İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib. Sozcu.az xəbər verir ki, söhbət zamanı bir neçə gün əvvəl Astanada dostluğun və qardaşlığın nümunəsi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən üçtərəfli görüş məmnunluqla xatırlandı, bundan sonra bu formatın davamlı olacağına əminlik ifadə edildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əldə edilmiş razılığa əsasən, Türkiyənin dövlət başçısının Türkiyə-Niderland matçını izləmək üçün Almaniyaya səfər etməsi ilə əlaqədar Şuşada keçiriləcək Zirvə toplantısında qardaş Türkiyəni bu ölkənin vitse-prezidentinin təmsil edəcəyi vurğulandı. Məhz Şuşa şəhərində 2021-ci ildə Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik əlaqələrimizin əsasını təşkil edən Şuşa Bəyannaməsinin imzalanmasının əhəmiyyəti vurğulandı. Görüşdə ölkələr arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, Türk dünyasının birliyinin və həmrəyliyinin önəminə toxunuldu. Söhbət zamanı Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətləri də müzakirə edildi.

Məşhur alimdən qorxunc iddia: “Bakıda zəlzələnin olması labüddür”

“Bakı seysmik zonada yerləşir. Bu baxımdan zəlzələnin olması labüddür”. Bu fikirləri Musavat.com-a AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirib.  O qeyd edib ki, zəlzələ olsa da, qorxulu vəziyyət gözlənilmir:  “Güclü zəlzələ olma ehtimalı yoxdur. Zəlzələ olsa da, güclü dağıntı yarada bilməz. Maksimum 5 ballıq zəlzələ ola bilər. Bunun dəqiq nə zaman baş verəcəyini demək isə mümkün deyil. Son zamanlar baş verən zəlzələlər çox güclü deyil. Seysmik stansiyalar 4 bala qədər olan zəlzələləri qeyd edir. Odur ki, narahatlığa ehtiyac yoxdur”. 

ABŞ Gürcüstanla birgə hərbi təlimləri təxirə saldı

ABŞ Gürcüstanla birgə "Noble Partner" hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə salıb. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqon məlumat verib. Qeyd olunub ki, ABŞ ikitərəfli münasibətlərin hərtərəfli nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış edib: "Bunun bir hissəsi olaraq ABŞ təlimləri qeyri-müəyyən müddətə təxirə salacaq".

Əlahiddə Ümumqoşun Ordusunun yeni komandanı o oldu

Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidov Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsinə təyin edilib. Sozcu.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat yayıb. Qeyd edək ki, daha öncə sözügedən vəzifədə general-polkovnik Kərəm Mustafayev olub.

TÜRK TÜRKİYƏDƏN DEPORT EDİLECEK!

Tatar Türkçüsüne yardım lazım! Milliyetçi, Türkçü Tatar arkadaşımız Eldar 3 aydır Antalya'da geri gönderim, deport merkezinde (hapis diye okuyun). Sokakta yakalandı (oturma izniyle ilgili sorunlar vardı). Şimdi Eldar üçüncü bir ülkeye uçmak zorunda ve bileti kendisi almak zorunda. Baskıdan dolayı evine dönemiyor. Eldar her zaman başkalarına yardım etmeye hazır, aktif ve samimi bir insan. Tüm Tatar etkinliklerinde aktif olarak yardımcı oldu. Şimdi 3 aydır hapiste ve para kazanma fırsatından mahrum bırakıldı.  3 ay Eldara ve ailesine yardim ediyoruz. Eldarı hapısten çıkartıp, diğer ülkeye göndermek için uçak bilete destegi lazım. Biz kendi güçümüz ile 3 ay destekliyoruz, ama zor;(( Eldar Antalyada yaşıyordu, çalışıyordu. İkamet sorunları ile tutuklandı, 3 ay hapiste. Hapiste şartlar çok zor. Eger de destek eli vermek isteyenler varsa, bana arkadaslik istegi gonderin, yazin ya da watsap +90 552 728 7457 - Nail. Nail Nabiulla

Bakıda bu yolda hərəkət tam məhdudlaşacaq

Sabah saat 07:00-dan iyulun 7-si saat 22:00-a qədər Bakının Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən Mətbuat prospektinə qədər) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. "Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd edilib.

