Hörmüz boğazında neft tankerləri üçün ən böyük təhlükə dəniz minaları deyil, birbaşa İran hücumlarıdır.
Sozcu.az xəbər verir ki, bu barədə “Quardian” ABŞ kəşfiyyatına istinadla məlumat yayıb.
“ABŞ bu yaxınlarda İranın mina yerləşdirən gəmilərini vursa da, rəsmilər hesab edirlər ki, İranın gəmiləri vurmaq üçün dronlardan və ya sahilə atılan raketlərdən istifadə etmək ehtimalı daha yüksəkdir.
Hətta tək bir uğurlu zərbə belə bir tankeri batırıb qlobal neft ticarətini poza bilər”, - məlumatda bildirilib.
Qeyd edək ki, İranın Hörmüz boğazını minaladığı haqda iddia yayılıb.
