Türkiyədən xəbərdarlıq: Böyük müharibə...

Qəzza zolağında mövcud böhran həll olunmazsa, regionda daha böyük müharibəyə səbəb ola bilər.

Sozcu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan TRT Haber-ə müsahibəsində deyib.

"Bizim qarşımızda iki seçim var: Ya böhran həll olunacaq və uzunmüddətli sülhə gətirib çıxaracaq, ya da bizi dəhşətli alternativ gözləyir - regionda uzun və genişmiqyaslı müharibə və qeyri-sabitlik", - deyə H.Fidan bildirib.

Share on Facebook