Terrorçular bomba yüklü avtomobili partlatdı - Hərbçilər öldü

Somalinin paytaxtının kənarındakı hərbi obyektdə bomba yüklü avtomobil partladılıb.  Sozcu.az xəbər verir ki, bu barədə bomba yüklü avtomobilin partlaması nəticəsində 4-ü əsgər olmaqla, azı 6 nəfər həlak olub. Beşi əsgər olmaqla daha doqquz nəfər yaralanıb. Məsuliyyəti “Əş-Şəbab” ekstremist qruplaşması öz üzərinə götürüb.

"Yeni dünya nizamı”na ehtiyacımız var - Bayden

Bəşəriyyətin 50 il əvvəl qurulmuş nizamı əvəz edəcək “yeni dünya nizamı”na ehtiyacı var. Sozcu.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib. “Düşünürəm ki, əgər biz kifayət qədər cəsarətli və inamlı olsaq, dünyanı heç vaxt görülməmiş şəkildə birləşdirmək üçün real imkanımız ola bilər. Müharibədən sonrakı 50 il keçirdik, bu nizam çox yaxşı işləyirdi. Çox yaxşı işlədi, amma indi hər şey dəyişdi. Buna görə də bizim fərqli, yeni dünya düzəninə ehtiyacımız var”, - deyə Bayden vurğulayıb. Baydenin sözlərinə görə, yaxın dörd-beş ildə qəbul edilən qərarlar yaxın bir neçə onillikdə baş verəcək hadisələri müəyyən edəcək.  ABŞ prezidenti gələn il yeni müddətə yenidən seçilmək niyyətində olduğunu da təsdiqləyib, o, vitse-prezidenti Kamala Harrislə birlikdə seçkiyə getmək niyyətindədir.

Paris İrəvanla silah satışını rəsmiləşdirir

Paris və İrəvan bazar günü Fransa silahlarının alınmasına dair razılaşmaları rəsmiləşdirəcək. Sozcu.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu Senatda bildirib. “Ermənistana imkan vermək lazımdır ki, öz mülki əhalisini qorusun və sərhədlərinin mühafizəsini təmin etsin. Sabah biz Ermənistanın fransız istehsalçılarından müəyyən sayda silah almasını rəsmiləşdirəcəyik”, - nazir bildirib. Qeyd edilib ki, İrəvana xüsusilə hava hücumuna qarşı müdafiə vasitələri veriləcək.

Blinken Mikati ilə danışdı: Livan müharibəyə girsə...

ABŞ Dövlət katibi Entoni Blinken Livanın Baş nazir əvəzi Nəcib Mikati ilə telefon danışığı aparıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Blinken telefon danışığında Beyrutun Fələstin-İsrail münaqişəsinə qarışacağı təqdirdə Livan xalqının zərər çəkəcəyini deyib. O, ABŞ-ın Livanın sabitliyi və ərazi bütövlüyünün yeganə qanuni təminatçısı olan Livanın Silahlı Qüvvələri və Daxili Təhlükəsizlik Qüvvələrinə dəstəyini davam etdirdiyini qeyd edib.

Meloni də İsrailə getdi: Netanyahu ilə görüş

İtaliyanın Baş naziri Corciya Meloni İsrailə səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin baş nazirinin ofisi məlumat yayıb. Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivdəki Kyria kompleksində Meloni ilə qapalı görüş keçirib.

Fransa Ermənistanı hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək

Fransa Ermənistanı hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək. Bu açıqlama ilə Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastian Lekornu çıxış edib. O qeyd edib ki, Paris və İrəvan oktyabrın 22-də hava hücumundan müdafiə sahəsində Fransa silahlarının tədarükü ilə bağlı sazişə imza atacaqlar. Fransa müdafiə naziri əlavə edib ki, Fransanın Ermənistana tədarük edəcəyi sistemlər Ermənistanın təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub. Mənbə: “RİA Novosti” “Telegram” kanalı

Əgər İsrail dayanmasa, türk ordusu müdaxilə etməlidir

Bu gündən etibarən 24 saat ərzində atəşkəs əldə olunmasa, hücumlar dayanmasa, Türkiyə tez bir zamanda araya girməli, tarixi, humanitar və dini vəzifələrinin tələb etdiyi hər şeyi etməlidir. Sozcu.az xəbər verir ki, bunu Türkiyə MHP sədri Dövlət Baxçalı deyib. “Lazım olanı, etməli olduğumuzu millətimlə açıq şəkildə paylaşıram. Qəzzanı qorumaq missiyasını öz üzərimizə götürmək bizim tarixi mirasımızdır. Türkiyə Cümhuriyyəti Qəzzanı xoşbəxt uşaqlar və qardaşlarımızın əmin-amanlıq içində yaşayacağı İslam diyarına çevirməyə hazırdır və and olsun ki, buna qadirdir”, - Baxçalı bildirib.

