Maşınla vurulan 12 yaşlı uşaq öldü

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sozcu.az-a bildirilib ki, hadisə dünən saat 18:40 radələrində köhnə Ələt-Astara avtomobil yolunun rayonun Qarazəncir kəndindən keçən hissəsində olub. Belə ki, E.Mütəllimov idarə etdiyi avtomobillə 2012-ci il təvəllüdlü Məhəmməd Qarayevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

İlham Əliyev Bakıda Zəfər parkının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak ediblər. Sozcu.az xəbər verir ki, dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb. Sonra parkdakı Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub. Daha sonra dövlətimizin başçısı xalqa müraciət edib.

Xankəndidə Zəfər Günü qeyd edildi

Xankəndi şəhərində Zəfər Günü qeyd olunub. Sozcu.az xəbər verir ki, Zəfər Günü münasibətilə şəhərdə hərbi yürüş təşkil edilib. Bayram tədbirinə şəhər sakinləri də qatılıb. Hərbi orkestrin müşayiəti ilə davam edən hərbi yürüş Zəfər meydanında başa çatıb.

İkinci Şəhidlər xiyabanında Zəfər abidəsi ucaldılır

İkinci Şəhidlər xiyabanında Zəfər abidəsi ucaldılır. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, 44 günlük Vətən müharibəsinin xatirəsinə qoyulan abidənin ətrafında 44 daş kitabə olacaq. Onların hər birinin üzərində müharibənin bir gününü əhatə edəcək xronika yazılacaq. Abidənin üzərində Vətən müharibəsi şəhidlərinin adları yazılacaq. Abidənin müəllifi üç azərbaycanlı gəncdir.

Bu, dəhşətli çağırışdır - Zelenski

Kiyevə təhlükəsizlik zəmanəti vermədən atəşkəs haqqında ideyalar Ukraynanın Rusiya tərəfindən işğalına və məhvinə səbəb ola bilər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Biz anlayırıq ki, atəşkəslə bağlı bu ritorikanı (atəşkəs təklifləri - red.) hansı liderlər səsləndirir. Bütün vətəndaşlarımız üçün çox dəhşətli çağırışdır", - Zelenski qeyd edib. O bildirib ki, Ukraynada artıq 2014-cü ildən atəşkəs təcrübəsi var və Rusiya həmişə həmin razılaşmaları pozub: "Əvvəlcə Krım və Donbasın bir hissəsi işğal edildi, sonra genişmiqyaslı işğal başladı".

“Azərişıq”dan 100 milyonluq tenderlər udan şirkətin nə saytı, nə də sosial şəbəkə hesabı var

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin elan etdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub. Sozcu.az-ın məlumatına görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Azərişıq” ASC tərəfindən keçirilən 5 milyon 250 min 804 manat 33 qəpik dəyərindəki tenderin qalibi “Smart Energy Services” MMC olub. “Smart Energy Services” MMC Laçın şəhəri ərazisində yeni 35/0,4 kV-luq yarımstansiya və İdarəetmə Mərkəzinin tikintisi, avadanlıqların quraşdırılması işlərini həyata keçirəcək. Məlumat üçün bildirək ki, daha əvvəl “Smart Energy Services” MMC (VÖEN-1504953841) “Azərenerji” ASC və “Azərişıq” ASC-nin keçirdiyi dəyəri milyonlarla manat olan onlarla analoji tender müsabiqələrində qalib olub. Qeyd edək ki, təkcə bu ilin əvvəlindən ötən 10 ay ərzində “Azərişıq” ASC-nin 100 milyon manatlıq tender müsabiqələrində qalib olan “Smart Energy Services” MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. Şirkətin nə veb saytı, nə də sosial şəbəkə hesabları mövcuddur. “Smart Energy Services” MMC 29 yanvar 2020-ci ildə 10 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Tiniyev Anar Nemət oğlu olan şirkətin hüquqi ünvanı “Binəqədi r. Həsrət Ağamalıyev, ev 10, m. 25”də yerləşib. “Smart Energy Services” MMC dövlət qeydiyyatına alınan zaman adı, hüquqi ünvanı və qanuni təmsilçisi fərqli olub. Belə ki, qeydiyyata alınan zaman şirkətin adı “RX İnvest Layihə” MMC olub. Hüquqi ünvanı “Nərimanov r. Məmməd Arif ev 27, m. 195”də olan MMC-nin qanuni təmsilçisi Şıxıyev Rəşad İsa oğlu olub. Şıxıyev Rəşad İsa oğlu “R and X” adlı MMC-nin də qanuni təmsliçisi olub.

