Kəşmirdə polis məntəqəsində partlayış: 7 ölü, 27 yaralı

Ötən gün gecə saatlarında Hindistanın nəzarətində olan Kəşmirdə polis məntəqəsində müsadirə edilmiş çoxlu sayda partlayıcının partlaması nəticəsində azı 7 nəfər ölüb, 27 nəfər yaralanıb.

Sozcu.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Bildirilir ki, ölənlərin əksəriyyəti polis idarəsində saxlanılan partlayıcı maddələrə baxış keçirən polis əməkdaşları və məhkəmə-tibb ekspertləridir.

Ölənlərin sayı arta bilər, beş yaralının vəziyyəti hələ də ağırdır.

Share on Facebook