HƏMAS-ın daha bir lideri məhv edildi

HƏMAS-ın hərbi qanadının yüksək rütbəli komandirlərindən olan Təlal əl-Hindi Qəzzada öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin mənbələri məlumat yayıb. Məlumata görə, İsrail ordusuna məxsus raket komandirin Qəzzanın mərkəzindəki evinə düşüb.

HƏMAS Təl-Əvivə zərbələr endirir

Fələstinin HƏMAS radikal hərəkatı İsrailin Təl-Əviv şəhərini yenidən atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə HƏMAS-ın sosial şəbəkə hesablarında məlumat yayılıb. Məlumata görə, onlar axşam saatlarından Təl-Əvivi yenidən bombalamağa başlayıblar.

Tovuzda bədbəxt hadisə: 5 nəfər kanala düşdü...

Tovuzda bədbəxt hadisə baş verib. Sozcu.az xəbər verir ki, 5 nəfər su kanalına düşüb. Hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. Sakinlər kanalın üstündə olan bənddən keçən zaman su kanalına düşüblər. Onlar xəstəxanaya yerləşdiriliblər. Hazırda kimlikləri dəqiqləşdirilir.

Ərdoğan HƏMAS lideri ilə danışdı: Lazım gəldikdə...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə telefonla danışıb. Sozcu.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Məlumata görə, Ərdoğan telefon danışığı zamanı Türkiyənin humanitar yardımının Qəzzaya çatması və lazım gəldikdə yaralıların Türkiyədə müalicə oluna bilməsi və bölgədə atəşkəsə nail olmaq üçün səy göstərdiyini bildirib. Ərdoğan həmçinin Türkiyənin daimi sülh üçün beynəlxalq mübarizəyə davam edəcəyini qeyd edib.

İsrail ordusu bazara zərbə endirdi: ölənlər var

İsrail ordusu Qəzza zolağında Nuseyrat mərkəzi bazarına hava zərbəsi endirib. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hücum nəticəsində çox sayda ölü və yaralı var.

Zelenski Gürcüstanı Rusiya ilə müharibəyə çağırdı - Təcili

Ukrayna prezidenti Volodimir Zelenski İsveçdə keçirilən Birgə Ekspedisiya Qüvvələri Sammitində çıxışı zamanı Gürcüstanı itirilmiş əraziləri qaytarmağa çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə “European Pravda” nəşri yazıb. Zelenski qeyd edib ki, bu, onların ümumi təhlükəsizlik potensialını gücləndirəcək: “Xüsusən də müdafiəmiz sayəsində Gürcüstan üçün ərazi bütövlüyünü bərpa etmək üçün yeni perspektivlər açılacaq”. Zelenski xüsusi olaraq Gürcüstanı Rusiyanın işğal etdiyi əraziləri hərbi yolla azad etməyə çağırıb. Ukrayna prezidentinin sözlərinə görə, bu cür hərəkətlər Avropada ümumi təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək və tarixi kontekstdə son dərəcə əhəmiyyətli olacaq.

"Daha bir içki düşkünü olan fahişə Rusiya XİN-in spikeridir..."

