Yevlaxda dava: yeniyetmə 37 yaşlı kişini öldürdü

Yevlax şəhərində şəhər sakinləri – 2005-ci il təvəllüdlü Əli Mahmudov və 2006-cı il təvəllüdlü Həsən Məmmədov arasında yaranmış münaqişəni sakitləşdirmək istəyən 1988-ci il təvəllüdlü Zahid Mahmudov kürək nahiyəsindən bıçaqlanıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Zahid Mahmudov Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, aldığı xəsarətdən ölüb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs 2009-cu il təvəllüdlü Rüzgar Abdullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Fakt araşdırılır.

Ultimatumun son günü: Tramp Rusiyanı hədələdi...

Avqustun 8-dək Ukraynada atəşkəs əldə olunmasa, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. “Sanksiyalar olacaq, lakin görünür, Rusiya onlardan qaçmaqda kifayət qədər uğurludur. Bilirsiniz, onlar hiyləgər insanlardır və sanksiyalardan qaçmağa müvəffəq olurlar”, - Tramp bildirib. Qeyd edək ki, avqustun 8-i Trampın verdiyi on günlük ultimatumun son günüdür.

Bu rayonlarda 41 dərəcə isti…

Azərbaycanda avqustun 4-ü saat 9:00-a olan məlumata əsasən isti hava şəraiti davam edib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, dağlıq rayonlarda 30, Aran rayonlarında 41, Naxçıvan MR-da isə 40 dərəcəyədək isti qeydə alınıb.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1258-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 057 140 hərbçi, 11 069 ədəd tank, 23 079 ədəd zirehli döyüş maşını, 31 053 ədəd artilleriya sistemi, 1 452 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 203 hava hücumundan müdafiə sistemi, 421 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 57 244 ədəd avtomobil texnikası, 49 451 ədəd PUA, 3 553 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 935 xüsusi avadanlıq itirib.

ABŞ-ın 2 nüvə sualtı qayığı artıq regiondadır...

ABŞ-ın iki nüvə sualtı qayığı artıq təyin olunmuş əraziyə çatıb. Sozcu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib. “Onlar artıq regiondadırlar, lazım olan yerdədirlər”, - Tramp bildirib. Qeyd edək ki, bundan əvvəl o, “Nyusmaks” telekanalına müsahibəsində sualtı qayıqların Rusiyaya daha yaxın yerləşdiriləcəyini qeyd etsə də, onların dəqiq yerini açıqlamaqdan imtina edib. Ağ Evin rəhbəri yerdəyişmə qərarını Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin sərt bəyanatlarına cavab vermək zərurəti ilə izah edib. Xatırladaq ki, Medvedyev iyulun 28-də ABŞ liderinin Moskva ilə “ultimatum oyunu” oynadığını açıqlamışdı. Onun sözlərinə görə, Tramp başa düşməlidir ki, Rusiya tərəfi nə İsrail, nə də İrandır və Moskva hər yeni təhdidi ABŞ ilə müharibəyə doğru növbəti addım kimi qiymətləndirir. Tramp isə öz növbəsində Medvedyevi Rusiyanın uğursuz sabiq prezidenti adlanıdırıb.

Trampın Rusiyaya cavabı özünü çox gözlətmədi

Bu həftə ABŞ Prezidenti Donald Tramp Dmitri Medvedyevin şifahi təxribatlarına cavab olaraq Rusiyanı Hərbi Dəniz Qüvvələri ilə hədələdi. Bununla belə, bugünkü ABŞ Hərbi Dəniz Qüvvələri çətin günlərdən keçir və yəqin ki, göründüyündən daha zəifdir. Sozcu.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. "Gəmiqayırma və gəmi təmiri sənayesi uzun müddətdir ki, təcrübəli kadr çatışmazlığından şikayətlənir. Məhdud tərsanə və köhnə avadanlıq problemləri də var. Bu problemlər Soyuq müharibədən sonra dövlət gəmiqayırma zavodlarına investisiyaların çatışmazlığını və Amerika dəniz sənayesinin daha geniş şəkildə tənəzzülünü əks etdirir", - məlumatda qeyd olunub.

Çin Maskın peyklərini darmadağın edəcək...