İlham Əliyev Xocalı hava limanında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xocalı hava limanında olub. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Keçmiş prezident Pezeşkiana səs verdi

İranın keçmiş islahatçı prezidenti Məhəmməd Xatəmi bu gün prezident seçkilərinin ikinci turunda Məsud Pezeşkiana səs verib. Sozcu.az xəbər verir ki, bu barədə Xatəmiyə yaxın sosial media kanalları məlumat yayıb. Xatəmi səsvermədən sonra ondan müsahibə götürmək istəyən İran televizyasının əməkdaşlarının suallarını cavablandırmaqdan imtina edib. Qeyd edək ki, İranda bu gün keçirilən növbədənkənar seçkilərin ikinci turunda azərbaycanlı Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparır.

Rişi Sunak istefa verdi

Böyük Britaniyanın Baş naziri Rişi Sunak istefa ilə bağlı müraciətini Kral III Çarlza təqdim edib. Sozcu.az xəbər verir ki, bu barədə Britaniya KİV-i məlumat yayıb. O, son 200 ildə ölkənin ən gənc hökumət başçısı olub. Sərvəti Britaniya kralının sərvətini üstələyən R.Sunak iki ildən az müddətə bu vəzifədə çalışıb.

Bizə yeni Konstitusiya lazımdır - Paşinyan xalqa müraciət etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Konstitusiya Günü münasibətilə xalqs müraciət edib. Sozcu.az xəbər verir ki, Paşinyan müraciətində ölkənin yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib. O deyib ki, Ermənistanda da konstitusiya qurucusu kimi bütövlükdə xalq çıxış edir. Baş nazir xatırladıb ki, vətəndaşlar Konstitusiyanın mətnində qurduqları dövlətdə yaşamaq qaydalarını qeyd etməlidirlər. “Buna uyğun olaraq Konstitusiya vətəndaşların öz ölkələrində yaşamaq qaydaları, hüquq və vəzifələri haqqında kollektiv müqaviləsidir. Suveren sözü, Ermənistan Respublikasının hörmətli vətəndaşları, buradan yaranmışdır. Suveren, müəyyən bir ölkədə yaşamaq qaydalarına qərar verən şəxsdir. Ölkəmizdə xalq suverendir və bu, təkcə de-yure deyil, həm də 2018-ci ilin qeyri-zorakı məxməri inqilabından sonra belədir. Və bu faktla indiki Konstitusiyamız dərin sosial-psixoloji ziddiyyətdədir”, - Paşinyan bildirib. “Ölkəmizin yeni Konstitusiyaya ehtiyacı var…”, - deyən baş nazirin sözlərinə görə, Ermənistana xalqla üzvi şəkildə bağlı olan Konstitusiya lazımdır. Bu mövzu indi həm daxildə, həm də xaricdə çox müzakirə olunur. Amma biz öz dövlətimizi, Ermənistan Respublikasını gücləndirmək, onu institusional, psixoloji və fiziki cəhətdən toxunulmaz etmək üçün yolumuza davam etməliyik. Bu çətin, lakin şərəfli yoldur və biz düzgün yoldayıq, lakin bu yolu keçmək üçün diqqətimizi Ermənistan Respublikasının dövlət maraqlarına xidmət edən konkret problemə yönəltməliyik”.

“Rusiyanın Ukraynada dövlət çevrilişi etmək imkanları yetərli deyil...” -Ərəstun Oruclu

“Ona görə ki, birincisi, artıq Ukraynanın özündə xeyli təmizlənmə prosesi aparılıb. Yalnız son iki ildən çox dövrdə yox, ondan əvvəl də, yəni Rusiyanın Ukraynaya qarşı aqressiv siyasət apardığı  2012-ci ildən bəriki 12 illik müddətdə, əlbəttə, Ukrayna dövləti, onun müvafiq qurumları müəyyən lazımi fəaliyyətlər həyata keçiriblər...” “Kremlin Ukraynada kifayət qədər resursları var.  Mən Ukrayna informasiya resurslarını ciddi izləyirəm. Və gəldiyim qənaət ondan ibarətdir ki, onların bəlkə də yarısından çoxu Rusiya tərəfindən idarə olunan, Rusiya tərəfindən dəstəklənən və Kremlin maraqlarına xidmət edən informasiya resurslarıdır. Bəs Ukrayna hakimiyyətinin daxilində Rusiyanın təsir imkanları varmı? Zənnimcə, var. Hətta orduda da var. Və onu da nəzərə alaq ki, sovet dövründə Ukrayna Rusiyaya digər postsovet ölkələrindən bir köynək yaxın olub”. Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikirləri Moderator.az əməkdaşının “Bu günlərdə Ukrayna Təhlükəsizlik Xidməti Rusiya xüsusi xidmət orqanlarının təşkil etdiyi növbəti dövlət çevrilişinə cəhd ssenarisinin qarşısını aldı. Necə hesab edirsiz, hazırkı durumda Kremlin Kiyevdə dövlət çevrilişinə nail olmaq üçün yetərli imkan və resursları varmı?” sualını cavablandırarkən ifadə edib.  “O vaxtlar Moskvada Ukraynaya etibar da, güvən də daha yüksək olub. Ukraynanın nümayəndələri SSRİ rəhbərliyində daha yüksək vəzifələrdə təmsil olunurdular. Bilirsiz ki, sırf etnik ukraynalı olmasa da, Ukraynadan olan Brejnev sovet dövlətinin rəhbəri olub. Çoxlu misallar gətirmək olar. Stalindən sonra Xruşşov Ukraynadan gəlib SSRİ-yə rəhbərlik edib. Belə amillər də onu deməyə əsas verir ki, Rusiyanın Ukraynada xeyli resursları var. Amma bu resurslar Kreml üçün Ukraynada dövlət çevrilişi həyata keçirməyə kifayət edirmi? Zənnimcə, yox. Ona görə ki, birincisi, artıq Ukraynanın özündə xeyli təmizlənmə prosesi aparılıb. Yalnız son iki ildən çox dövrdə yox, ondan əvvəl də, yəni Rusiyanın Ukraynaya qarşı aqressiv siyasət apardığı  2012-ci ildən bəriki 12 illik müddətdə, əlbəttə, Ukrayna dövləti, onun müvafiq qurumları müəyyən lazımi fəaliyyətlər həyata keçiriblər. Digər tərəfdən, unutmayaq ki, Uktraynanın NATO müttəfiqləri arasında ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və s. kimi dövlətlərin xüsusi xidmət orqanları da bu dövrdə mürgüləməyiblər, onlar da Ukraynanın təhlükəsizliyi üçün müəyyən fəaliyyət göstərib, bu istiqamətdə hansısa konkret addımlar atıblar. Onlar da Ukrayna xüsusi xidmət orqanlarına Rusiya agentura şəbəkələrinin aşkarlanmasında, zərərsizləşdirilməsində xeyli kömək göstəriblər. Yəni bu yalnız ehtimal deyil, bu, əməkdaşlığın müəyyən bir zəruri istiqamətidir. Bir sözlə, bütün bu deyilənlər baxımından düşünürəm ki, Rusiyanın Ukraynada dövlət çevrilişi etmək imkanları kifayət qədər məhduddur. Və deyərdim ki, yetərli deyil...”, - deyə davamında ekspert vurğulayıb.

Bakıda kütləvi dava: Gənclər bir-birini bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, 1999-cu il təvəllüdlü Mürşüd Mehman oğlu Dəmirov aralarında yaranmış mübahisə zamanı 2001-ci il təvəllüdlü Səfiyar Qubad oğlu Quluzadəni döş qəfəsindən bıçaqlayıb. Həmin şəxsləri ayırmağa çalışan 2002-ci il təvəllüdlü Kamran Bəylər oğlu İbrahimov qarın nahiyəsindən bıçaqlanıb. Faktla bağlı cinayət işi açılıb. Mürşüd Dəmirovun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Prezident Xankəndidə “Palace” hotelinin açılışında

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib. Sozcu.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib.

Türkiyədə FETÖ-ya qarşı əməliyyat: 108 nəfər saxlanıldı

Türkiyənin 29 rayonunda FETÖ-ya qarşı əməliyyat keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya X hesabında məlumat verib. O qeyd edib ki, əməliyyat zamanı 108 şübhəli şəxs saxlanılıb.

Erməni parlamenti hərbi xidmətlə bağlı növbədənkənar toplanır

Ermənistan parlamenti iyulun 11-də növbədənkənar iclas keçirəcək. Sozcu.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, Ermənistan parlamentinin növbədənkənar iclasında "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" qanuna dəyişiklik layihəsi də nəzərdən keçiriləcək.

Müəllimlər aldadılaraq kütləvi şəkildə işdən çıxarılır - VİDEO

“Sertifikasi prosesindən keçməyən müəllimlərin əmək müqavilələrinə Əmək Məcəlləsinin “c” bəndiylə xitam verirlir. Ancaq əmək müqaviləsinin pozulmasını qadağan edən hallar nəzərə alınmalıdır. Müəllimlərdən işdən çıxmaları ilə bağlı kütləvi şəkildə ərizələr alınır. Baxmayaraq ki, sertifikasiyadan keçməyib, amma hüquq onların tərəfindədir. Çünki onların aralarında elələri var ki, 79-cu maddəyə düşür, 6 yaşına qədər uşağını təkbaşına böyüdür, ailəsində birinci qrup əlil var və ya 18 yaşına qədər əlillik müəyyən edilmiş uşağı var”. Bunu Bakupost.az -a açıqlamasında təhsil üzrə ekspert Elşən Qafarov deyib. Onun sözlərinə görə, belə olan halda məktəb rəhbərliyi müəllimi aldadaraq ərizəsini alır və əmək müqaviləsinə xitam verir: “Yəni 70-ci maddənin "c" bəndiylə "ç" bəndinin fərqini bilməyən müəllimi aldadaraq yalandan ona izah edirlər ki, 70-ci maddənin "c" bəndiylə işdən azad olunsanız bir də bundan sonra dövlət işində işləyə bilməzsiniz, sizi heç kim işə götürməyəcək və bu böyük biabırçılıq olacaq. Bu cür psixoloji basqı altında müəllimlərə ərizə yazdırırlar. Nəticə etibarı ilə sertifikasiyadan keçməyən müəllimin işinə 70-ci maddənin “c” bəndiylə deyil, 68-ci maddənin ikinci hissəsinin “a” bəndiylə, yəni tərəflərin birinin təşəbbüsüylə xitam verirlər”. Ekspert belə halları törədən məktəb rəhbərlərinin vəzifələrindən sui-istifadə etməsinin yolverilməz olduğunu bildirib: “Müəllimin öz hüququnu bilməməsi cəmiyyətin faciəsidir. Amma idarəetmə qurumlarında oturanların fırıldaq, yalan, şantaj, psixoloji basqı yoluyla onları aldatmaq, bu məsələdə dövlətin onlara verdiyi görəv və səlahiyyətdən sui-istifadə etmək yolverilməzdir”.

Dərdinə əlac tapılmayan sənədsiz evlər: Hansı evlər söküləcək?

Sənədsiz evlərə daha çox Bakıda və Bakıətrafı ərazilərdə rast gəlinir. Bu evlərin sayı kifayət qədərdir. Həmin evləri tədricən rəsmiləşdirmək üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti yeni elektron portal hazırlayır.  Sozcu.az Ölkə.az-a istinadən  xəbər verir ki, yeni yaradılacaq portal bu evlərin taleyinə müsbət təsir edə bilər.  Məlum olduğu kimi, evlər üçün qoyulan bəzi tələblər var ki, sənədsiz evlər bu tələblərə cavab vermir.  Bəs bu evlərin aqibəti necə olacaq? Bu evlər söküləcək? Əmlak eksperti Elnur Fəzrəliyevin sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən, həmin torpaqların təyinatı dəyişdirilərək yaşayış məntəqələri torpaqlarına çevriləcək. 

Müsavat seçkilərdə iştiraka qərar verdi

İyulun 4-də Müsavat Partiyasının Məclisi özünün növbədənkənar sessiyasını keçirib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda sentyabrın 1-nə təyin olunan növbədənkənar parlament seçkilərində iştirakla bağlı məsələ müzakirə olunub. Məclis Müsavat Partiyasının 1 sentyabr seçkisində iştirak etməsi barədə qərar qəbul edib. Məclis həmçinin deputatlığa namizədlərin irəli sürülməsi və digər prosedur məsələlərlə bağlı operativ qərarların qəbul edilməsi üçün Divana  səlahiyyət verib. Partiyanın başqanı İsa Qəmbərin təklifi ilə Arif Hacılı seçki qərargahının sədri seçilib.

