Sumqayıtda bir ailənin üç üzvü dəm qazından zəhərləndi

Sumqayıtda biri azyaşlı olmaqla üç nəfər dəm qazından zəhərlənib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Stansiya Sumqayıt ərazisində qeydə alınıb. 1980-ci il təvəllüdlü Elmir Rəsulov, onun həyat yoldaşı Samirə Abbasova və övladları 2007-ci il təvəllüdlü Zəminə Rəsulzadə yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar dərhal xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Ermənistan COP29-da iştirak edəcək? - XİN rəsmisi

COP29 tədbirində iştirakla bağlı Ermənistana dəvət göndərilib və indiyə qədər onların tədbirdə iştirak edib-etməyəcəyi ilə bağlı bizdə hər hansı məlumat yoxdur. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, Ermənistan nümayəndələrinin tədbirdə iştirakı hələlik məlum deyil. A.Hacızadə Ermənistanın bu tədbirdə iştirak etməyəcəyi təqdirdə nələr itirəcəyinə də münasibət bildirib: "İqlim dəyişikliyi dünyanı təhdid edən əsas problemlərdən biridir. Təhdidlə mübarizə istiqamətində bir çox ölkələr ciddi müzakirələr aparılır. Əhəmiyyətli müzakirələrə töhfə vermək hər bir üzv dövlətin əsas prioriteti olmalıdır. Biz Ermənistanın COP29-da iştirak edib-etməməsinə hər hansı şərh vermirik. Çünki müvafiq olaraq dəvət göndərilib, iştirak məsələsi onların öz seçimidir. Şübhəsiz, əhəmiyyətli müzakirədə iştirak hər bir dövlət üçün önəmlidir".

Bu məktəblər qazla isinəcək - RƏSMİ

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 17 təhsil müəssisəsi bu ildən qazla qızdırılacaq. Sozcu.az xəbər verir ki, bu barədə "Azərbaycan müəllimi"nə idarədən bildirilib. Belə ki, Beyləqan rayonunda 4 məktəbdə, İmişli rayonunda 4 məktəbdə, 1 bağçada, Saatlı rayonunda 3 məktəbdə, 3 bağçada, Sabirabad rayonunda 1 məktəbdə və 1 bağçada qazla təminat işləri aparılır.

Qaxda "Nissan" ağaca çırpıldı: iki aylıq körpə ÖLDÜ

Bu gün 17 radələrində Qax-Qorağan avtomobil yolunda qəza baş verib. Sozcu.az xəbər verir ki, Qax rayonunun Əmircan kəndi ərazisində Turaclı kənd sakini 25 yaşlı Günay Hüseynovanın idarə etdiyi “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan iki ay yarımlıq körpə (sürücünün baldızı oğlu) aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. G. Hüseynova və iki yaşlı qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Goranboyda avtomobil piyadanı vuraraq öldürdü

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb. "Report"un məlumatına görə, hadisə rayonun Qaraçinar kəndində qeydə alınıb. 1974-cü il təvəllüdlü Manaf Məhəmməd oğlu Zeynalovu avtomobil vurub. O, ağır halda xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

İlham Əliyev Polşa prezidenti ilə görüşdü

17:14 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Polşa Respublikasının Prezidenti Andjey Duda ilə görüşüb. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev COP29-da iştirak etdiyinə görə Andjey Dudaya minnətdarlığını bildirdi. Polşa Prezidenti ilə görüşlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı Andjey Dudanın ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu dedi. Andjey Duda COP29-a dəvətə görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edərək, bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğuladı və bununla bağlı təbriklərini çatdırdı. Söhbət zamanı qlobal iqlim gündəliyinin vacibliyi qeyd olundu. Polşa ilə Azərbaycan arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, Azərbaycan-Avropa İttifaqı əlaqələri və regional məsələlər müzakirə edildi. Azərbaycanda olan Polşa irsi, həmçinin polyak memarların Bakı şəhərində müxtəlif abidələrin memarlığında iştirakı məsələsi də qeyd olundu.