Sabahdan məktəblərdə tətil başlayır

Bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü altı günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 23 noyabr, beş günlük iş həftəsi ilə işləyənlərdə isə 25 noyabr tarixlərində olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, qeyri-iş günləri istisna olmaqla, COP 29-un keçiriləcəyi dövrdə dövlət məktəbəqədər təhsil müəssisələrində tədris prosesi fasiləsiz davam edəcək. Xatırladaq ki, Nazirlər Kabinetinin COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərarına əsasən ümumi təhsil müəssisələrində payız tətili noyabrın 12-dən 22-dək olacaq. Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən orta məktəblərdə (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişib. Sözügedən qərarla ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olacaq. Orta məktəblərdə tətil ümumilikdə 8 noyabrda başlayacaq və tam 17 gün - 25 noyabra qədər davam edəcək.

Mbappe yenə millidən kənarda qaldı - Məşqçisi danışdı

"Real"ın futbolçusu Kilian Mbappe növbəti dəfə Fransa millisinin düşərgəsinə qatılmayacaq.  Sozcu.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, millinin baş məşqçisi Didye Deşam deyib: "Killianla danışıqlarımız oldu və mən qərarı verdim. Bu cür etsək, daha yaxşıdır. Mbappe bizimlə gəlmək istəyirdi. Bu, digər səbəbələrlə bağlı deyil".  Qeyd edək ki, Fransa millisi UEFA Millətlər Liqası çərçivəsində 14 noyabr İsrail millisi, 17 noyabr isə İtaliya millisi ilə qarşılaşacaq. 

15 yaşlı məktəblini maşın vurdu

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Azadlıq prospektində qeydə alınıb. "VAZ 2106" markalı avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 2009-cu il təvəllüdlü Bəbirova Xəyalə Xəyal qızını vurub. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

İlham Əliyevdən Zəfər Günü PAYLAŞIMI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi sosial şəbəkə hesablarında paylaşım edib. Sozcu.az paylaşımı təqdim edir:

Alqoloq Vüsal Eyvazovun "pul tələsi" - ŞİKAYƏT

“Uniklinika”nın Ağrı və Kök Hüceyrə Mərkəzinin rəhbəri doktor Vüsal Eyvazov vətəndaşı aldadıb. Bu barədə Sozcu.az saytına məlumat verən Anar Rəsullu bildirib ki, noyabr ayının 7- də Vüsal Eyvazovun qəbuluna gedərək, həyat yoldaşında yaranan şiddətli baş ağrılarının müalicəsi ilə bağlı ona müraciət edib. Anar Rəsullu bildirir ki, Vüsal Eyvazova xəstəliklə bağlı ətraflı məlumat vermiş və ona ağrıların baş verdiyi zaman çəkdiyi real videogörüntüləri göstərmişdir. Ətraflı məlumatdan sonra Vüsal Eyvazov ona bildirib ki, iynənin birinə 150 manat pul ödəyəcəyi təqdirdə ilk iynədən sonra ağrıların 80 faiz azalmasına nail olacaq. Anar Rəsullu 150 manat ödəyib və vurulan iynədən sonra ağrılar daha da şiddətlənməyə başladığını bildirir.  Ağrıların dahada şiddətləndiyini görən Vüsal Eyvazov yenidən əlavə olaraq 150 manat istəyərək söz verib ki, bu iynədən sonra ağrılar mütləq kəsəcək.  Xəstənin vəziyyətinin dahada ağırlaşdığını görən Anar Rəsullu növbəti 150 manatı ödəməyə məcbur olduğunu deyir. Vüsal Eyvazov məsləhət etmədən xəstəyə ən ağır iynələrdən olan "Tramadol" iynəsini vurub. Bunu da heçbir nəticəsinin olmadığnı görüb, Anar Rəsulluya, "gələn həftə növbəti ödənişi edərsən, daha bir iynəni yoxlayarıq", deyə bildirib. "Vüsal Eyvazov xəstənin müalisi ilə yox, soyğunçuluqla məşğuldur. Belə çıxır ki, mən evimi satıb, hissə-hissə Vüsal Eyvazova verməliyəm və o da müalicə əvəzinə nəticəsi olmayan ağır iynələr vurmalıdır", deyən Anar Rəsullu qeyd edib ki,ödədiyi pulların əvəzində ödənişlə bağlı ona  çek verilməyib.  Anar Rəsullu “Uniklinika” baş verən qanunsuzluqlar və soyğunçuluqlarla bağlı Respublika Prokurorluğuna, İqtisadi İnkişaf Nazirliyinə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək, müalicə adı ilə xəstələrin yaxınlarının cibinə gözünü dikən Vüsal Eyvazova qarşı ölçü götürməyi xahiş edir.  Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Məsələ içtimailəşdirildikdən sonra, Cəmilə İbrahimova adlı sosial şəbəkə istifadəçisi onun da, Vüsal Eyvazov tərəfindən aldadıldığını bildirdi. 

