ABŞ-da benzin qiymətləri 2023-cü ilin payızından bəri ən yüksək səviyyəyə çatıb.
Sozcu.az xəbər verir ki, bu barədə Amerika Avtomobil Assosiasiyasının məlumatında bildirilir.
Məlumata görə, ABŞ-da bir qallon (3,785 litr) benzinin qiyməti 3,79 dollara yüksəlib.
Qeyd olunur ki, bir ay əvvəl, yəni münaqişə başlamazdan öncə bu göstərici 2,9 dollar səviyyəsində olub.
Ən yüksək qiymətlər Kaliforniya ştatında qeydə alınıb, burada bir qallon benzinin qiyməti 5,54 dollara çatır.