Avropa təhlükədədir, ABŞ-dan asılı ola bilmərik - Borrell

Avropa ölkələri müdafiəni təmin etmək üçün məsuliyyəti öz üzərinə götürməli və ABŞ seçkilərinin nəticələrindən asılı olmamalıdır. Sozcu.az xəbər verir ki, bunu Avropa Birliyi diplomatiyasının rəhbəri Jozep Borrell deyib. “Avropa təhlükədədir və avropalılar məsuliyyəti öz üzərinə götürməlidirlər. Biz dörd ildən bir ABŞ seçkilərinin əhval-ruhiyyəsindən asılı ola bilmərik”, - Borrell bildirib.

"Pensiyaları vaxtında ödəmək əhalinin ziyanına olar" - Sahil Babayev

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiya ödənişlərinin gecikdirilməsi ilə bağlı iddialara cavab verib. Sozcu.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bildirib ki, bununla bağlı dəfələrlə açıqlama verilib. “Biz bütün pensiyaları avansla ödəyirik. Həmin ayın pensiyası ayın sonunda ödənilməlidir. Sadəcə Azərbaycan Hökumətinin növbəti humanist addımı ondan ibarətdir ki, biz pensiyaları ayın sonunu gözləmədən ödəyirik. Ümumiyyətlə, pensiyalar sosial sığorta haqlarının hesabına ödənilən vəsaitdir. Sosial sığorta haqlarının toplanmasına uyğun olaraq, ayın bəlli dövrlərində pensiya fondu tərəfindən elan verilir və müvafiq ərazilər üzrə ödənişlər həyata keçirilir. Bir daha deyirəm ki, ödənişlər ayın sonunda ödənilməli olduğu halda ayın 10-15-i arasında bir qisim ərazilərimiz, 15-20-si arasında bir qisim ərazilərimizdə həyata keçirilir. Vaxtında ödəsək, bu o deməkdir ki, ayın sonunda ödəməliyik, bu da əhalimizin ziyanına olacaq”.

50 yaşlı sakini maşın vurub öldürdü

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, rayonun Qaraçinar kəndində 1974-cü il təvəllüdlü Zeynalov Manaf Məhəmməd oğlunu avtomobil vurub. O, ağır halda xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Trampın komandasında kimlər olacaq? - Gözlənilməz ADLAR

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dövlət katibi vəzifəsinə senator Marko Rubionun namizədliyini irəli sürməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən yazıb. Nəşr yazır ki, Tramp son anda fikrini dəyişə bilər. Qeyd edək ki, hazırda bu vəzifəni Entoni Blinken tutur. Marko Rubio 2010-cu ildə Senata (ABŞ Konqresinin yuxarı palatası) seçilib, Çin və İrana qarşı sərt mövqeyi ilə diqqət çəkib. Donald Trampın Florida ştatından olan konqresmen Mayk Uolsu milli təhlükəsizlik üzrə köməkçisi təyin edəcəyi gözlənilir. ABŞ-ın yeni seçilmiş prezidenti, həmçinin keçmiş baş müşaviri Stiven Milleri Ağ Evin siyasət məsələləri üzrə müavini təyin etmək qərarına gəlib. O, miqrasiya siyasətində sərtliyi ilə seçilir. Tramp ölkənin BMT-dəki daimi nümayəndəsi ilə bağlı da qərar verib və bu vəzifəyə Nümayəndələr Palatasının üzvü Eliza Stefanikə təklif edib. "ABC News" kanalı bildirib ki, milyarder Elon Musk Donald Tramp administrasiyası üçün komandanın formalaşdırılmasında mühüm rol oynayır. Telekanalın məlumatına görə, iş adamı demək olar ki, hər gün Respublikaçıların Mar-a-Laqo (Florida) malikanəsində olur. Mənbələr bildiriblər ki, Mask Trump və xarici liderlər arasında ən azı iki telefon danışığında iştirak edib. İddia olunur ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə söhbəti zamanı Tramp telefonu milyarderə verib. Biznesmen Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında da iştirak edib. Amerika tarixində ilk dəfə olaraq Ağ Evin aparat rəhbəri qadın olacaq. Bu vəzifəni Donald Trampın seçki qərargahının rəhbərlərindən biri, onunla birlikdə hər üç prezident kampaniyasından iştirak edən Syuzan Uayls tutacaq. İlon Mask və prezidentliyə keçmiş müstəqil namizəd Robert Kennedinin komandada iştirak edəcəyi gözlənilir. Xatırladaq ki, noyabrın 13-də Tramp hakimiyyətin keçid prosesini müzakirə etmək üçün Co Baydenin dəvəti ilə Ağ Evə səfər edəcək.

