Sabirabadda dəhşət: kişi bacısını tüfənglə öldürdü

Sabirabad rayonunda dəhşətli qətl hadisəsi olub.

Sozcu.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qardaşkənd ərazisində baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü Ülviyyə Xudaverdi qızı Məmmədova ov tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib.

Hadisədə mərhumun qardaşı, 1986-cı il təvəllüdlü Murtuz Xudaverdi oğlu Məmmədov şübhəli bilinir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyatla M. Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook