siyahısına əlavə olunacaq”, - Paşinyan bildirib.

Share on Facebook