Hikmət Mirzəyevə general-polkovnik hərbi rütbəsi verilidi - SƏRƏNCAM

Müdafiə Nazirliyi Quru Qoşunlarının komandanı Hikmət Mirzəyevə "general-polkovnik" hərbi rütbəsi verilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Rusiyalı general Pavel Klimenko öldürüldü

Rusiya Silahlı Qüvvələrinin 5-ci əlahiddə motoatıcı briqadasının komandiri, general-mayor Pavel Klimenko öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Generalın hansı şəraitdə və harada öldürüldüyü barədə məlumat verilməyib.

Gəncədə tibb bacısını maşın vurub öldürdü

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, şəhər ərazisində xəstəxanaların birində tibb bacısı işləyən 1969-cu il təvəllüdlü R.Quluyevanı avtomobil vurub. O, aldığı xəsarətdən yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Şarl Mişel Trampa Avropanın öncəliklərini xatırlatdı

Avropa Şurasının rəhbəri Şarl Mişel ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığı aparıb. Sozcu.az xəbər verir ki, bu barədə Ş.Mişel X səhifəsində yazıb. "Mən AB-nin iqtisadi və geosiyasi vəziyyətdə, əsasən də Ukrayna və Yaxın Şərqdəki prioritetlərini qeyd etdim. Biz Avropanı gücləndirməyə və müdafiəmizə və təhlükəsizliyimizə daha çox sərmayə qoymağa davam edəcəyik", - o bildirib.

Ağsu sakini yeznəsinə qayçı ilə xəsarət yetirib

Ağsuda kişi yeznəsinə qayçı ilə xəsarət yetirib. Xəbər verilir ki, ötən gün saat 19 radələrində Ağsu şəhəri, H.Əliyev prospekti ev 33 ünvanında Qalib Əlirza oğlu Fərzalıyev və İlqar Durqardaş oğlu Şirinov arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Q.Fərzalıyev qoyun yunlarının təmizlənməsi üçün istifadə olunan qayçı ilə yeznəsi İlqar Şirinova qəsdən bir dəfə zərbə vuraraq, ağır bədən xəsarətləri yetirib. Belə ki, Qalib Fərzalıyev şübhəli şəxs qismində tutulub. Faktla bağlı cinayət işi başlanılıb.