Əgər Tramp Putinə həqiqətən zəng edibsə... - Britaniya

Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə mümkün telefon danışığı Ukrayna üçün yaxşı əlamətdir. Belə bir çağırış Vaşinqtonun ukraynalılara dəstəyini davam etdirəcəyini göstərə bilər. Sozcu.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili deyib. “Əgər Trampın Putinlə söhbəti barədə şayiələr doğrudursa, bu, Tramp administrasiyasının Ukraynanı dəstəkləyəcəyinə dair çox yaxşı ilk addım və erkən işarədir”, - nazir bildirib. Hilki qeyd edib ki, Rusiya kimi ölkələr beynəlxalq sərhədləri güc yolu ilə yenidən çəkə bilsələr, bu, bütün ölkələrin təhlükəsizliyinə xələl gətirən bir siqnaldır. Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri peskov 7 noyabrda Trampın Putinə zəng etdiyi barədə "Vaşinqton Postun" yaydığı məlumatı təkzib edib.

"Veteran pulu" artırılır? - Nazir açıqladı

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müharibə veteranlarına verilən aylıq təqaüdün artırılıb-artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib. Sozcu.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bununla bağlı sosial paketin müzakirədə olduğunu bildirib. “Müzakirə bitmədən onun tərkib hissəsi barədə məlumat vermək düzgün olmaz. Müzakirələr yekunlaşdıqdan sonra bu barədə məlumat veriləcək”, - nazir qeyd edib.

993-cü gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 993-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 712 610 hərbçi, 9 276 ədəd tank, 18 847 ədəd zirehli döyüş maşını, 20 352 ədəd artilleriya sistemi, 1 249 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 996 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 28 870 ədəd avtomobil texnikası, 18 737 ədəd PUA, 2 636 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 626 xüsusi avadanlıq itirib.