Çin alimləri iş adamı İlon Maskın “Starlink” peyklərinə qarşı mübarizə strategiyaları hazırlayır. Sozcu.az xəbər verir ki, bu barədə "Assoşeyted Press" məlumat yayıb. Nəşr qeyd edir ki, Çin kosmik lazerlərlə gizli sualtı qayıqlar, təchizat zənciri və peyklərə qarşı mübarizə aparmaq üçün ion mühərrikləri olan hücum peyklərini nəzərdən keçirir: "Çin hökuməti və hərbi elm adamları artıq jurnallarda “Starlink” peyklərinin aşkarlanması və məhv edilməsi yollarını araşdıran onlarla məqalə dərc ediblər. Çin tədqiqatçılarının fikrincə, kosmik gəmi Çin hökuməti və onun strateji maraqları üçün yüksək risk yaradır".

Bu evlərə sənəd verilməyəcək – SƏBƏBİ BİLİNDİ

Bu gün Azərbaycanda yüz minlərlə sənədsiz ev mövcuddur. Xüsusilə Bakı və ətrafında bu evlərin sayı kifayət qədər çoxdur. Həmin evlərin bir hissəsi sənədləşdirilsə də, proses davam edir. Lakin elə evlər var ki, onların sənəd alması olduqca mürəkkəb və hətta mümkünsüzdür. Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə İqtisadiyyat.az-a açıqlamasında sənədləşdirilməsi mümkün olmayan fərdi yaşayış evlərindən danışıb. Onun sözlərinə görə, yüksək gərginlikli elektrik xəttlərinin altında, yüksək təzyiqli qaz və su kəmərlərinin çox yaxınlığında və ya üzərində, neftlə çirklənmiş torpaq sahələrində tikilən qanunsuz evlərə çıxarış verilməyəcək. Ekspert bildirib ki, bu evlər təhlükəsizlik tələblərinə cavab vermir və bu baxımdan da onlara sənəd verilməsi mümkün deyil. R.Qasımzadə vətəndaşlara bu cür evləri almaqdan çəkinməyi tövsiyə edib: “Çıxarışı olmadığı halda o evlərin gələcəkdə satılması, alınması mümkün olmayacaq. Belə hallarla üzləşməmək və gələcəkdə problemlər yaşamamaq üçün vətəndaşlar hər hansı fərdi yaşayış evi almadan öncə diqqətli şəkildə həm sənədləri yoxlatdırmalıdırlar, həm də tikinti üzrə mütəxəsis cəlb edib tikintinin normalara uyğun olub-olmadığını dəqiqləşdirməlidirlər”.

Zatulindən qisas çağırışı: Azərbaycan təyyarələri...

Rusiya şəhərləri “adlarının dəyişdirilməsi” praktikası geniş yayılarsa, Rusiya Azərbaycandan gələn təyyarə və qatarları qəbul etməkdən imtina edə bilər. Sozcu.az xəbər verir ki, bunu RTVI-yə Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib. "Rusiya şəhərlərinin və coğrafi adlarının Azərbaycanda qisas məqsədilə dəyişdirilməsinə gəlincə, onlara uğurlar arzulayıram. Yeganə sözüm budur ki, bu vəziyyətdə həmin, yəni son təyinat yerlərinin adları onların qərar verdiyi kimi yazılsa, çətin ki, Azərbaycandan gələn qatar və təyyarələri qəbul edə bilək", - Zatulin xəbərdarlıq edib.  O, ümid etdiyini bildirib ki, Rusiya “indiki Azərbaycandan daha böyük tarixi köklərə malik dövlət” və “daha yetkin cəmiyyət” kimi Azərbaycan mediasında Rusiya şəhərlərinin adlarının dəyişdirilməsinə “axmaqlıqlar etməyəcək” və güzgü hərəkətləri ilə cavab verməyəcək. Deputatın fikrincə, Bakı özünün “Qərblə genişmiqyaslı münaqişəsi” mərhələsində “ambisiyaların özünü sürətləndirdiyini və Rusiyanın düşmənlərinin minnətdarlığını qazanmaq üçün özünü mümkün qədər qeyri-adekvat aparmaq istəyini” nümayiş etdirir. “Bu məsələ qəsdən şişirdilir və bunun səbəbini başa düşməliyik, çünki Azərbaycanın bugünkü rəhbərliyi bunda öz xeyrini, yəni Rusiya ilə razılaşmamaq, məsləhətləşməmək, ona qulaq asmamaq fürsəti görür, odur ki özünün və Türkiyənin maraqlarını güdərək Zəngəzur dəhlizinə can atacaq və Xəzərdən o yana irəliləyəcək...”yenisabah)

Kamçatkada daha bir güclü zəlzələ baş verdi

Rusiyanın Kamçatka vilayətində 6.8 bal gücündə növbəti zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar yerin 25.9 km dərinliyində, Kamçatkadan 279 km məsafədə qeydə alınıb.

Soçidə neft bazasına PUA zərbəsi - Yanğın olub

Soçidə neft bazasına pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirilib, yanğın olub. Sozcu.az-ın xəbərinə görə, bu barədə regionun qubernatoru Veniamin Kondratyev Telegram-da paylaşım edib. Qeyd edilib ki, Ukraynanın PUA zərbəsi nəticəsində "Rosneft-Kubannefteprodukt" neft bazasında həcmi 2000 kubmetr olan anbarda yanğın olub.

Bakıda 40, Naxçıvanda 41 dərəcə isti - FAKTİKİ HAVA

Avqustun 3-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində isti hava şəraiti davam edib. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 40, dağlıq rayonlarda 30, Naxçıvan MR-da isə 41 dərəcəyədək isti qeydə alınıb.

İranda kimya zavodunda PARTLAYIŞ

Ötən gecə İranın şimal-qərbində, Azarşəhrdə kimya zavodunda yanğın olub. Sozcu.az İran mediasına istinadən xəbər verir ki, öncə zavodda partlayış olub, sonra yanğın başlayıb. Hadisənin səbəbi barədə məlumat verilmir.

CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun

Cənubi Qafqaz və Orta Asiya bölgəsini əhatə edən geosiyasi proseslər, xüsusən də Zəngəzur dəhlizi ilə bağlı perspektivlər Türkiyədə də diqqətlə izlənilir. Bu mövzuda Modern.az-a açıqlama verən Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) xarici siyasət koordinatoru İlhan Üzgel Zəngəzur dəhlizinin təkcə regional deyil, beynəlxalq əhəmiyyətə malik olduğunu bildirib. “Cənubi Qafqaz bölgəsində sülh və sabitliyin davam etməsi bizim üçün önəmlidir. Belə bir mühitdə region ölkələri sahib olduqları potensialı daha səmərəli şəkildə həyata keçirə bilər. Biz bu sabitliyin qorunmasını və inkişaf etdirilməsini dəstəkləyirik” – deyə Üzgel vurğulayıb. CHP rəsmisi Azərbaycanın Türkiyə üçün qardaş və etibarlı tərəfdaş olduğunu xüsusi qeyd edib: “Azərbaycan bizim üçün sadəcə dost deyil, qardaş ölkədir. Biz hər zaman Azərbaycanın təhlükəsizlik və rifah içində olmasını istəyirik. Çünki Azərbaycanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyidir. Türk xalqının dünyada ən çox güvəndiyi xalq azərbaycanlı qardaşlarımızdır”. İlhan Üzgel Zəngəzur dəhlizi layihəsinin region üçün böyük strateji və iqtisadi əhəmiyyət daşıdığını bildirib: “Zəngəzur dəhlizini biz yalnız Azərbaycanın iki parçasını birləşdirən layihə kimi deyil, eyni zamanda Türkiyədən Orta Asiyaya açılan strateji koridor, Türk dünyasını birləşdirən mühüm bir körpü kimi qiymətləndiririk. Bu layihə təkcə Azərbaycan və Türkiyəyə deyil, bütün bölgəyə iqtisadi fayda gətirəcək bir fürsətdir”. CHP rəsmisi qeyd edib ki, bu dəhlizin tezliklə açılması həm Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında nəqliyyatı asanlaşdıracaq, həm də Türkiyə ilə Azərbaycan arasındakı əlaqələri yeni mərhələyə daşıyacaq: “Zəngəzur dəhlizi həmçinin Orta Asiya ölkələrinin də Türkiyə və Azərbaycanla bağlarını möhkəmləndirəcək, regional əməkdaşlığa ciddi töhfə verəcək. Bu səbəbdən də biz bu prosesin sürətlə və Azərbaycanın maraqları nəzərə alınmaqla həll edilməsinin tərəfdarıyıq”. İlhan Üzgel əlavə edib ki, CHP olaraq istər müxalifətdə, istərsə də gələcəkdə iqtidarda olsunlar, Azərbaycanın yanında olmağa davam edəcəklər: “Biz partiya olaraq bu kimi strateji dəhlizlərin üçüncü ölkələrin nəzarətində deyil, Azərbaycanın razılığı və maraqları çərçivəsində idarə olunmasını dəstəkləyirik. Ən böyük arzularımızdan biri bu xəttin bir an öncə istifadəyə verilməsi və regionda yeni bir iqtisadi canlanmanın başlanmasıdır”.