Avropa bir ixtiyardır, təcrübəsi çoxdur. İxtiyarlığına hörmət edək - İsmayıl bəy Qaspıralı

Türk millətinin xoşbəxtliyi Avropa ilə yaxınlaşmaqdan ibarətdir. Əgər kimlərsə Türk millətinin yaddaşında Avropaya nifrət, düşmənçilik toxumları səpirsə bilin ki, onların bizi zərrə qədər düşündüyü yoxdur. Bizim birinci fikri atamız İsmayıl bəy Qaspıralı deyirdi ki, Avropa bir ixtiyardır, təcrübəsi çoxdur. İxtiyarlığına hörmət edək. Təcrübəsindən bəhrələnək, xətalarını təkrar etməyək: məktəblərini, universitetlərini bizlər də təsis edək, elmlə ağlımızı ziyalandırdığımız qədər haqq və ədalətlə ürəklərimizi doldurmağa çalışaq. Avropada pis-yaxşı nə varsa, uşaq kimi çapmayaq, bir insan kimi götür-qoy edək: nədir, nəyə yarar, vicdan və haqq-ədalət xaricində deyil ki?!. Türkün həqiqi düşmənlərini tanımaq üçün dağa-daşa düşməyə ehtiyac yoxdur.  Başlayaq yüz illərdi türkü qəflətdə, əsarətdə saxlayan Rusiyadan. Rusiyadan çox türkə pislik edən olubmu ?  Gələk İrana. Qardaşlarımızı, canlarımızı, özümüzü diri-diri asanları burda qoyub, başqalarına daş atmağı özünüzə necə rəva görürsünüz ? Hələ insanlıq canisi Çin. Uyğur türklərinə yaşatdığı vəhşəti ömrü boyu canımızda yaşadırıq. Görünür ki, qərib türklərin başına gətirilən dəhşətlər sizə heç maraqlı deyil.  Türkün həqiqi düşmənlərini yaddaşında gizlədib, qeyd olunan türk düşmənlərinin oyunları ilə özlərinə Avropanı düşmən seçənlər zəlil və rəzili-rüsva olacaqlar. Ceyhun Nəbi- Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri 

Türk millətinin xoşbəxtliyi Avropa ilə yaxınlaşmaqdan ibarətdir

Türk millətinin xoşbəxtliyi Avropa ilə yaxınlaşmaqdan ibarətdir. Əgər kimlərsə Türk millətinin yaddaşında Avropaya nifrət, düşmənçilik toxumları səpirsə bilin ki, onların bizi zərrə qədər düşündüyü yoxdur. Bizim birinci fikri atamız İsmayıl bəy Qaspıralı deyirdi ki,  Avropa bir ixtiyardır, təcrübəsi çoxdur. İxtiyarlığına hörmət edək. Təcrübəsindən bəhrələnək, xətalarını təkrar etməyək: məktəblərini, universitetlərini bizlər də təsis edək, elmlə ağlımızı ziyalandırdığımız qədər haqq və ədalətlə ürəklərimizi doldurmağa çalışaq. Avropada pis-yaxşı nə varsa, uşaq kimi çapmayaq, bir insan kimi götür-qoy edək: nədir, nəyə yarar, vicdan və haqq-ədalət xaricində deyil ki?!. Türkün həqiqi düşmənlərini tanımaq üçün dağa-daşa düşməyə ehtiyac yoxdur.  Başlayaq yüz illərdi türkü qəflətdə, əsarətdə saxlayan Rusiyadan. Rusiyadan çox türkə pislik edən olubmu ?  Gələk İrana. Qardaşlarımızı, canlarımızı, özümüzü diri-diri asanları burda qoyub, başqalarına daş atmağı özünüzə necə rəva görürsünüz ? Hələ insanlıq canisi Çin. Uyğur türklərinə yaşatdığı vəhşəti ömrü boyu canımızda yaşadırıq. Görünür ki, qərib türklərin başına gətirilən dəhşətlər sizə heç maraqlı deyil.  Türkün həqiqi düşmənlərini yaddaşında gizlədib, qeyd olunan türk düşmənlərinin oyunları ilə özlərinə Avropanı düşmən seçənlər zəlil və rəzili-rüsva olacaqlar. Ceyhun Nəbi, Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri 

Ermənistan ehtiyatda olan hərbçiləri toplayır

Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti təlim-məşq toplanışı keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb. Qeyd edilib ki, təlim avqustun 1-dən oktyabrın 25-dək keçiriləcək.