Bəraət məktubu - hekayə

...Gecənin qaranlığından boylanan ay işığı onun qışqırtısından hürküb buludların arxasına çəkildi. Buludların arxasındakı vahimə, yer üzünə çökdü. Bu hekayə heç bir hekayəyə bənzəmir. Bu elə bir hekayədir ki, sənə hər şeyi açıb deyə də bilmirəm. Olmur. Alınmır. Bilirsən onun qızı nə deyirdi? - Nə deyirdi? - Deyirdi ki, qardaşım atamı zorlayıb. - Nə danışırsan?! - O deyirdi ki, qardaşımı atamın başıma işəməsi üçün məcbur ediblər. - Tfu.u.u! - Sən bu hekayəni həqiqətən eşitmək istəyirsən? -... Atam hərbçi olub. Ömrünü bu işə sərf etmişdi. Vətəninə, ölkəsinə layiqli xidməti ilə həmişə seçilirdi. Ona harada olmasından asılı olmayaraq verilən tapşırıqlara can-başla əməl etməyə çalışırdı. Sovet Sosialist Respublikaları İttifaqı dönəmində Əfqanıstanda xidmət etmişdi. Onun öz işinə sadiqliyi, peşəkarlığı və vətənpərvərliyi tez-tez televiziya verilişlərində təbliğ edilir, haqqında qəzetlərdə məqalələr yazılırdı.  Atam döyüş bölgəsində yerləşən hərbi hissələrdən birinin komandiri idi. Evimiz hərbi hissədən çox uzaqda olduğuna görə, onunla doyunca vaxt keçirdə bilmirdik. Atam imkan tapan kimi evə gəlib, vaxtını bizə sərf edirdi. Hərbiçi kimi nə qədər ciddi və tələbkar olsa da, evdə tamam başqa adam olurdu, Buna görə də onun evə gəlməyi bizim üçün demək olar ki, toy-bayram idi. Onun evə gəlişini səbirsizliklə gözləyib, günləri saymağa başlayırdıq.  İsti bir yay günü atam evə gəlmişdi. Hamımız sevinirdik. Bizi sabah gəzməyə aparacağına söz vermişdi. Səbirsizliklə sabahın açılmasını gözləyirdim. Ancaq ürəyimdə səbəbini anlamadığım bir narahatlıq və təlaş var idi. Özümü birtəhər sakitləşdirib yuxuya getdim. - Sən o böyük qara ilanı görürsən? - Görürəm.  - Qorxursan? - Əlbəttə! - Qışqırma… - Axı mən qorxuram! Qorxuram! Mənə tərəf gəlir! Ata.a.a.a! Evdə böyük qara ilan var! Ata burada bir nəfər var idi, hanı o adam?  Çöldəki tufan elə bil ki, əlinin tərsi ilə evin qapısını möhkəmcə örtdü. Pəncərələr öz şərçivəsində çırpınmağa başladı. Evin içi çölə qaçmaq istəyirmiş kimi, əşyalar, divarlar, dik atıldı. Qəfil qışqırıq səsi məni yuxudan oyatdı. - Ay Allah! Belə də yuxu olar? Yaxşı ki, öz səsimə oyandım. Mən uşaqlıq xatirələrimi yuxuda kimə danışırdım? O niyə mənə qara ilanı göstərdi? O qara ilan hardan peyda oldu? Məzuniyyətim qurtarsaydı, atamı da görərdim. Lap darıxdım… C.D qan tər içində çarpayıdan qalxıb, mətbəxə tərəf getdi. İndi ona hər şeydən çox su lazımdır, qurumuş boğazını yaşlamaq üçün. O cəmi üç ildir ki, müddətdən artıq xidmətçi əsgər kimi orduda işləyir. Atası tanınmış polkovnikdir. Budur, o suyu başına çəkəndə, evin qapısı sındırılaraq qəfil açılır. Üzü qara masqalı bir neçə şəxs evə daxil olur. - Yat, yerə yat! Tez! Onun qollarını arxadan burub, yerə yıxırlar.  - Danışma! Heç nə demə! Sən həbs olunursan! - Niyə.ə.ə.ə! Gözlərini qaranlıq örtən C.D yuxuya gedir. Boynunun ardından dəyən zərbə onu yatızdırır. Özünü tavandan asan işıqlar, ayaqlarından asılmış adamın gözlərində qaralır. O göz qapaqlarını açıb, döşəmədəki qan gölünü görəndə başa düşdü ki, bu burnundan axan qan deyil. Başını sağa çevirdikdə soyuq otağın küncündəki çılpaq adamı əvvəlcə tanıya bilmədi. Dizlərini qucaqlayıb otran çılpaq adam, sızıldayırdı. Gözünü bir də yumub açdı. Sonra bir də. Diqqətlə baxanda diksindi: – Ata! Bu sənsən?  