Prezident onu general-mayor rütbəsindən məhrum etdi

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi general-mayor rütbəsindən məhrum edilib. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum olunub. Sərəncam imzalandığı gündən qüvvəyə minir. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində başlanılmış cinayət işi üzrə Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi Tofiq Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilib. Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum olunub. Təqsirləndirilən şəxsin “ədliyyə general-mayoru” rütbəsindən və “Vətən uğrunda medalından” mərhum edilməsi üçün həmin rütbəni və dövlət təltifini vermiş müvafiq orqana təqdimat göndərilib.

Astarada 5 aylıq uşaq bədbəxt hadisə nəticəsində öldü

Astarada azyaşlı ölüb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, 5 aylıq körpə yatdığı yerdə çevrilib və yastıq uşağın nəfəs borusunu tutub. Nəfəs ala bilməyən uşaq ölüb. Faktla bağlı araşdırma aparılır.

Dövlət Xidmətinin 259 əməkdaşı məsuliyyətə cəlb edilib - RƏSMİ

Ötən il və bu ilin 9 ayı ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 259 əməkdaşı məsuliyyətə cəlb edilib. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin özü məlumat yayıb. Qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq ötən il 78, 2024-cü ilin 9 ayı ərzində isə 181 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. vakansiya 2023 2023-cü ildə 15 fakt üzrə 22, cari ilin müvafiq dövründə isə 36 fakt üzrə 70 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğuna göndərilib.

Paşinyan: Sülhə nəzarət üçün Azərbaycanla komissiyası yaradıla bilər

Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər. Sozcu.az Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib. Parlamentdə hökumət saatı zamanı Baş nazir sazişin bir neçə əsas komponentini, o cümlədən diplomatik münasibətlərin qurulması və ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələlərini qeyd edib. kapital bank vakansiya O bildirib ki, indiki mərhələdə sənədin açıqlanması diplomatik baxımdan düzgün olmaz.

Azərbaycanda evə ildırım düşdü - Dağıntı var

Bərdədə yaşayış evinə ildırım düşüb.  Sozcu.az Azərtac-a istinadən xəbər verir ki, təbiət hadisəsi rayonun Darğalar kəndində qeydə alınıb. Vəliyevlər ailəsinin yaşadığı beşotaqlı evə düşən ildırım nəticəsində mənzilə ciddi ziyan dəyib.  Evdə elektrik sistemi və elektron məişət avadanlıqları sıradan çıxıb.  

Bakıda məktəb bağlandı, şagirdlər təxliyə olundu - Nə baş verir?

Binəqədi rayonu 182 nömrəli tam orta məktəbdə tədris dayandırılıb və şagirdlər evə buraxılıblar.  Bakupost.az xəbər verir ki, buna səbəb məktəbdə yanğın təhlükəsinin yaranmasıdır. Valideynlərə bununla bağlı xəbərdarlıq olunub. vakansiya 2023 Qeyd olunur ki, şagirdlər məktəbin bufetində kiçik tüstülənmənin olduğunu görərək qorxuya düşüblər. Məktəb rəhbərliyi ehtiyat tədbiri kimi şagirdləri evə buraxıb. Hadisə yerinə FHN yanğınsöndürənləri cəlb olunub. Məsələ araşdırılır. 

Rusiyanın itkiləri 655 mini ötdü

Ukrayna müharibənin 952-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 655 560 hərbçi, 8 887 ədəd tank, 17 579 ədəd zirehli döyüş maşını, 18 869 ədəd artilleriya sistemi, 1 204 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 963 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 25 692 ədəd avtomobil texnikası, 16 348 ədəd PUA, 2 613 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 318 xüsusi avadanlıq itirib.

“Axmaq oldum ki, Təranəni alıb xanım etdim”