“Rusiyanın texnika anbarları, demək olar ki, boşdur...”-Hərbi ekspert

İşğalçılar texnikanın itirilməsi ilə bağlı kritik vəziyyətə düşüblər...  İşğalçı Rusiya Ukraynaya qarşı döyüş meydanında əhəmiyyətli fəallığı davam etdirdiyi üçün külli miqdarda texnikasını itirir. İşğalçılar üçün texnika ehtiyatlarını tez bir zamanda bərpa etmək çətindir, ona görə də bu hərbi resursu doldurmaq üçün başqa yollar axtarırlar.  Sozcu.az xəbər verir ki, bu barədə “Kanal 24”-ə şərhində “İnformasiya Müqaviməti” qrupunun hərbi-siyasi icmalçısı Aleksandr Kovalenko danışıb. İcmalçı bildirib ki, anbarlarda və köhnə sovet texnikasının saxlanma mərkəzlərində olan qalıqlar sayəsində düşmən indiyədək sıfır həddindən çıxa bilir. Texnikalar olan Rusiya anbarları, demək olar ki, boşdur. Ekspertin fikrincə, 2024-cü ildə Rusiya Federasiyası üçün texnika təchizatının çatışmazlığını nəzərə alsaq, bu, kritik ola bilər. “Rusiya bütün dünyada ya sovet texnikalarını axtarır, ya da əvvəllər bir çox ölkələrə ixrac etdiyi Rusiya texnikalarını... Eyni məqsədlə Şimali Koreyaya da müraciət ediblər..."- deyə hərbi-siyasi icmalçı vuröulayıb. Bundan əvvəl  Amerikanın “Nyusvik” jurnalının süni intellektin peyk təsvirlərinin təhlilinin nəticələrinə istinadla yaydığı məlumatda Rusiyanın Ukraynada müharibə başlayandan bəri ağır tank itkiləri verdiyi və cəmi bir neçə min zirehli döyüş maşını qaldığını yazmıdı... Xatırladılır ki, bundan əvvəl Şimali Koreyanın işğalçı ölkəni daim dəstəklədiyi, onu xeyli miqdarda silahla təmin etdiyi və rusların onlardan daha sonra Ukraynaya qarşı istifadə etdiyi bildirilirdi . ABŞ məlumat verib ki, KXDR 2023-cü ildən bəri Rusiyaya işğalçılar üçün  11 min konteynerdən çox hərbi texnika satıb.

Sülhün hazırlanması prosesinə ABŞ-ın dəstəyi... - Əliyev

Azərbaycan yeni geosiyasi reallıqlara və ədalətə əsaslanan, hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş və inklüziv Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasının tərəfdarıdır. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 4 İyul – Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubunda bildirilib. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan Ermənistan ilə sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarı olaraq sülh gündəliyinin irəli aparılması üçün daim siyasi iradə nümayiş etdirir. Ermənistan ilə münasibətlərin normallaşdırılmasına, bölgədə davamlı sülhün bərqərar edilməsi, sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın hər zaman dəstək vermək əzmini təqdir edirik. “Bu gün qarşılıqlı faydalı iqtisadi-ticari əlaqələrimizin şaxələndirilməsi, xüsusilə də yüksək texnologiyalar, rəqəmsal və yaşıl keçid, kənd təsərrüfatı, investisiyalar, aviasiya və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün böyük perspektivlər vardır. İnanıram ki, dost və tərəfdaş olan Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələri əhatə edən sıx əməkdaşlığın ölkələrimizin maraqları və xalqlarımızın rifahı naminə bundan sonra da uğurla davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik”, - deyə Prezident İlham Əliyev qeyd edib.

862-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 862-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 547 470 hərbçi, 8 132 ədəd tank, 15 600 ədəd zirehli döyüş maşını, 14 777 ədəd artilleriya sistemi, 1 115 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 878 hava hücumundan müdafiə sistemi, 360 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 19 923 ədəd avtomobil texnikası, 11 694 ədəd PUA, 2 342 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 468 xüsusi avadanlıq itirib.