Noyabrın 14-də Rusiyanın Novorossisk şəhərindəki liman və neft infrastrukturuna raket və PUA-larla zərbələr endirilib.
Sozcu.az xəbər verir ki, bunu Ukrayna Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko deyib.
Onun sözlərinə görə, zərbələr nəticəsində Rusiyanın Qara dənizdəki ən böyük neft terminallarından birində yanğın baş verib.
“Transneft” şirkətinin enerji infrastrukturundakı başlıca obyekti “Şesxaris” yükdaşıma kompleksi də vurulub.