Dünya liderləri Trampı TƏBRİK EDİR

Dünya liderləri və siyasətçiləri ABŞ-da keçirilən prezident seçkilərində qələbəsini elan edən respublikaçı namizəd Donald Trampa təbrik mesajları ünvanlayıblar. Sozcu.az-ın məlumatına görə, bir çox ölkənin lideri Trampı təbrik edib. Fransa Prezidenti Emmanuel Makron, Macarıstanın Baş naziri Viktor Orban, Litva Prezidenti Gitanas Nauseda, Latviya Prezidenti Edqars Rinkeviç, Ukrayna Prezidenti Volodimir Zelenski, İsrailin Baş naziri Benyamin Netanyahu, Serbiya Prezidenti Aleksandr Vuçiç, Avstriya kansleri Karl Nehammer, NATO-nun baş katibi Mark Rutte, El Salvador prezidenti Nayib Bukele və İtaliya baş nazirinin müavini Matteo Salvini Trampı təbrik ediblər. Makron “sülh və firavanlıq naminə” respublikaçı ilə işləməyə hazır olduğunu bildirib. Macarıstanın baş naziri əmindir ki, Trampın qələbəsi “bütün dünya üçün çox lazımdır”. Netanyahu Donald Trampın Ağ Evə qayıtmasını “tarixi”, Zelenski isə təsirli hesab edib. Zelenski qeyd edib ki, o, “prezident Trampın həlledici rəhbərliyi altında güclü Amerika Birləşmiş Ştatlarının erasını gözləyir” və həmçinin Ukraynaya davamlı dəstəyi səbirsizliklə gözləyir. Avstriya kansleri ABŞ-ı mühüm strateji tərəfdaş adlandırıb, o, “qlobal problemləri birlikdə uğurla həll etmək üçün” transatlantik əlaqələri daha da gücləndirməyə ümid edir. Latviya prezidenti də analoji ümidi dilə gətirib. Vuçiç bildirib ki, Serbiya sabitlik, firavanlıq və sülh naminə ABŞ ilə əməkdaşlığa sadiqdir. İtaliyanın baş nazirinin müavini Matteo Salvini Donald Trampın qeyri-qanuni miqrasiya ilə mübarizə və vergilərin azaldılması planlarını, həmçinin “Xristian dəyərləri və sülhə qayıdış, ifadə və fikir azadlığı” ilə bağlı planlarını bölüşdüyünü bildirib.

Çörək bahalaşacaq? - Açıqlama

Ötən ayla müqayisədə hazırda Azərbaycanda unun topdansatış qiyməti artıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 4-dən etibarən istehsalçılar unun qiymətini 70 qəpik artırıblar. Belə ki, rəsmi məlumata görə, ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 25.95-28.20 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 25.30-27.50 manat təşkil edirdi. Hazırda ölkə üzrə bazara təqdim ən ucuz unu "SKY AGRO" Məhdud Məsuliyyətli Cəmiyyəti, ən bahalısını isə "Azeri-Arapoğlu U.S.və T.LTD" Birgə Müəssisəsidir. Bəs, unun topdansatış qiymətinin artması çörəyin qiymətinə təsir edəcəkmi? Məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a deyib ki, Azərbaycanda unun bahalaşması qonşu ölkələrdə bu məhsulun qiymətinin qalxması ilə bağlıdır. Onun sözlərinə görə, Rusiya, Qazaxıstan və Ukraynada taxılın qiymətində artım müşahidə olunur ki, bu da unun bahalaşmasına təsir edir: “Bizim xaricdən aldığımız taxıl, yaxud unu yerli taxıla qatmaqla çörək hazırlanır. Təssüf ki, Azərbaycanda istehsal olunan taxılın keyfiyyəti o qədər də yüksək deyil. Ona görə də xarici ölkələrdən alınmış taxılla qarışdırılmalıdır ki, hazırlanan çörək keyfiyyətli olsun. Hazırda unun qiymətində artım məhz bununla bağlıdır. Azərbaycan özünü təxminən 24-25 faiz taxılla təmin edə bilir. Qalan hissəni xaricdən alırıq. Son illər taxıl aldığımız üç ölkə -Ukrayna, Rusiya və Qazaxıstan var idi. Ukraynadan müharibəyə görə taxıl almaq xeyli çətinləşib. Bu, mümkünsüz hala gəlib. Rusiya isə öz daxili tələbatını ödəmək üçün taxıl ixracı ilə bağlı tez-tez qadağalar qoyur. İndi əsas bazarımız Qazaxıstandır". İqtisadçı vurğulayıb ki, unun qiymətindəki artım çox olmadığından çörək bahalaşmayacaq: “Həm də uzun illərdir bizdə belə praktika mövcuddur ki, çörəyin qiyməti qaldırılmır, çəkisi aşağı salınır. İndiki məqamda da çörəyin bahalaşmasının ciddi etiraz doğuracağı nəzərə alınaraq, çəkinin azaldılmasına çalışacaqlar”.