"Onun yanına ürəkdən getmədim. İnsanın zəng vurub təkidlə ağlamağı və arvadımın "onun heç kimi yoxdur" deməyinə görə getdim". Sozcu.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "Tarixin bir günü" verilişində deyib. O, keçmiş arvadı illərlə qalmaqal yaşadığı və hazırda həbsxanada olan Təranə Səmədovanın yanına getməsindən danışıb: vakansiyalar "Təranənin yanına getdiyimi paylaşıram. Çünki Təranə elə adamdır ki, sabah çıxanda hər şey gözünün qabağında olsun. Heç olmasa düşünsün ki, onu vurdum, pisliklər etdim, evini yıxdım, cadu etdim, amma mənə yaxşılıq etdi. Həbsdən çıxandan sonra mənə pislik etməsin. Onu alıb xanım etmişəm. Məndən boşanandan sonra ailə qurardı, axmaq mən oldum. Sevmədim, ona öyrəşdim. Təranə qəlbimin divarını, damını dağıdan da heç nə düşünmədi. Dedi, Kərimi məhv etməliyəm. Məni Təranə o qədər vurdu ki... Həbsə girənə kimi vurdu məni. Allaha əlimi açdım və dedim ki, elə et Təranəni mənə möhtac olsun. Etdi də".

Nuri Şahinin 11 illik intiqamı ağır oldu

Çempionlar Liqasının 2-ci turunda “Borussiya” Dortmundun “Seltik”lə (Şotlandiya) qarşılaşıb. QOL.az-ın məlumatına görə, matç komandaların baş məşqçiləri - Nuri Şahin (36 yaş) və Brendan Rodcersin (51) üz-üzə gəlməsi ilə də diqqət çəkib. Məsələ burasındadır ki, N.Şahin futbolçu olduğu dövrdə - 2012/13 mövsümdə Rodcersin o zamanlar başçılıq etdiyi “Liverpul”da qısa müddət icarə əsasında çıxış edib və oradan narazı ayrılıb. Tərəflər artıq 2013-cü ilin yanvarında müqaviləni vaxtından əvvəl ləğv ediblər. Buna isə Şahinlə Rodcers arasında münasibətlərin soyuması səbəb olub. Buna görə də müqavilə ilə “Real”a məxsus oyunçu icarə əsasında bu dəfə “Borussiya”ya (Dortmund) keçib.  “Liverpul”dan getdikdən sonra N.Şahin Brendan Rodcersi publik formada tənqid edib və tez-tez onu öz mövqeyində oynatmaq istəmədiyini söyləyib. Nuri Şahin həmin vaxt mediaya açıqlamasında demişdi:  “Allaha çox şükür ki, Brendan Rodcersin yanından ayrıldım. Mən zəif deyildim. Brendan Rodcers mənim 10 nömrə mövqeyində çıxış etməyimi istəyirdi. Amma mən hücumçunun arxasında oynamıram”. Qeyd edək ki, bu hadisədən 11 il sonra Nuri Şahinlə Rodcers artıq məşqçi kimi qarşılaşıblar. Maraqlıdır ki, məşqçiliyə yeni başlayan türk mütəxəssis Rodcerin “Seltik”ni 7:1 hesabı ilə darmadağın edib.  … İntiqam ağır oldu.

İranda İsrailə görə həbslər olub

Oktyabrın 1-i gecə saatlarında İranın İsrailə raket hucumuna etiraz edən onlarla vətəndaş həbs edilib. Bu barədə insan haqları fəalları məlumat yayıb. Ən çox həbslərin Tehran, Kirmanşah, Sənəndəc və İsfahanda həyata keçirildiyi bildirilib  Bununla eyni vaxtda SEPAH-ın kəşfiyyat bölməsi məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda vətəndaşlardan İranın raket hucumuna etiraz edənlərin kimliyinin mueyyənləşdirlərək dövlət qurumlarına bildirilməsi istənilib. Qeyd edək ki, ötən gecə İranın İsrailə raket hucumu zamanı adı çəkilən şəhərlərdə vətəndaşlar balkonlara çıxaraq "Xaməneiyə ölüm", "diktatora lənət" şüarları səsləndiriblər. Bundan sonra hökumət bir neçə şəhərdə özünə bağlı qruplardan təşkil tapan hökumətə dəstək aksiyaları təşkil edib.

Bu əraziyə qar yağdı

Oktyabrın 2-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində oktyabrın 1-i gündüz saatlarından başlayaraq hava şəraiti dəyişib. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Qeyd olunub ki, Şahdağın 3 000 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb. Düşən yağıntının miqdarı Göygöldə 10 mm, Daşkəsəndə 8 mm, Şahbuzda 7 mm, Tərtər, Şəki, Yevlax, Goranboy, Gədəbəydə 2 mm, Naxçıvan, Quba, Xaltan, Xınalıq, Altıağac, Naftalan, Bərdə, Ağdam, Ağcabədi, Kürdəmir, Sabirabad, İsmayıllı, Qəbələ, Şamaxı, Beyləqan, Daşkəsən, Ağsu, Gəncə, Göyçay, Mingəçevir, Oğuz, Qusar, Balakən, Xaçmaz, Qaxda 1 mm-dək olub. Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi Şahdağda arabir 20 m/s-dək güclənib. Göygöl, Daşkəsən, Şəmkir, Lerikdə duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 29, Aran rayonlarında 27, dağlıq rayonlarda 18 dərəcəyədək isti qeydə alınıb.

Avtovağzalda sürücülər arasında dava: bıçaqlanan var

Bakıda avtovağzalda sürücülər arasında münaqişə bıçaqlanma ilə bitib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal kompleksinin yaxınlığında qeydə alınıb. Avtobus sürücüsü Elnur İsrafil oğlu Bayramov yol hərəkəti qaydaları ilə bağlı aralarında yaranmış mübahisə zamanı əlindəki kəsici alətlə “Mersedes-Benz” markalı avtomobilin sürücüsü Qorxmaz Zəki oğlu Məmmədovun bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirib. Elnur Bayramov şübhəli şəxs qismində saxlanılıb. Fakt araşdırılır.

Fransa qüvvələrini səfərbər etdi: Livana dəstək...

Fransa Yaxın Şərqdəki hərbi qüvvələrini İran təhlükəsinə qarşı səfərbər edib. Sozcu.az xəbər verir ki, bu barədə Yelisey Sarayından məlumat verilib. Qeyd olunub ki, Fransa Prezidenti Emmanuel Makron İsrail hakimiyyətindən Livana hücumları dayandırmağı tələb edib. Makron eyni zamanda yaxın vaxtlarda Livan xalqına dəstək konfransı təşkil etmək niyyətində olduğu elan edib.

Ermənistan Natiq Qasımovun qalıqlarının yerini açıqlamır - PREZİDENT

Azərbaycan Prezidenti İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət edib. Sozcu.az xəbər verir ki, müraciətdə deyilir: Hörmətli konfrans iştirakçıları! Sizi itkin düşmüş şəxslər probleminə həsr olunmuş beynəlxalq konfransda salamlayıram. Azərbaycanın təşəbbüsü ilə silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsinə dair ölkəmizdə ikinci beynəlxalq konfransın keçirilməsi bu mövzunun aktuallığını və problemin həllində qlobal səylərin artırılmasının vacibliyini bir daha təsdiq edir. İtkin düşmüş şəxslər faciəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır fəsadlarından biridir. Birinci Qarabağ müharibəsi nəticəsində 30 ildən artıqdır ki, 4000-dək azərbaycanlı itkin düşmüş şəxs hesab olunur. Onların arasında mülki şəxslər, o cümlədən uşaqlar və qadınlar da vardır. 2020-ci il Vətən müharibəsində isə 6 Azərbaycan vətəndaşı itkin düşmüşdür. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlar itkin düşmüş azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı şahidlərin ifadələrini bir daha təsdiq etmişdir. Həmin ərazilərimizdə aşkar olunmuş kütləvi məzarlıqlarda ekshumasiya işlərinin aparılması nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi barədə təkzibedilməz sübutlar toplanmışdır. Siz sabah Azərbaycanda akkreditə olunmuş diplomatik korpusla birgə Ağdərə rayonunun Sırxavənd kəndində kütləvi məzarlıqların birinə baş çəkəcəksiniz. Ermənistanın işğalı altında olan zaman Şuşa həbsxanası azərbaycanlı əsir və girovların saxlanıldığı və işğəncələrlə öldürüldüyü konsentrasiya düşərgəsi kimi fəaliyyət göstərmişdir. Açıq mənbələrdə və internet resurslarında Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş insanlığa sığmayan əməlləri sübut edən kifayət qədər foto və videolar mövcuddur. Müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab versə də, Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmamış, əksinə onlar qəhrəmanlaşdırılmışdır. Eyni zamanda, müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildirmişdir. Buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir. Ermənistan öz destruktiv mövqeyindən əl çəkməli və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməlidir. Əgər Ermənistan həqiqətən də Azərbaycanla sülhə nail olmaq istəyirsə, onda əsir və girov götürülmüş azərbaycanlılara münasibətdə törədilmiş vəhşilikləri qətiyyətlə pisləməli və günahkarları cəzalandırmalıdır. Bu, həmçinin, iki ölkə arasında təsirli etimad quruculuğu tədbirlərindən biri ola bilər. Azərbaycan dövləti itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün bütün zəruri addımları atır. 1993-cü ildən etibarən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu humanitar missiyanı layiqincə yerinə yetirir. Vətən müharibəsindən sonra Komissiyanın fəaliyyəti daha da genişləndirilmiş və yaxşı nəticələr əldə edilmişdir. Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155 nəfərin şəxsiyyəti eyniləşdirilmiş və onlar hərbi ehtiram göstərilməklə dəfn edilmişdir. Bugünədək dövlət qurumlarımız, itkin düşmüş şəxslərin doğmaları, vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən müxtəlif beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər edilsə də, əfsuslar olsun ki, bu məsələdə də ikili standartlarla üzləşirik. Aidiyyəti beynəlxalq qurumlar bu müraciətlərə səssiz qalmamalı və qətiyyətli addımlar atmalıdır. Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsinə yalnız öz problemi kimi deyil, dünyanın bir sıra ölkələrinin üzləşdiyi qlobal problem kimi yanaşır. Ölkəmizin təşəbbüsü ilə BMT Baş Assambleyasında hər iki ildən bir itkin düşmüş şəxslər mövzusunda qətnamənin irəli sürülməsi və konsensusla qəbul olunması bu məsələyə beynəlxalq səviyyədə diqqətin artırılması istiqamətində fəaliyyətimizin tərkib hissəsidir. Bu xüsusda, məsələyə beynəlxalq müstəvidə lazımi diqqətin ayrılmasını təmin etmək üçün BMT çərçivəsində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyacın olduğu qənaətindəyik. Sonda konfransın işinə uğurlar diləyir və onun itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində qlobal fəaliyyətə dəyərli töhfə verəcəyinə dair əminliyimi ifadə edirəm.