"Maşa yəhudiləri o qədər də xoşlamır, İsraildən isə zəhləsi gedir, bunu heç gizlətmir də..." "Uzaqgörən və strateji düşüncəyə malik olan Satanovskinin bu çıxışı Kreml ilə XİN arasında fikir ayrılığından, bütövlükdə isə Rusiyada siyasi dəyişikliklərdən xəbər verə bilər..." "Yevgeni Yanoviçlə peşəkar ünsiyyəti davam etməyi mümkün hesab etmirəm..." Rusiyalı politoloq, Yaxın Şərq problemləri üzrə ekspert və "Solovyov LIVE" telekanalının aparıcısı Yevgeni Satanovski Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarovanın İsrail əleyhinə fikirlərini müzakirə edərkən emosiyalarına hakim kəsilə bilməyib. Moderator.az xəbır verir ki, bu barədə "news.obozrevatel.com" nəşri məlumat yayıb. "Solovyov LIVE" kanalının aparıcısı Yevgeni Satanovski Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarovanı "İsrail əleyhinə fikirlərinə görə" "içki düşkünü olan fahişə" adlandırıb. Yeri gəlmişkən, bu gün Solovyovun doğum günüdür və əyləncə gecəsində ona bunu xatırlatmaq olar. "Baxın, Maşa Zaxarova prinsipcə yəhudiləri o qədər də xoşlamır, İsraildən isə zəhləsi gedir, bunu heç gizlətmir də, daha bir içki düşkünü olan fahişədir, buna baxmayaraq, o, Xarici İşlər Nazirliyimizin spikeridir", - Satanovski deyib. Milliyətcə yəhudi olan siyasətçini qıcıqlandıran Rusiya XİN-in bütövlükdə və o cümlədən Zaxarovanın mövqeləri olub. Belə ki, bu günlər Rusiya diplomatiyasının rəsmi nümayəndəsi İsrailin Qəzza bölgəsindəki "Əl-Əhli" xəstəxanasına, guya, zərbə endirən yəhudi dövlətini hərbi cinayətlərdə və "qeyri-insani davranışda" ittiham edib. İsrail Müdafiə Ordusunun apardığı təsqiqat dəlillərlə sübut edib ki, xəstəxanadakı partlayış "İslami-Cihad" qruplaşmasının uğursuz raket buraxılışı səbəbindən baş verib. Zaxarova bunu belə şərh edib: "Sadəcə, KİV-lərdə və sosial şəbəkələrdə şərh etmək deyil, faktları tədqim etmək lazımdır". Rusiyada bir çoxları qeyd edir ki, Kremlyönlü ideoloqlar və, sadəcə, Satanovskinin də aid olduğu Putin rejiminə loyal olan funksionerlər adətən hətta bu və ya digər məsələlərdə fərqli mövqelər olanda belə ixtilaflar barədə açıq danışmaqdan yan keçir. Uzaqgörən və strateji düşüncəyə malik olan Satanovskinin Zaxarova kimi nüfuzlu fiqura qarşı  çıxışı Rusiyada siyasi dəyişikliklərdən, məsələn, Kreml ilə XİN arasında kəskin fikir ayrılıqlarından xəbər verə bilər. Yeri gəlmişkən, bəziləri güman edir ki, Satanovskinin bu veriliş zamanı hansısa səbəbdən bir qədər özündə olmayıb və ona məxsus soyuqqanlıqdan məhrum olub. Bu arada isə bəlli olub ki, Solovyov Satanovskini öz kanalından xaric edib. "Mən Rusiya XİN, fövqəladə və səlahiyyətli səfirlər, cənab Boqdanov və xanım Zaxarovadan kanalımızın əməkdaşı Yevgeni Yanoviç Satanovski tərəfindən yol verilmiş məzmunca tamamilə ədalətsiz və formaca yolverilməz ifadələrə görə üzrxahlıq edirəm", - Solovyov "Teleqram-kanal"ında dərc edilən videomüraciətində bəyan edib. Solovyov əlavə edib ki, "Yevgeni Yanoviçlə peşəkar ünsiyyəti davam etməyi mümkün hesab etmir". Rusiya XİN bəyan edib ki, Solovyova üzrxahlıq etməyə dəyməz. "Başqasının günahını öz üzərinizə götürməyiniz Sizin insani keyfiyyətlərinizi göstərir, işləməkdə davam edəcəyik", - nazirlik Solovyovun üzrxahlığına münasibət bildirib. Satanovski öz çıxışında həmçinin Boqdanovu sərxoşluqda ittiham edib və Rusiya XİN rəhbəri müavinin ərəblərdən pul aldığına eyham vurub. Yevgeni Satanovski şərqşünas alim və iqtisadçıdır, Rusiya Yəhudi Konqresinin sabiq prezidentidir. O, təbliğatçı Solovyovun efirlərində tez-tez qonaq qismində çıxışlar edir.