Polkovnik  V.D deyəsən eşitdiyi səsdən üşüdü. Siz heç, səsdən üşüyən adam görmüsünüz? Bax, indi onun oğlu həmin mənzərənin şahididir. Atası oğlunun səsini eşidib üşüyür, tir-tir əsir. - Vı.vı.vı.v.v.v! Sən mənim oğlum deyilsən! Bu yalandır! İnanmıram! Məni yenə aldadırlar. Yenə mənə nəsə edəcəklər? Nə olar məni toka verin amma anus dəliyimə heç nə soxmayın! Soxmayı.ı.ı.ı.ın! - Nə.ə.ə.ə.ə! Sən nə dedin ata.a.a.a? Ata, eşidirsən? Nə.ə.ə.ə? - Sus! Sus! Sus! Oğraş! Sən mənim oğlum deyilsən! Qancığın doğduğu! Sən mənim oğlum deyilsən! - Ata! Ata.a.a.a! Və qəfil işıqlar sönür… - Sən, C.D, atanın vətənə necə xəyanət etdiyi haqda nə bilirsən? Nədir, nə tərs-tərs baxırsan? Yoxsa sən də atan kimi məni düşmənlərə satacaqsan? Yoxsa məni öldürmək istəyirsən? Bunu görürsən? Bax, bunu yeyərsən! O penisini çıxardıb yapışqan bez ilə bağlanmış C.D-nin ağzına sürtdü. Və qəfil işıqlar sönür… *** - Ata, gələn dəfə evə gələndə mənə əsgər çəkməsi alıb gətir, nə olar.  Altı yaşlı C.D atasının hərbi çəkmələrini ayağında sürüyə-sürüyə gülümsəyirdi. Gülümsəyirdi ki, daha da sevimli olsun və atasını hərbi çəkmələr almaq üçün razı salsın, Ata oğlunu qucağına alıb, sarıldı. Onu doya-doya öpdü. - Yaxşı, mütləq alaram, mənim ağıllı oğlum. *** - Oğlum, mən vətənə xəyanət etmişəm. Hərbi sirrləri düşmənlərə pul qarşılığında satmışam. Satmışam ki, indi burda gördüyün bu öz zabitlərimiz məni zorlamasınlar. Ha.ha.ha.ha! V.D dəli kimi gülməyə başladı. Sonra qəfil hönkürüb ağladı. O işkəncələrdən qorxub yalan danışırdı. Vətənə xəyanət etmədiyini oğlu da bilirdi. - Ata, bilirəm, sən vətənə xəyanət etmisən. Sən öz zabit şərəfini də pula satmısan. - Hə, satmışam! - Ata, məni də zorlayıblar. Özü də bir neçə nəfər, bir neçə saat dayanmadan. Ata.a.a.a.a! Oğraş ata.a.a.a, alçaq! Şərəfsiz! Kişi qəhbəsi!  - Hə, mən alçağam! Mən oğraşam! Mən şərəfsizəm! Mən kişi qəhbəsiyəm! Mən satqınam! *** ...Gecənin qaranlığından boylanan ay işığı onun qışqırtısından hürküb buludların arxasına çəkildi. Buludların arxasındakı vahimə, yer üzünə çökdü. Bu hekayə heç bir hekayəyə bənzəmir. Bu elə bir hekayədir ki, sənə hər şeyi açıb deyə də bilmirəm. Olmur. Alınmır. Bilirsən onun qızı nə deyirdi? - Nə deyirdi? - Deyirdi ki, qardaşım atamı zorlayıb. - Nə danışırsan?! - O deyirdi ki, qardaşımı atamın başıma işəməsi üçün məcbur ediblər. - Tfu.u.u! - Sən başqa nə eşitmək istəyirsən? - Mən bu barədə hekayə yazacam. - Əbil, yaxşı düşün... - Narahat olma... - Yaxşı, indi V.D –nin qızı gələcək. O özü hər şeyi sənə danışacaq. Bir az sonra, işığı közərən otağın qapısı açılır və V.D-nin qızı otağa daxil olur. - Salam. Jurnalist Əbil və yanındakı şəxs ayağa qalxıb sayğı ilə qızı salamlayırlar. V.D-nin qızı: - Mən heç nə danışmayacam! Anam və mən, atamla qardaşım haqda bəraət məktubu almışıq.  Jurnalist Əbil durduğu yerdə quruyub qaldı. Qız susurdu. Əbillə V.D-nin qızını tanış edən şəxs də susurdu.  - Hə, atam və qardaşım günahsızdır. Onlar vətən xaini deyil! Biz bəraət məktubu aldıq... Jurnalist Əbil, dərindən nəfəs alıb dedi: - Axı onlar öldürülüb?! Siz ölülər üçün bəraət məktubu almısınız... SON Əbil Həsən