Əli Nağıyev: Bir neçə kütləvi məzarlıq məqsədyönlü şəkildə məhv edilib

Cari il ərzində Dövlət Komissiyası tərəfindən mütəxəssislərin iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntıların və monitorinqlərin nəticəsində məlum olmuşdur ki, üçtərəfli Bəyanatın imzalanmasından 2023-cü il sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatına qədər olan müddətdə separatçı rejim tərəfindən Dövlət Komissiyasına və BQXK-ya məlum olan bir neçə kütləvi məzarlıq məqsədyönlü şəkildə məhv edilib. Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransda çıxışında deyib. O bildirib ki, buna misal kimi Xocavənd rayonu, Qaradağlı kəndi, Xocalı rayonu, Dəhraz kəndi və Ağdərə rayonu, Sırxavənd kəndində Dövlət Komissiyasına məlum olan məzar yerlərini göstərmək olar: “Məlumdur ki, bu və digər kütləvi məzarlıqlar ermənilər tərəfindən törətdikləri müharibə cinayətlərinin izlərinin itirilməsi üçün məqsədyönlü şəkildə məhv edilmişdir. Bu faktlar beynəlxalq hüquqa, həmçinin uzun illərdir yaxınlarını gözləyən itkin ailələrinə və insanlığa qarşı hörmətsizliyin bariz nümunəsidir”.

Şəmkir sakini dərmandan şoka düşərək öldü

Şəmkir şəhər sakini dərmandan şoka düşərək ölüb.  Sozcu.az Report-a istinadla xəbər verir ki, Şəmkir şəhər sakini, 1984-cü il təvəllüdlü Qoşqar Əliyev sentyabrn 30-u saat 21:00 radələrində xəstəxanaya müraciət edib və ona verilən dərmanın şokundan ölüb.  Rayon prokurorluğu faktla bağlı araşdırma aparır. 