Azyaşlı Kürdə batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Salyan şəhərindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Rusiyada dəhşətli partlayışlar: Türkmənistandan qaz nəql edən kəmər sıradan çıxdı

Rusiyada partlayışlardan sonra “Mərkəzi Asiya-Mərkəz” magistral qaz kəməri sıradan çıxıb. Sozcu.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” mənbələrə istinadən məlumat yayıb. Mənbənin məlumatına görə, avqustun 2-də Volqoqrad vilayətində “Mərkəzi Asiya-Mərkəz” magistral qaz kəməri sıradan çıxıb. O, “Qazprom”a məxsus qaz kəməri sisteminin bir hissəsidir və Türkmənistandan təbii qazı Özbəkistan və Qazaxıstan vasitəsilə Rusiyaya nəql edir. Qeyd olunur ki, partlayışlar barədə xəbərlərdən sonra Rusiyanın fövqəladə hallar xidmətləri qaz kəmərinə doğru yola düşüb. Yerli sakinlərin sözlərinə görə, hüquq-mühafizə orqanları və təmir briqadaları partlayışın nəticələrini aradan qaldırmaq üçün Volqoqrad vilayətinin Nexayevski rayonunun Dinamovskoye kəndi ərazisindədir. Bu boru kəməri Rusiya hərbi-sənaye kompleksinin bir sıra obyektlərini – Demixovski Maşınqayırma Zavodunu, MİQ Rusiya Təyyarəqayırma Korporasiyasını (1 nömrəli İstehsalat Kompleksi), “Maqnum-K” patron istehsalı zavodunu və başqa obyektləri enerji ilə təmin edir. Bildirilir ki, Volqoqrad vilayətində “Mərkəzi Asiya-Mərkəz” magistral qaz kəməri ilə qaz nəqli qeyri-müəyyən müddətə dayandırılıb. Daha əvvəl Ukrayna PUA-larının Samara vilayətində Novokuybışevkadakı sənaye obyektinə hücum etdiyi bildirilirdi. PUA-ların yerli neft emalı zavodunu vurduğu qeyd edilirdi. Həmçinin Ukrayna Silahlı Qüvvələrinin Ryazan Neft Emalı Zavoduna zərbələr endirdiyi də bildirilib.

İşləmək üçün Sebiyaya gedən soydaşımız yüksəklikdən yıxılıb, öldü

İşləmək üçün Sebiyaya gedən Lənkəran sakini binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb. Sozcu.az "Report"a istinadla xəbər verir ki, Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü Həsən Mənsubov bir müddət əvvəl işləmək üçün Serbiyaya gedib. Bir neçə gün əvvəl isə o, binanın 7-ci mərtəbəsindən yerə yıxılıb. Xəstəxanaya yerləşdirilən H.Mənsubov dörd gün komada qaldıqdan sonra ölüb. Meyitin Azərbaycana gətirilməsi ilə bağlı hazırlıq görülür. Qeyd edək ki, H.Mənsubov bodibuildinq ilə məşğul olub.

TƏCİLİ! Rusiya Paşinyanı devirmək üçün Gümrüyə silah daşıyır

Rusiya Ermənistanda yerləşən Gümrü şəhərindəki 102-ci hərbi bazaya təkcə ağır texnika deyil, həm də şəhər döyüşləri və yaxın məsafəli hərbi toqquşmalar üçün nəzərdə tutulan silahlar göndərir.  Sozcu.az xəbər verir ki, bu barədə yerli erməni KİV-ləri məlumat yayıb. Erməni KİV-ləri qeyd edir ki, sözügedən silahların bazaya gətirilməsi son aylarda artan gərginlik və regionda baş verə biləcək potensial toqquşmalar fonunda baş verir.  Məlumata görə, göndərilən silah-sursatlar sırasında snayper tüfəngləri, əl qumbaraları və küçə döyüşlərinə uyğun digər yüngül silah növləri yer alır. Bu addım Rusiyanın Paşinyana qarşı hərbi çevriliş planı olduğunu göstərir.  Rusiya tərəfi hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Qeyd edək ki, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası Ermənistan-Rusiya hərbi əməkdaşlığı çərçivəsində fəaliyyət göstərir və bölgədəki mühüm geosiyasi obyektlərdən biri hesab olunur.Demokrat.az)