General Sırski Kursk cəbhəsində oldu: “Vəziyyət nəzarətimiz altındadır...”-FOTO

Ukrayna Silahlı Qüvvələrinin  Baş Komandanı, general Aleksandr Sırski cəbhənin Kursk istiqamətində olub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanın “Facebook” səhifəsində məlumat açıqlanıb.  “Mən Sumı və Kursk vilayətlərində fəaliyyət göstərən hərbi hissə və bölmələrdə çalışmışam, düşmənin təşəbbüsü ələ keçirmək cəhdlərinə baxmayaraq, vəziyyət bizim nəzarətimiz altındadır”, - deyən Baş Komandan  "birbaşa briqada komandanlıq məntəqələrində" iş aparıb. “Vəziyyətin qiymətləndirilməsini nəzərə alaraq, düşmənin hərəkətlərinin qarşısını almaq və ona maksimum itki vermək məqsədi daşıyan bir sıra qərarlar qəbul etdim. İşğalçıların canlı qüvvə və texnikada üstünlüyünə baxmayaraq, Ukrayna ordusunun bacarıq və peşəkarlığı Rusiya təcavüzkarının öz məqsədinə çatmasına imkan vermir”, - deyə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı bildirib. Xatırladaq ki, Müharibənin Tədqiqi İnstitutunun ("ISW") yeni hesabatında Rusiya Federasiyasının Kursk vilayətində döyüşlərin davam etdiyi qeyd edilir. Rusiya və Ukrayna qoşunları bu yaxınlarda Kursk bölgəsində  əsas hücum istiqamətində irəliləyib. Rusiya orada 50 minə yaxın əsgər cəmləyib.

"Toya uşaq gətirməyin" - Yeni dəvətnamələrdə qalmaqallı qeyd

Son günlər sosial şəbəkələrdə yayılan dəvətnamə görüntüləri ölkə gündəmindəki maraqlı mübahisələrdən birinə çevrilib. Belə ki, yeni nəsil dəvətnamələrdə uşaqların toya gətirilməməsi barədə çağırış edilir. Çağırışda isə belə yazılır: “Əziz qonaqlar, bu fani dünyaya nə qədər uşaq gətirirsiniz gətirin, amma toya gələndə gətirməyin”. Maraqlıdır, yeni-yeni yayılmağa başlayan bu çağırışın səbəbləri nədir? Uşaqların toya nə kimi ziyanları var? Sozcu.az "bakuplus.az"a istinadən bildirir ki, mövzunu sosial tərəfdən şərh edən sosioloq Üzeyir Şəfiyev uşaqların toylardan kənarlaşdırılmasını doğru hesab etmir: “Düşünürəm ki, uşaqların toya gətirilməməsi barədə edilən çağırışlar yaxşı hal deyil. Çünki toy bizim milli-mənəvi dəyərlərimizi özündə əks etdirən, min illik qədim adət-ənənələrimizdən biridir. Bu adətlərdə Azərbaycan xalqının düşüncələri, arxeotipləri öz əksini tapır. Hesab edirəm ki, toylar və digər mərasimlər vasitəsilə insanlar həm də sosiallaşır, həmrəyləşir, insanların xarakteri formalaşır. O cümlədən uşaqların xarakterinin formalaşmasında da toyların rolu var. Bu baxımdan belə mərasimlərdən uşaqların kənarlaşdırılması hesab edirəm ki, düzgün deyil. Uşaqlar həmin mühitdə də şübhəsiz ki, sosiallaşa bilir. Əlbəttə, uşaq psixologiyasını da nəzərə alaraq toyu elə təşkil etmək olar ki, uşaqlar həmin mərasimlərdən özlərinə pay götürsün. Yəni sosiallaşmasında faydalı olsun. Sözsüz ki, uşağın yaşı da nəzərə alınmalıdır. Ancaq hesab edirəm ki, bütövlükdə uşaqlar toylarda iştirak eləməlidir. Necə ki, qədimdə kənd uşaqlarının toya qatqısı bir başqa olurdu. Toylar da uşaqların gələcək həyatında xoş nostaljlər yaradırdı. Bir daha səsləndirirəm: uşaqların toya gətirilməməsi ilə bağlı çağırışlar doğru deyil”. Bəzi toy sahibləri qeyd edilən çağırışları uşağın psixologiyasına mənfi təsir ilə əlaqələndirirlər. Maraqlıdır, toy uşaq psixologiyasına təsir edirmi? Bakuoplus.az-ın sualını cavablandıran psixoloq Fidan Nizamova deyib ki, bu çağırışı çox düz ediblər: “Çünki uşaqların elə böyük bir məclisdə olması, ancaq mane ola bilər. Amma onu da deyim ki, toyun uşaq psixologiyasına nə mənfi, nə müsbət təsiri var. Düzdü, bəzi uşaqlar var ki, səsə həssasdır və ya hiperaktivdir. Belə uşaqları toya, məclisə qəti aparmaq olmaz. Ancaq toya aparılan, cəmiyyət içində çox olan uşaqlar sosiallaşır, özlərini ifadə etməyi, davranış qaydalarını öyrənirlər”. Belə dəvətnamə hazırlayan cütlüklərdən biri – Aysel və Nazim səbəbini əlavə pul verməkdə görürlər: “Hansısa bir uşaq gedib açılmayan stolda oturanda, ofisiantlar onun qarşısına boşqab, yemək düzürlər. Restoran rəhbərliyi də həmin stolun pulunu bizdən alır. Uşaq nə başa düşsün orda oturulmadığını? Ona görə bacardıqları qədər toya uşaqlarını gətirməməklərini deyirik. Həm də bəzi uşaqlar gəlinlə bəyin yanından əl çəkmirlər. Rəqs edəndə ayağa dolaşırlar, paltardan tuturlar”.

