İran onları dağda gizlədir, işimiz çətindir - Leyter

İran raket buraxılış qurğularını dağlıq ərazilərdə gizlədir və bu da onları tapmağı və məhv etməyi çətinləşdirir.

Sozcu.az xəbər verir ki, bunu İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter deyib.

“Onlar buraxılış qurğularını dağlarda gizlədirlər. Bu isə bizim üçün işi çətinləşdirir. Buna görə də əməliyyat daha çox vaxt aparacaq”, - o bildirib.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb.

Share on Facebook