“Qarabağ” ev oyunlarını Xankəndidə keçirəcək

"Qarabağ" bu mövsüm Premyer Liqanın, yaxud ölkə kubokunun bir neçə oyununu Xankəndində keçirəcək. Sozcu.az xəbər verir ki, bu haqda Sportinfo.az-a mötəbər mənbələrdən məlumat daxil olub. Redaksiyamıza verilən informasiyaya görə, Ağdam klubu dövlət qurumlarının bununla bağlı müvafiq təklifini müsbət cavablandırıb. "Köhlən atlılar" bəzi ev matçılarının Xankəndində təşkili ilə əlaqəli tədbirlər planı hazırlayacaq və onu müvafiq instansiyalara təqdim edəcək. "Qarabağ" rəhbərliyi dünəndən bər Xankəndindədir. Klubun direktoru Əmrah Çəlikəl, baş menecer Asif Əsgərov hüquq-mühafizə orqanlarının xüsusi nəzarəti altında Qarabağın bu bölgəsinə yollanıb. Onlar sentyabrın ikinci yarısında qeyri-qanuni xunta rejiminin əlindən geri alınan və Azərbaycan dövlətinin idarəçiliyinə keçən şəhərdə yerləşən stadiona baş çəkib, buranın vəziyyəti ilə yaxından tanış olub. Sözügedən arenanın tutumu 15 min nəfərdir. Təbi qazonlu idman qurğusu ötən əsrin ikinci yarısında tikilib. Əldə etdiyimiz informasiyasına görə, Ağdam təmsilçisinin nümayəndələrinin hələ 1 gün də orada qalmaları planlaşdırılır. Səfər birbaşa "Qarabağ"la əlaqədardır və bu məkanla tanışlıq xarakteri daşıyır. Gəlinən ilk rəydan məlumatlıyıq. Belə ki, klub funksionerləri stadionun ciddi təmirə ehtiyacı olması barədə dövlət qurumunun nümayəndələrinə məruz edib. Uzun müddət istifadə olunmadığı üçün burada yenidənqurma işlərinin aparılması zəruridir. Qazonla səliqəyə salınmalı, tribunaların oturacaqları dəyişdirilməlidir. Çünki plastik skamyalar qondarma rejimin "bayrağ"ının rənglərindədir. Hakimlər və paltardəyişmə otaqlarına "əl gəzdirilməlidir". Stadionun ərazisində ümumiyyətlə tör-töküntü çoxdur və onların da təmizlənməsi mütləqdir.

Kimlər ödənişli yola buraxılmayacaqlar? - AÇIQLAMA

“Yüklü halda çəkisi normadan artıq olan yük avtomobilləri ödənişli yola buraxılmayacaq”. Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib. A.Nəcəflinin sözlərinə görə, bunun üçün yolun giriş-çıxışına xüsusi tərəzilər quraşdırılıb: “Avtonəqliyyat vasitələrinin beynəlxalq tələblərə uyğun yükgötürmə normaları var. Həmin normalara görə avtomobilin hər bir oxuna düşən çəki müəyyən edilib. Ödənişli yolda avtonəqliyyat vasitəsi yolun ödəniş məntəqəsindən keçərkən orada quraşdırılan sensorlu xüsusi tərəzilər onun hər oxuna düşən yükü çəkəcək. Əgər avtomobil beynəlxalq tələblərdə nəzərdə tutulandan artıq yük götürərsə, sensorlar onu qeydə alır və avtomatik həmin nəqliyyat vasitəsi ödənişli yola buraxılmır”. Qeyd edək ki, Bakı-Rusiya Federasiyası istiqamətində tikilən yolun ödənişli hissəsinin uzunluğu 129 km, hərəkət zolaqlarının sayı 4, yola giriş-çıxış məntəqələrinin sayı 6-dır. Hər məntəqədə 2 giriş və 2 çıxış xətti mövcuddur.

BMT TŞ-nin islahatlara ehtiyacı var - Önal

BMT Təhlükəsizlik Şurasının qlobal səviyyədə islahatlara ehtiyacı var. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin BMT-dəki daimi nümayəndəsi Sədat Önal deyib. “Mərkəzi BMT olmaqla, hazırkı çoxtərəfli sistem nəsilləri müharibədən qorumaq üçün qurulub. Ancaq bu məsələdə uğurlu olduğumuzu söyləmək çətindir. Bunun səbəblərini ətraflı nəzərdən keçirməliyik. BMT TŞ-nin qlobal səviyyədə islahatlara ehtiyacı var”, - Önal bildirib.