Xankəndidə evdən kişi meyiti tapıldı

Xankəndidə evdən Kəlbəcər sakininin meyiti aşkarlanıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, meyiti tapılan şəxsin Kəlbəcər rayon sakini, 1993-cü il təvəllüdlü Ş.Fərmanzadə olduğu bildirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar. Qeyd edək ki, meyiti tapılan 32 yaşlı Ş.Fərmanzadə Goranboyda yaşayırdı. Faktla bağlı araşdırma aparılır.

Azərbaycan hava məkanı Ermənistan üçün açıqdır?

Azərbaycanın hava məkanı nəzəri cəhətdən Ermənistandan gələn mülki təyyarələr üçün açıqdır, lakin onlar oradan uçmurlar. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsinin açıqlamasında bildirilib. “Azərbaycanın hava məkanı Ermənistanın mülki təyyarələri üçün açıqdır, lakin praktikada Ermənistanın aviasiya operatorları göstərilən ərazidən uçmurlar ki, bu da sonuncunun daxili qərarları ilə bağlıdır”, - deyə məlumatda qeyd edilib.

Bakıda ağır qəza: 18 yaşlı gənc öldü

Qala qəsəbəsində qəzaya düşən 18 yaşlı yeniyetmə xəstəxanada ölüb. Sozcu.az xəbər verir ki, hadisə Qala qəsəbəsindən Pirallahı rayonu istiqamətinə olan yolda baş verib. Məlumata görə, 1961-ci təvəllüdlü Balatir Əliyev idarə etdiyi VAZ-2104 markalı avtomaşın ilə hərəkətdə olarkən, piyada – 2007-ci il təvəllüdlü Polad Hüseynovu vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən Sabunçu tibb mərkəzində ölüb. Faktla bağlı Xəzər RPİ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1256-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 055 210 hərbçi, 11 068 ədəd tank, 23 069 ədəd zirehli döyüş maşını, 30 982 ədəd artilleriya sistemi, 1 452 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 203 hava hücumundan müdafiə sistemi, 421 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 57 024 ədəd avtomobil texnikası, 49 196 ədəd PUA, 3 551 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 935 xüsusi avadanlıq itirib.

Fələstin dövlətini tanımağa hazıram - Stubb

Finlandiya Fələstin dövlətini tanımağa hazırdır. Sozcu.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb sosial şəbəkə hesabında bildirib. “Dövlətin tanınması prezidentin qərarıdır, lakin hökumətin təklifi əsasında olmalıdır. Fələstin dövlətinin tanınması təklifi olsa, mən onu qəbul etməyə hazıram. Onu təklif edib-etməyəcəyi hökumətin qərarıdır. Başa düşürəm ki, finlərin Fələstinin tanınması ilə bağlı fərqli baxışları və narahatlıqları var. Ancaq mən xarici siyasət məsələlərində Fələstin də daxil olmaqla, açıq, dürüst və obyektiv müzakirələri təşviq etmək istəyirəm”, - prezident vurğulayıb.

Baydendən Tramp açıqlaması: Qaranlıq dövrə daxil oluruq...

Donald Trampın hərəkətləri səbəbindən qaranlıq dövrə daxil oluruq. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Co Bayden CNN telekanalına bildirib. "Hakimlər önəmlidir. Məhkəmələr vacibdir. Qanun vacibdir və Konstitusiya vacibdir. Mən indi bizim prezidentimiz olan bu adamın təzyiqi altında olduğumuzu anlamağa başlayan amerikalılar haqqında çox düşünürəm... Hazır olun, cənablar, bu, yalnız başlanğıcdır", - Bayden deyib. Baydenin sözlərinə görə, hazırkı Amerika administrasiyası onun prezidentliyi dövründə əldə etdiyi bütün uğurları məhv etmək üçün hər şeyi edir.