Ermənistanı Bakıda bu şəxs təmsil edəcək

Xəbər verildiyi kimi, Ermənistanı Bakıda keçirilən COP29 tədbirində kimin təmsil edəcəyinə dair rəsmi qərar verilməyib. KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, qeyri-rəsmi məlumatlara görə, adıçəkilən ölkənin xarici işlər naziri Ararat Mirzoyan təmsil edəcək. Lakin qeyd olunub ki, bu barədə yekun qərar yoxdur. Xatırladaq ki, Azərbaycan tərəfi Nikol Paşinyan və Ararat Mirzoyana COP29-da iştirak etmək üçün dəvət göndərib.

Qiyabi təhsil ləğv olunur? - Ekspertdən AÇIQLAMA

Son illərin müşahidələri göstərir ki, ölkədə abituriyentlər ali təhsil ocaqlarına seçim zamanı daha çox əyani təhsil formasına üstünlük verirlər. Çoxları isə qiyabi təhsilin effektiv olmadığını deyirlər.  Bütün bunları nəzərə alaraq, qiyabi təhsil ləğv oluna bilərmi? Mövzu ilə bağlı "Cebheinfo.az"a açıqlamasında təhsil eksperti Elçin Əfəndi qiyabi təhsil formasının tamamən ləvğ olunmayacağını bildirib. Ekspert qeyd edib ki, qiyabiyə nəzərən əyani təhsilin üstünlükləri çoxdur və müəyyən ixtisaslarda qiyabi təhsil qalacaq: ““Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkəmizdə hazırda əyani, qiyabi və distant formada tədris nəzərdə tutulur. Nəzərə alsaq ki, təhsil haqqında qanunvericilikdə distant təhsil təsdiqini tapsa da, hələlik keçərli deyil. Əsasən, əyani və qiyabi təhsilə üstünlük verilir. Demək olar ki, ali təhsil müəssisələrinin bakalavr pilləsində daha çox əyani ixtisaslardır. Magistratura pilləsində isə yalnız bir neçə universitetdə ixtisas forması qiyabidir.  Əyani təhsilin üstünlükləri çoxdur. Əyani təhsildə tələbələr nəzəri bilikləri daha dərindən öyrənir, təcrübə zamanı isə qiyabiyə nəzərən daha uzunmüddətli təcrübə keçmək imkanı əldə edirlər. Qiyabi təhsil əsasən, işləyən şəxslər, ailə həyatı qurmuş amma yenə də təhsil almaq istəyən vətəndaşlarımız üçün nəzərdə tutulmuş təhsil formasıdır.  Laboratoriya təcrübəsi, nəzəri biliklərin yerində tətbiqi kimi ixtisaslarda qiyabi təhsil yəqin ki, mümkün olmayacaq. Bu ixtisasların qiyabiləri ləğv olunacaq. Təkcə builki ali təhsil müəssisələrinin bakalavr pilləsində keçirilən müsabiqədə biz gördük ki, artıq bir neçə universitet bu kateqoriyaya daxil olan qiyabi ixtisasları ləğv etdilər.  Yalnız bir sıra universitetdə, bəzi ixtisasların qiyabi şöbələri mövcuddur. Əgər gələcəkdə biz bakalavr təhsilini 4 ildən 3 ilə endirə bilsək, qiyabi təhsilin müddəti az olduğu üçün yenə bəzi ixtisasları da ləğv etmək mümkündür.  Qeyri-ixtisas fənləri tədris olunmazsa, o zaman biz müddəti 4 ildən 3 ilə endirə bilərik. Amma düşünmürəm ki, qiyabi təhsil tamamilə ləğv olunsun. Müəyyən ixtisaslarda saxlanılacaq”. 