Rusiyanın “bağışlanan” Balasanyanla bağlı planı

Qarabağdan qaçan separatçı Vitali Balasanyan İrəvana gəldikdən sonra şahid qismində dindirilmək üçün Ermənistan Milli Təhlükəsizlik Xidmətinə dəvət olunmuşdu. Onun barəsində qondarma rejimdə başlanmış cinayət işinə xitam verildiyi, oğluna qarşı da işin bağlandığı bildirilib. Qohumları deyir ki, Vitali Balasanyan onlarla əlaqə saxlamır, telefon zənglərinə belə cavab vermir. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, Balasanyanın “bağışlanma”sının pərdəarxası məqamları açılır. Məlumata görə, Balasanyan ötən gün Rusiyanın Ermənistandakı səfirliyində olub. Onu səfirlikdən çıxarkən görüblər. Balasanyan boz rəngli “Nissan” markalı avtomobilə əyləşərək gedib. Görünür, “bağışlanma” prosesini burada axtarmaq lazımdır. Balasanyan bunun müqabilində Rusiyaya işləməli olacaq. Rusiya ondan Azərbaycana qarşı təzyiq vasitəsi kimi yararlana bilər.

Rusiyanın itkiləri 292 MİNİ ötdü

Ukrayna müharibənin 605-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 292 850 hərbçi, 5063 ədəd tank, 9612 ədəd zirehli döyüş maşını, 7017 ədəd artilleriya sistemi, 822 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 548 hava hücumundan müdafiə sistemi, 320 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 9391 ədəd avtomobil texnikası, 5330 ədəd PUA, 1535 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 990 xüsusi avadanlıq itirib.

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyənin Muğla vilayətinin Datça rayonunda 4,2 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Dağıntı və tələfat barədə məlumat verilməyib. *** Türkiyənin Van vilayətində 4 bal gücündə zəlzələ olub. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ yerin 12,82 kilometr dərinliyində meydana gəlib. Qeyd edək ki, bu gecə İzmirin Buca rayonunda 3,9 bal gücündə zəlzələnin baş verməsi barədə məlumat yayılmışdı.

Rusiyada İsrail bayrağını yandıran azərbaycanlılar SAXLANILDI - FOTO

Rusiyanın paytaxtı Moskvada İsrail bayrağını yandıran azərbaycanlı qardaşlar saxlanılıb.  Sozcu.az xəbər verir ki, biri 21 digəri isə 19 yaşlarında olan Muradov qardaşları səhər saatlarında Moskvada Simferopol şossesində yerləşən “Highway” ticarət mərkəzinin yanında İsrail bayrağının yandırıblar.  Qardaşlar sosial şəbəkə vasitısilə canlı açaraq bunu yayımlayıblar.  Bundan sonra yerli əməliyyatçılar nümayiş meydanına gələrək, əllərində Azərbaycan və Fələstin bayraqları olan soydaşlarımızı saxlayıblar. Bizim.Media )

“Kasıb adam bahalı yerə getməsin, ayağını yorğanına görə uzatsın”

Şadlıq saraylarında toy qiymətləri dayanmadan artır. Bir stulun 200-350 manat olduğu şadlıq sarayları var ki, oradakı yeməklərin keyfiyyəti təklif olunan qiymətlərdən çox aşağıdır. Toy biznesi bir çox insanların dolanışığına xidmət etsə də, bir qisminin də “cibinə girir”. Maraqlıdır, bəs buna dövlət səviyyəsində müdaxilə olmalıdırmı? Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, dövlət restoran qiymətinə qarışmır: “Restoranda olan qiymətlərə dövlət tərəfindən hər hansı müdaxilə nə qanuna, nə bazar iqtisadiyyatı qaydalarına, nə də biznes etikasına görə doğrudur. Ümumiyyətlə, dövlətin bu cür şadlıq saraylarının qiymət siyasətinə müdaxilə etməsinin heç bir əsası yoxdur. Şadlıq sarayı strateji sektor deyil, əyləncə sektorudur. Məsələn, taxılın, metronun, suyun qiyməti olsaydı, deyərdim, hə, dövlət müdaxilə etməlidir və s. Amma əyləncə sektorunda heç kimi məcbur etmirlər ki, gəlib həmin şadlıq sarayının xidmətindən məcbur şəkildə istifadə etsin”. İqtisadçı deyib ki, şadlıq sarayının rəhbəri istəsə, 200-350 rəqəminin yanına bir və ya iki sıfır da artıra bilər: “Burada heç bir tənzimləmə lazım deyil. İnsanların şəxsi seçimidir, bazar iqtisadiyyatıdır. Adam var bir aya 300 manat qazanır, adam var yüz min qazanır, eləsi də var ki, bir milyon gəlir əldə edir. Ona görə də hər kəs ayağını yorğanına görə uzatmalıdır. Bazar həddindən artıq bölünüb, heç bazarın 3 faizi belə hər hansı bir şəxsin əlində deyil. Çoxlu sayda xırda, orta, böyük və daha iri şadlıq sarayı var və hər biri də müxtəlif qiymət təyin edirlər. Kasıb insan bahalı şadlıq sarayına getməsin, kimisə məcbur etmirlər”.