Şimşək çaxır, arabir leysan yağır - FAKTİKİ HAVA

Oktyabrın 2-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində oktyabrın 1-i gündüz saatlarından başlayaraq hava şəraiti dəyişib.  Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.  Qeyd olunub ki, Şahdağın 3 000 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb.  vakansiya 2023 Düşən yağıntının miqdarı Göygöldə 10 mm, Daşkəsəndə 8 mm, Şahbuzda 7 mm, Tərtər, Şəki, Yevlax, Goranboy, Gədəbəydə 2 mm, Naxçıvan, Quba, Xaltan, Xınalıq, Altıağac, Naftalan, Bərdə, Ağdam, Ağcabədi, Kürdəmir, Sabirabad, İsmayıllı, Qəbələ, Şamaxı, Beyləqan, Daşkəsən, Ağsu, Gəncə, Göyçay, Mingəçevir, Oğuz, Qusar, Balakən, Xaçmaz, Qaxda 1 mm-dək olub.  Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi Şahdağda arabir 20 m/s-dək güclənib. Göygöl, Daşkəsən, Şəmkir, Lerikdə duman müşahidə olunub.  Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 29, Aran rayonlarında 27, dağlıq rayonlarda 18 dərəcəyədək isti qeydə alınıb. 

İsraildən şok: İrana cavab bu gecə olacaq, bütün Yaxın Şərq görəcək

İranın hücumuna cavab bu gecə olacaq və nəticəni bütün Yaxın Şərq görəcək. Sozcu.az İsrail Teleqram kanallarına istinadla xəbər verir ki, bu barədə İsrail ordusundan bildirilib. Qeyd edək ki, İran ordusu bu gün axşam saatlarında İsrilə kütləvi raket zərbələri endirib.

İranın zərbəsi: MOSSAD-ın qərargahı tam məhv edildi

İranın raket zərbəsi nəticəsində MOSSAD-ın qərargahı tamamilə məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə İraqın “Əl-Nəcbə” telekanalı məlumat yayıb. Qeyd edək ki, İran bu gün axşam saatlarında ölkə ərazisindən İsrailə kütləvi raket zərbələri endirib.

İsrailin müdafiə naziri yoxa çıxdı – Təcili

İsrailin müdafiə naziri Yoav Qallantla əlaqə saxlamaq mümkün deyil. Sozcu.az xəbər verir ki, bu barədə “Haaretz”in jurnalisti məlumat yayıb. Qeyd edək ki, İran bu gün axşam saatlarında İsrailə kütləvi raket hücumu həyata keçirib.

İsrailin cavabı olacaq – İranda panika, əhali qaçır

İsfahan və Kirmanşah şəhərlərində hərbi baza və əhəmiyyətli dövlət obyektlərinə yaxın ərazilərdə yaşayan vətəndaşlar evlərini tərk edirlər. Sozcu.az xəbər verir ki, bu barədə yerli sosial media istifadəçiləri məlumat yayıblar. Bildirilir ki, həmin şəhərlərdə yerləşən hərbi bazarlardan İsrailə raket hücumları edilib. “Sakinlər İsrailin cavab hücumlarından qorxduqları üçün daha təhlükəsiz bölgələrə getməyə çalışırlar”, - məlumatlarda deyilir. Qeyd olunur ki, hökumət məmurları sakinlərin evlərini tərk etmələrinə mane olduqları üçün bəzi yerlərdə qarşıdurmalar yaranıb. Xatırladaq ki, İran öz ərazisindən İsrailə kütləvi raket zərbələri endirib. İsrail bunu cavabsız qoymayacağını elan edib.

ŞOK: İsrail İranın ən böyük elektrik stansiyasını vuracaq

İsrail mediası İrana ediləcək cavab zərbələri barədə məlumatlar paylaşmaqdadır. Sozcu.az xəbər verir ki, məlumatda İranın ən böyük elektrik stansiyasının hədəf alınacağı bildirilir. “Bu elektrik stansiyası ümumilikdə təxminən 2880 meqavat elektrik enerjisi istehsal edir”, - deyə vurğulanıb.

İsraillə birgə bu ölkə də İran raketlərini vurdu

İordaniya Hərbi Hava Qüvvələri bu gecə İran raketlərinin zərərsizləşdirilməsində aktiv iştirak edib. Sozcu.az xəbər verir ki, bu barədə İordaniya rəsmisi CNN-ə bildirib.

İranın İsrailə hücumu başa çatdı - Haqari

İranın İsrailə qarşı kütləvi raket hücumu artıq başa çatıb. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqari deyib. Məlumata görə, İsrail hərbçiləri ölkə əhalisinə sığınacaqları tərk etməyə icazə verib. "İndiki mərhələdə İrandan əlavə təhlükələr müşahidə etmirik. Mühafizə olunan əraziləri tərk etmək mümkündür", - o bildirib.