Nəzakət Məmmədovaya 13 il iş verildi – KİV

Siyasi şərhçi kimi tanınan Nəzakət Məmmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə dövlətə xəyanət ittihamından 13 il azadlıqdan məhrumetmə cəzası alıb. Sozcu.az xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb. Bildirilib ki, məhkəmə prosesi bu günlərdə başa çatıb və hökm oxunub. “46 yaşlı Nəzakət Məmmədova, Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirli bilinir. İttihamda qeyd olunur ki, o, “siyasi şərhçi” və “jurnalist” adı altında gizli fəaliyyət göstərərək tapşırıqlar alıb. Məmmədova həmçinin “Alfa TV” adlı YouTube kanalının rəhbəri idi və bu kanalda açıq şəkildə Rusiyapərəst materiallar yayımlanırdı. İttihamda bu kanalın yaradılması, müsahibələrin təşkili və digər materialların yayımı onun fəaliyyətinin bir hissəsi olaraq göstərilir Cinayət işinin sənədlərində iddia edilir ki, N.Məmmədova Moskvaya tez-tez səfərlər edib, gizli görüşlərdə iştirak edib və bu fəaliyyətlərin müqabilində ona pullar göndərilib. Maraqlıdır ki, bu pul köçürmələri Məmmədovanın öz adına deyil, başqalarının adına həyata keçirilib və bankdan çıxarılıb. İttihamda, o, digər şəxsləri də Rusiyanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqələndirməyə çalışmaqda ittiham olunur. Lakin Nəzakət Məmmədova bu ittihamları rədd edir. Özünü günahsız hesab edən Məmmədova bildirib ki, Moskvaya əsasən konfranslar və çıxışlar üçün gedib. Onun sözlərinə görə, aldığı pullar yalnız bu fəaliyyətlər üçün ödənilən qonorarlar və ezamiyyət xərclərindən ibarət olub”, - mətbuat orqanında dərc olunan xəbərdə deyilir. “Əgər gizli şəkildə pul almaq niyyətim olsaydı, həmin pulları nağd şəkildə gətirərdim. Keçmiş həyat yoldaşımın gəlirlərimdən xəbərdar olmasını istəmirdim, buna görə pulları başqalarının adına çıxarırdım,” – deyə Məmmədova ifadəsində bildirib. Xatırladaq ki, Nəzakət Məmmədova 2023-cü ilin oktyabrında Azərbaycan hüquq - mühafizə orqanları tərəfindən saxlanılıb.

Həftənin son iş gününün hava proqnozu açıqlandı

Sabah, noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 2-5° şaxta, yüksək dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 3-7° isti olacaq.

Çoban özünü güllələdi

Ağcabədidə intihar hadisəsi olub. Lent.az-ın məlumatına görə, hadisə Taxtakörpü qəsəbəsində Laçın obaları adlanan ərazidə baş verib. Burada fermada çoban işləyən 47 yaşlı Nikolay Mixayıloviç Lanşov ov tüfəngi ilə başına bir dəfə atəş açaraq, özünü öldürüb. Hazırda faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır.

Binəqədidə yaşayış binasının dayanacağında 3 avtomobil yandı

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub. Sozcu.az FHN-ə istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının ərazisində olan avtomobil dayanacağında "Mercedes", "Kia" və "Hyundai" markalı minik avtomobillərinin yanar hissələri yanıb. Yaxınlıqda dayanan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bağçalarda tətil günlərinin sayı açıqlandı

8-13 noyabr tarixlərində məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərməyəcək. Sozcu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri İlahə Rəsulova deyib. O bildirib ki, bağçalar fəaliyyətini 14 noyabrdan davam etdirəcək. Bu ay Azərbaycanda ardıcıl 6 qeyri-iş günü olacaq.  Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 6 gün - 8, 9, 10 (Bazar günü), 11, 12 və 13 noyabr qeyri-iş günü olacaq.

Respublikaçılar Nümayəndələr Palatasını da götürdü

ABŞ Nümayəndələr Palatasına keçirilən seçkilərdə Respublikaçılar Partiyası demokratları qabaqlayır. Sozcu.az xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb. Məlumata görə, Respublikaçılar Partiyası Nümayəndələr Palatasında 163, Demokratlar Partiyası isə 108 yer qazanıb. Qeyd edək ki, respublikaçılar Senatda da üstünlüyü əldə ediblər.