Türkiyədən xəbərdarlıq: Böyük müharibə...

Qəzza zolağında mövcud böhran həll olunmazsa, regionda daha böyük müharibəyə səbəb ola bilər. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan TRT Haber-ə müsahibəsində deyib. "Bizim qarşımızda iki seçim var: Ya böhran həll olunacaq və uzunmüddətli sülhə gətirib çıxaracaq, ya da bizi dəhşətli alternativ gözləyir - regionda uzun və genişmiqyaslı müharibə və qeyri-sabitlik", - deyə H.Fidan bildirib.

Savaşda Mingəçevirə raketlər atdıq... – Zurabyandan sensasiya

Azərbaycan enerji sektorunda Qərbin ciddi iqtisadi tərəfdaşıdır. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan erməni mediasına açıqlamasında deyib. O bildirib ki, Azərbaycandan neft ixracı xeyli artıb, Avropa enerji resurslarına görə Azərbaycandan 5% asılıdır ki, bu da Bakıya sanksiyaların tətbiqində çox ciddi və mühüm maneədir. Zurabyanın hesab edir ki, hazırda əsas problem İsraildir: “Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsinin memarı İsraildir. 2016-2020-ci illərdə Azərbaycan aldığı silahların 70%-ni İsraildən idxal edib. Ən müasir silahlarla Bakıya Təl-Əvivdən ümumilikdə 92 uçuş həyata keçirilib. İsrail Dəmir Qübbə sistemini yalnız Azərbaycana verib, başqa heç kimə. Niyə? Çünki bu sistem Mingəçeviri zərbələrdən qorumalı idi – necə ki, 44 günlük savaşda Mingəçevirə endirilən zərbələr hədəfə çatmadı (havada vuruldu – red.). Bundan əlavə, İsrail PUA-ları, Ermənistanın dəqiq rəqəmsal xəritələrini və yüksək dəqiqlikli “Laura” raketlərini Azərbaycana verib. Yəni Azərbaycanın qələbəsini təmin edəcək yardımlar edib. 19 sentyabrdan əvvəlki (lokal antiterror tədbirlərindən öncə - red.) bir ayda Bakı yenə İsraildən silah alıb”. Onun fikrincə, İsrailin Azərbaycana bu cür dəstəyinin səbəbi yalnız İrana qonşu olması deyil, İranda çoxmilyonlu azərbaycanlı əhalinin yaşamasıdır: “Qərb uzun müddətdir ki, azərbaycanlı separatizmi ilə İranı daxildən parçalamağa çalışır”. O qeyd edib ki, bu gün iki düşərgə formalaşıb: Qərbin rəhbərlik etdiyi köhnə hegemonlar və Çin, İran, Rusiya və digər ölkələrin təmsil etdiyi yeni hegemonlar. Onun iddiasına görə, İranla mümkün qarşıdurmada Azərbaycan Qərbin tərəfdaşıdır və buna görə də Qərb Azərbaycanı zəiflətmək üçün heç bir addım atmayacaq: “Qərb (Ermənistana – red.) bəyanatlar və humanitar yardım göstərmək baxımından addımlar atacaq, lakin bu, Azərbaycanın Zəngəzura təcavüzünün qarşısını almaq üçün Paşinyanın gözlədiyi olmayacaq. Qərbin hərbi bazalarının Ermənistanda yerləşdirilməsi təhlükəsizliyin təminatı ola bilərdi, lakin bu baş verməyəcək, çünki onların özlərində Ukraynaya yardım göstərməklə bağlı problemlər var, silahların bir hissəsi artıq İsrailə göndərilir. Ona görə də İrəvana heç bir düşərgə ilə körpüləri yandırmağa ehtiyac yoxdur, çünki kimin qalib gələcəyi bəlli deyil və bəlkə də indi qarşı olduğunuz düşərgə ilə hələ də münasibət qurmalı olacaqsınız. Bu gün ölkənin güvənsizliyi və iki düşərgənin qarşıdurması şəraitində bir düşərgə tərəfinə keçib, digər düşərgə istiqamətinə tüpürməsi təəccüb doğurur. Paşinyanın etdiyi də məhz budur. İndiki şəraitdə balansı qorumaq və Rusiya ilə Qərb arasında birləşdirici körpüyə çevrilmək vacibdir”.axar.az)