“Ermənistanın COP-da iştirak edib-etməməsi...” - Prezident

“ATƏT-in Minsk qrupu artıq tarixin bir tərkib hissəsidir”. Sozcu.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşü zamanı deyib. Prezident, həmçinin bildirib: “Ermənistana da COP-da iştirak etmək üçün dəvət göndərilib, lakin iştirak edib-etməməsi Ermənistanın özünün qərarıdır”.

Azərbaycanda bu saatlardan hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Bu gün axşam saatlarından etibarən 13-ü axşamadək bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Quba-Qusar, Qazax-Gəncə, Mərkəzi Aran, Lənkəran-Astara) qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Prezident Beçiroviç və Tsviyanoviçlə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç və üzvü Jelka Tsviyanoviç ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Yaponiyanın yeni baş naziri bəlli oldu

Yaponiya Liberal Demokrat Partiyasının rəhbəri Şiqeru İşiba ölkənin baş naziri seçilib. Sozcu.az xəbər verir ki, bu barədə Yaponiya mətbuatı məlumat yayıb. Parlamentin aşağı palatasında keçirilən səsvermənin ikinci turunda o, deputatların yarıdan çoxunun səsini qazanıb. İşiba 221, onun ikinci turdakı rəqibi Yoşixiko Noda isə 160 səs alıb.

"Modern Group"a daxil olan "Azgranata"nın külli miqdarda vergi borcu var

"Azgranata" MMC-nin dövlətə külli miqdarda vergi borcu var. Pravda.az-ın xəbərinə görə, MMC-nin hazırki dövrədək dövlətə olan borcu 226 465 manatdır. Qeyd: Qanuni təmsilçisi Böyükağa Nadir oğlu Mustafayev olan şirkət (Nizamnamə kapitalı 21 582 592 AZN-dir) alkaqollu və alkaqolsuz içki istehsalçısıdır. MMC "Modern Group"a daxildir.

Bu yollarda məhdudiyyətlər olacaq - SİYAHI

COP29 Liderləri Sammitinin keçiriləcəyi 11, 12 və 13 noyabr tarixlərində Bakının bir sıra küçə və prospektlərində məhdudiyyət tətbiq ediləcək. Sozcu.az xəbər verir ki, nəqliyyat vasitələri üçün məhdudiyyət tətbiq ediləcək küçə və prospektlər aşağıdakılardır: - Hava Limanı şosesi - Heydər Əliyev prospekti - Neftçilər prospekti - Yusif Səfərov küçəsi - Niyazi küçəsi - İstiqlaliyyət küçəsi - Lermontov küçəsi - Mikayıl Huseynov küçəsi - Xəqani Rüstəmov küçəsi - Teymur Elçin küçəsi - Mehdi Hüseyn küçəsi.